285
22.1.6. Xəşəmbül (barınc)
Əhəmiyyəti.
Xəşəmbül vitaminlər və mineral duzlarla zəngin olan qiymətli yem bitkisidir.
Eyni zamanda yaxşı bal verəndir. Yemlik xassəsinə
görə yoncadan geri qalmır. Yaşıl
kütləsi
heyvandarlıqda yem, quru ot və senaj üçün istifadə
edilir. Çiçəkləmənin başlanğıcında xəşəmbülün
quru kütləsində təxminən 19% zülal olur. Xəşəmbül
siderat bitki qismində istifadə olunur. Soyuğa və
quraqlığa yaxşı davamlıdır.
Əhəngli torpaqlarda
yaxşı bitir. Hektardan 30-50 sentner quru ot
məhsulu verir. Tərkibində efir yağlı maddə –
kumarin (acıdır) olduğundan
heyvanlar ilk vaxtlar
onu pis yeyir. Xəstəlik və zərərvericilərə qarşı
davamlıdır. Şoran torpaqları azotla zənginləşdirir.
Botaniki təsviri.
Xəşəmbül (barınc), ballı
yonca –
Melilotus
paxlalılar fəsiləsindən çoxillik,
bəzən birillik ot cinsidir. Avropa, Asiya,
Şimali
Amerika və Avstraliyada təqribən 20 növü
yayılmışdır. Azərbaycan ərazisində 7 növü bitir.
Xəşəmbülün ağ və sarı növləri daha çox
yayılmışdır.
Ağ xəşəmbül (
Melilotus albus Desr.
) – ikiillik
bitkidir. Mil kökü və yaxşı inkişaf etmiş yan kökləri
var. Budaqları (gövdəsi) düzdür, hündürlüyü 75-300
sm-dir.
Gövdənin budaqlanması 25-30 sm
hündürlükdən başlayır. Gövdənin aşağı
hissəsi
çılpaq, yuxarı hissəsində əyilmiş qısa sıx budaqlar var. Aşağı və orta yarpağın yarpaqcıqları girdə
(dəyirmi), yuxarıdakılar xətvarı yaxud ensiz ellipsvarı kənarları diş-dişdir. Hamaşçiçəyi salxımdır
(qotaz), çiçəkləri ağ rənglidir. Paxlaları ellipsvarı, torlu-qırışıq qısa, iti burunludur. Toxumu oval
formalı, sarı yaxud sarımtıl-yaşıl rənglidir. Dənin 1000 ədədin kütləsi 1,5 qramdır.
Sarı xəşəmbül (
Dostları ilə paylaş: