47
mühüm, lakin əks rol oynayır. Əgər növdaxili rəqabət zamanı hər hansı
növün zəif fərdi məhv
olursa və yalnız güclüsü qalırsa, bu növü saxlamaq üçün faydalıdır. Növlərarası rəqabət zamanı
fitosenozdan həmin növün tam sıxışdırıb çıxarılmasına qədər zəif növün boğulması (sıxışdırılması)
baş verir.
Adətən təbiətdə xarici şərait daima dəyişir, ona görə də bir növün digər növ üzərində yalnız
çox böyük üstünlüyü zamanı tam boğulma baş verir. Adətən yenə də qarışıq populyasiya yaranır və
həmin populyasiyalarda özlərinin konkret gücləri ilə təmsil olunan növlər formalaşırlar.
Beləliklə, təbii şəraitdə fitosenoz həmişə çoxnövlüdür. Fitosenozlarda mühüm ərzaq, yemlik,
yaxud texniki keyfiyyətlərə malik zərərsiz faydalı bitkilərlə yanaşı
daha az qiymətli,
təsərrüfat
əhəmiyyəti olmayan və ziyanlı bitkilər də yayılır.
Dostları ilə paylaş: