46
FƏSİL 8. QARIŞIQ VƏ MÜŞTƏRƏK ƏKİNLƏRDƏ KOMPONENTLƏRİN UYĞUNLUĞU
Təbii şəraitdə, insan fəaliyyəti ilə dəyişdirilməyən fitosenozlar həmişə çoxnövlü olur. Növ
tərkibinin formalaşması zamanı aşağıdakı amillər həlledici rol oynayır: növlərin öz aralarında
rəqabəti; bir növün digər növdən asılı olması; bir-birini tamamlayan (komplementar) növlərin
mövcudluğu. Sabit bitki qrupu – bir-biri ilə və mühitlə ekoloji tarazlıqda olan növlərin «doymuş»
kombinasiyasıdır.
Bitki qruplarının formalaşmasında həlledici rol kiçik ərazilərdə bir yerdə bitən lakin parazitlik
etməyən bitkilər arasında rəqabət altında geniş mənada ləngidici təsir başa düşülür
.
Onlar işıq, su və
qida maddələri üçün mübarizə aparırlar, ona görə də ayrıca dayanan bitki, inkişaf edən bitki
qrupuna nisbətən qeyri bərabər şəraitdə olduqca yaxşı inkişaf edirlər. Əslində burada söhbət fiziki –
kimyəvi münasibətdən gedir.
Avstriya fizioloqu Hans Molisin fikrinə görə bitkilər bir – birinə təsir edərək torpağa və
havaya xüsusi kimyəvi maddələr buraxır ki, bu maddələrin kiçik miqdarı qonşu bitkilərə sıxıntı
verir. Bir bitkinin digər bitkiyə belə biokimyəvi təsirini Molis allelopatiya (yunan sözü olub
«allelo» - qarşılıqlı və «pati» - təsir) adlandırmışdır. Bitki növlərində baş verən allelopatiya
hadisələrin bir çoxu kənd təsərrüfatı üçün çox maraqlı və mühümdür. Bitkilərin qarşılıqlı kimyəvi
təsirinə dair qanunauyğun tədqiqat aparmaq üçün allelopatiyanın bəzi aspektlərini və istiqamətlərini
seçmək mümkündür.
Torpağın allelopatik yorğunluğu
– toksiki səviyyəyə qədər bioloji fəal maddələrin torpaqda
toplanması ayrı-ayrı bitki məhsulunun aşağı enməsinə səbəb olur. O bir çox növlər üçün
xarakterikdir. Deməli, mütəhərrik fenol birləşmələri toplandığına görə buğdanın eyni tarlada uzun
müddət (monokultura) saxlanılması arzu edilməzdir, çoxillik yonca altında saponin toplanır, lüpin
kifayət qədər torpağın gücdən düşməsinə səbəb olur, 3-cü – 4-cü ili fasiləsiz olaraq becərilməsi
torpağı tamamilə yorğun salır.
Təsirlərin daşıyıcısı
– mütəhərrik, bitkiyə asan daxil olan kimyəvi birləşmələrdir. Çox hallarda
torpağın yorğunluğunu mütəhərrik fenol birləşmələri, hər şeydən əvvəl turşu toplanması ilə
əlaqələndirilir. Bəzi becərilən bitkilərdə fəallıq alaq otlarının inkişafına əziyyət verir və bu
məqsədlə o arzu ediləndir. Digər tərəfdən allelopatik bitkilər bir yerdə daha pis yaşayırlar onların
əkinləri seyrəkləşir. Müəyyən edilmişdir ki, arpa
qramın
alkaloidi sintez etməklə alaqların
inkişafına sıxıntı (əziyyət) verir. Çovdar olduqca aktivdir, həmçinin qarabaşaq və çətənə də alaq
otlarını boğur.
Müxtəlif bitkilərin torpaq yorğunluğuna allelopatik qabiliyyətləri cürbəcürdür. Mineral qida
elementlərinin təmin olunma səviyyəsini tamamlamaqla, alaqlarla, zərərverici və xəstəliklərlə
vaxtlı-vaxtında mübarizə aparmaqla bu bitkiləri uzun müddət eyni yerdə becərmək olar. Şəkər
çuğunduru, yonca, üçyarpaq, noxud və s. bitkilər kəskin torpaq yorğunluğuna səbəb olurlar.
Bitkilərin hökmən növbələndirilməsi bununla şərtlənir, onların köhnə yerlərinə 3-6 ildən sonra
qaytarılması zəruridir.
Dostları ilə paylaş: