pəmbəaltı deyilir. Birinci sort pəmbəaltı lifin
uzunluğu 22 mm olmaqla, tənzif toxumaq və mahlıc əldə etmək üçün istifadə olunur. Digər
növlərindən isə asetat ipəyi, maqnit sarğıları, avtomobil və gəmi sükanları və s. hazırlanır.
Pəmbəaltı lifdən süni fetr, qıl, gön, ipək və elektrik izoləedici, sellüloid, foto və kino lentləri, şüşə,
linoleum, plastik kütlə, lak, sellofan, ebonit, partlayıcı maddə, habelə yumşaq mebel materialı
hazırlanır.
Qısa lifə malik pəmbəaltı hidroliz edilərək tərkibindəki polisaxaridlərin molekulları
«parçalanır» və buna su əlavə edilməklə qlükoza alınır. Eyni zamanda qiymətli kağız da hazırlanır.
Pambığın gövdəsindən yanacaq və tikinti materialı, üzvi gübrə kimi istifadə edilir. Pambıq
qozasının qərzəklərindən kəndir, texniki spirt, aşı maddələri və üzvi sirkə turşusu istehsalı üçün
geniş istifadə edilir. Yarpaqlarından və gövdə qabığından limon və alma turşuları alınır. Müəyyən
edilmişdir ki, pambıq bitkisinin müxtəlif orqanlarında 17 üzvi turşular vardır. Ümumiyyətlə
pambığın ayrı-ayrı orqanlarında çoxlu vitaminlər və boy stimulyatorları vardır.
Eyni zamanda xam pambıqdan sınmayan şüşələr, yanğınsöndürənlər üçün əlcək və digər
çoxlu məhsullar alınır.
Bir ton xam pambıqdan 340-350 kq lif, 570-580 kq tiftikli toxum, 20-40 kq tiftik, 20-30 kq
digər tullantı alınır. Həmin tullantıdan 98-110 kq yağ, 20 kq paltar sabunu, 225-230 kq jmıx, 210-
230 kq şeluxa alınır.
Bir kq lifdən 12 metr çit, 20 m. batist və ya 140 m. tağalaq sap almaq mümkündür.
Pambıq yaxşı bal verən bitkidir. Müəyyən edilmişdir ki, pambıq bitkisinin bir vegetasiyası
dövründə bal arıları hər hektardan 300-350 kq-a qədər yüksək keyfiyyətli bal toplaya bilir.
Pambıq bitkisinin gövdə, qərzək (qoza) və budaqlarından kağız, sirkə turşusu alınır və
yanacaq materialı kimi istifadə olunur.
Pambıq bitkisinin mahlıcından, çiyidindən və orqanlarından 120–dən artıq müxtəlif növ
məmulatlar hazırlanır.