Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Komponentlərin seçilmə prinsipləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə46/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   42   43   44   45   46   47   48   49   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Komponentlərin seçilmə prinsipləri.
Əgər komponentlər qatışığı növün və sortun tərkibi 
onların uyğunlaşa bilmə meyarlarını hesaba almaqla seçilərsə, qarışıq əkinlər daha çox yaxşı 
keyfiyyətli məhsul verər.
Morfoloji uyğunluq
– seçilmiş komponentlər qatışığının əsas prinsiplərindən biridir. Paxlalılar 
komponenti qismində tez-tez birillik qarışıq əkinlərdə yemin keyfiyyətini artıran yaşıl kütlə üçün 
yüksək zülallı bitki kimi, səpin gülülü və çöl noxudu yaxud səpin noxudu daxil edilir. Lakin bu 
bitkilər yatan gövdələrə malikdirlər, ona görə də qarışığın digər komponentinin (məs. vələmir yaxud 
arpa) gövdəsi dik dayanan olmalıdır. Gülül və noxud bığcıqları vasitəsilə taxıl bitkilərinə ilişirlər və 
komponentlərin optimal nisbəti zamanı yatmırlar.
Günəbaxan yaşıl kütlə məqsədilə becərilən zaman çox vaxt noxud əlavə səpilir, hesab etmək 
olar ki, günəbaxan noxudun yatmasının qarşısını alır. Lakin günəbaxanın gövdəsi və saplaqları 
kobud tükcüklərlə örtülü olduğuna görə noxud ona sarmaşmır və vegetasiyanın sonunda yatır. 
Bundan əlavə bu komponentlər digər parametrlərinə görə bir araya sığışa bilmirlər. 
Komponentlər qarışığını seçən zaman həmçinin 
torpaq-iqlim və hidroloji 
şəraiti nəzərə almaq 
lazımdır. Müxtəlif bitkilər torpağın qranulometrik və kimyəvi tərkibinə müxtəlif tələbat göstərirlər. 
Məsələn çöl noxudu yüngül torpaqlarda kifayət dərəcədə, lakin səpin noxudu və səpin gülülü orta 
gilli rabitəli torpaqda daha yaxşı bitir. Yüngül torpaqlarda arpa vələmirə nisbətən daha çox məhsul 


49 
verir. Bununla əlaqədar olaraq yüngül torpaqlarda çöl noxudu ilə arpanın qarışığı, lakin orta və ağır 
torpaqlarda səpin noxudu vələmirlə yaxud səpin gülülü vələmirlə daha çox uyğunlaşır.
Eləcə də bitkilər 
torpaq məhlulunun reaksiyasına
müxtəlif tələbat göstərirlər. Çoxillik paxlalı 
otlar içərisində üçyarpaq və qurdotu xüsusən turşuluğa davamlı bitkilərdir və hətta pH
duz
4,5-4,8-də 
qənaətbəxş məhsul verir, pH
duz
optimal səviyyəsi bu bitkilər üçün 5,0-6,5-dir. Çəmən üçyarpağı 
üçün turşuluğu daha az olan torpaqlar zəruridir, lakin yoncanı ümumiyyətlə pH
duz
6 və daha aşağı 
turşuluqda səpmək məsləhət görülmür.
Taxıl otları həmçinin torpaqların turşuluğu reaksiyasına görə də fərqlənirlər. Məsələn, 
pişikquyruğu olduqca turş torpaqlarda kifayət qədər quru ot məhsulu verir. Çəmən yulafı turşuluğu 
daha az olan, lakin qılçıqsız tonqalotu isə neytral torpaqlara tələbkardır. Bununla əlaqədar olaraq 
turş torpaqlarda üçyarpaq-pişikquyruğu, lakin neytral torpaqlarda isə yonca-tonqalotu qarışığının 
istifadə edilməsi daha yaxşıdır.
Ot qarışığını tərtib edən zaman 
qrunt suyunun səviyyəsini 
nəzərə almaq lazımdır. Məsələn, 
qrunt suyunun yerləşmə dərinliyi bir metrdən azdırsa, yonca zəif bitir və tez seyrəkləşir, lakin əgər, 
hətta qrunt sularının dərinliyi torpağın əkin qatından bir qədər az olsa da sürünən üçyarpaq əla bitir. 
Komponentlər qarışığını seçən zaman habelə 
bitkilərin fotoperiodizmini 
nəzərə almaq 
lazımdır. Uzun gün bitkiləri bir qayda olaraq, nəmliklə təmin olunmaya daha tələbkardırlar, ona 
görə də onları daha erkən müddətdə səpmək lazımdır, onlar nisbətən soyuğa davamlıdırlar, əkin 
gecikən zaman onların məhsuldarlığı aşağı enir. Daha çox istilik sevən bitki kimi qısa gün bitkiləri 
torpağın əkin qatı 8-10 
0
C qızdıqda səpilir. Bu bitkilər inkişaflarının ilk fazasında nəmlik 
çatışmamağına davamlıdırlar, ona görə də onları daha gec müddətlərdə səpmək olar. 
Fotoperiodizmi müxtəlif olan bitkilər komponentlərin qarışığı kimi (məs. soya və vələmir, noxud və 
qarğıdalı) bir araya sığmır. Bir çox hallarda səpinləri müxtəlif müddətlərdə aparmaqla onları 
uyğunlaşdırmağa çalışırlar. Lakin texnoloji planda az qəbul olunan, qarışıq yaxud birgə əkinlər 
iqtisadi cəhətdən səmərəli deyildir. 
Fotoperiodizmləri oxşar olan qarışıq yaxud birgə əkinlər – vələmir və gülül, qarğıdalı və soya, 
sorqo və soya yaxşı keyfiyyətli yaşıl kütlə məhsulu verir. 
Komponentlərin qarışığını seçən zaman mühüm amillərdən biri də 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin