50
mümkün deyil. Zibillənmiş əkinlərdə dənli taxıl bitkilərinin məhsuldarlığı 1,5-3,0 dəfə təmiz
əkinlərə nisbətən daha aşağı olur.
Bitkiçiliyin intensivləşdirilməsi baxımından kənd təsərrüfatı bitkilərinin əkinlərində
herbisidlərin tətbiqi qaçılmazdır. Bir çox herbisidlər geniş zəhərlilik dərəcəsinə malikdir ki, bütöv
bir ailənin növlərini yaxud ailəni boğur. Məsələn,
treflan
soya əkinlərində kələmkimilər,
astra və
qırtıckimilər fəsiləsinin alaqlarını boğur. Taxıllar ailəsinin alaqlarından əlavə o bu fəsilədən olan
mədəni bitkiləri, məs. qarğıdalını boğur.
Qarğıdalı əkinlərində herbisidlərdən
triazinlər
qrupu tətbiq olunur, hansı ki, paxlalılar
fəsiləsinin mədəni bitkilərini boğur. Beləliklə qarğıdalı ilə soyanın qarışıq əkinlərində herbisidlərin
tətbiqi son dərəcə məhduddur, alaqlarla mübarizə çətinləşir və alaqlarla zibillənmiş tarlalarda bu cür
qarışıqların məhsuldarlığı aşağı olur. Oxşar vəziyyət qarışıq əkinlərlə və cərgəvi üsulla səpilən
bitkilərə də aiddir.
Beləliklə, qarışığın komponentlərini seçən zaman bitkilərin herbisidlərə davamlılığını hesaba
almaq lazımdır.
Elə qarışıq tərtib etmək lazımdır ki, bütün komponentlərin hamısı eyni herbisidə davamlı
olsun.
Eləcə də qarışıq əkinlərin
komponentlərini seçən zaman
inkişaf fazasının başlanğıcında boy
atma sürəti
çox mühüm amildir. Dənli taxıl və paxlalı uzun gün bitkiləri (çovdar, vələmir, arpa,
noxud, yem paxlası, gülül) inkişaflarının ilk fazasında tez boy atırlar. Təkamül prosesində
formalaşmış qısa gün bitkilərinin (qarğıdalı, günəbaxan, soya) yerüstü kütləsi nəmlik çatışmayan
zaman ilkin fazada tədricən boy atır, gələcəkdə bitkini su ilə təmin etmək üçün kök sistemi daha tez
inkişaf edir. Yerüstü və yeraltı orqanların oxşar böyüməsi yüngül torpaqlara uyğunlaşdırılmış
bitkilərdə qeydə alınır, məsələn sarı lüpində, baxmayaraq o uzun gün bitkisidir. Boy atma sürətləri
müxtəlif olan inkişaflarının ilk fazasında qarışıq əkində bitkilərin yerüstü kütləsinin böyüməsi
məsələn, sarı lüpin və vələmir,
soya və vələmir, günəbaxan və vələmir bir araya sığmır. Vələmir
qısa gün bitkisini kölgələndirərək onun boyunu ötüb keçir, nəticədə ikinci komponentlərin qarışığı
seyrəkləşir, lakin yerdə qalan bitkilər məhsulun əhəmiyyətsiz hissəsini təşkil edir. Elə bu səbəbdən
qarğıdalı ilə noxudun, günəbaxanla noxudun qarışığı onların eyni müddətdə səpini zamanı bir araya
sığmır. Qarğıdalı və günəbaxan tez boy atan (böyüyən) noxudun hesabına boğulacaq. Bu
münasibətdə vələmirlə gülülün, vələmirlə noxudun, qarğıdalı ilə soyanın, sorqo ilə soyanın qarışığı
daha yaxşı hesab olunur.
Komponentlərin toxum qarışığını seçən zaman eləcə də
məhsul yığımının başlanması
vaxtı
nəzərə alınmalıdır. Bir çox təsərrüfatlarda yaşıl kütlə məqsədilə günəbaxan əkinləri altına yemləri
zülalla zənginləşdirmək üçün noxud əkilir. Günəbaxan silos üçün daha çox kütlə toplanan zaman
adətən dənə dolma dövründə yığılır. Bu zaman noxudun toxumları yetişmə fazasının başlanğıcında
olur və bitki güclü yatır, onun bığcıqları günəbaxanın gövdəsinə ilişmirlər. Yığım zamanı noxud
məhsulunun böyük hissəsi tarlada qalır.
Bəzən təsərrüfatlarda qarğıdalının yaşıl kütləsini zülalla zənginləşdirmək üçün onun altına
noxud səpilir. Lakin qarğıdalı noxuda nisbətən 14-18 gün gec yetişir. Qarğıdalının yığımına yaxın
qida elementləri noxudun vegetativ kütləsindən toxumuna axır (reutilizasiya),
ancaq toxumlar
tökülür. Qarğıdalının kütləsi praktiki olaraq yaxşılaşmır.
Çoxillik otların toxum qarışığını tərtib edən zaman yığım yetkinliyinin başlanmasını nəzərə
almaq lazımdır. Məsələn, birbiçimli çəmən üçyarpağı üçün çəmən pişikquyruğuna nisbətən, çəmən
yulafı uyğun gəlmir, belə ki, yulafın biçin yetkinliyi üçyarpağa nisbətən 7-10 gün tez yetişir. Əgər
yulafın yığımı yığım yetkinliyi çatdıqda həyata keçirilərsə, onda üçyarpağın məhsulu az toplanır,
əgər yığım müddəti üçyarpağa görə nəzərdə tutulursa, onda yulafın yem keyfiyyəti aşağı düşür.
Çəmən üçyarpağı və çəmən pişikquyruğunun biçin yetkinliyi eyni müddətdə başlayır və bu
göstəricilərinə görə onlar qarışıqların ən yaxşı komponentləri hesab olunur.
Bu səbəbdən çoxkomponentli ot üçün toxum qarışığında pişikquyruğunu
yulafla birlikdə
əkmək məsləhət görülmür. Bu bitkilərdən birinin optimal yığım müddəti, digər bitkilər üçün bu
müddətin vaxtından əvvəl yaxud gecikməsi ola bilər, bu isə məhsulun az olmasına yaxud onun
keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
51
Pişikquyruğunu yonsa qarışığı ilə səpmək məsləhət görülmür, çünki, yoncanın yığım
yetkinliyi pişikquyruğuna nisbətən tez başlayır və ümumi məhsul yığımının az olması qaçılmazdır.
Çox çalımlı və uzun ömürlü əkinlər
tarla növbəli əkinlərində yetişdirilən paxlalı, dənli taxıl və
çox komponentli ot üçün toxum qarışıqları tərtib edilən zaman amilləri nəzərə almaq lazımdır. Bir
çox bitkilər öz bioloji xüsusiyyətlərinə görə, genotipindən asılı olaraq, biçindən sonra tez böyüyür
və vegetasiya müddətində 2-3 və daha çox biçin verə bilirlər. Çoxillik paxlalı otlardan yonca bitkisi
çox çalımlılığı
ilə digər otlardan fərqlənərək, suvarma şəraitində hər il 4-5 biçin verə bilir.
Yoncanı ancaq qılçıqsız tonqalotu yaxud çox çalımlı qaramuqla daha yaxşı uyğunlaşdırmaq
olar. Bu bitkilərin böyümə sürəti (tempi) və yığım yetkinliyi üst-üstə düşür və onlar eyni miqdarda
çalım verirlər.
Yoncanı pişikquyruğu ilə birgə səpən zaman ikinci və sonrakı biçinlərdə məhsul yalnız
yoncanın hesabına formalaşır, ümumi məhsuldarlıq aşağı enir. Bundan əlavə pişikquyruğunun
potensial məhsuldarlığı qılçıqsız tonqalotu yaxud çox çalımlı qaramuqa nisbətən daha azdır. Ot
üçün toxum qarışığını tərtib edən zaman komponentlərin qarışığının uzun ömürlülük amilini nəzərə
almaq olduqca vacibdir. Məsələn, çəmən üçyarpağının əksər sortları əkinin istifadə edilməsinin
birinci ili maksimum yaşıl kütlə məhsulu verir. İstifadəsinin ikinci ili onun məhsuldarlığı 30-40%
azalır, lakin üçyarpağın üçüncü ili daha da aşağı düşür. Bir qayda olaraq çəmən üçyarpağı bir,
maksimum iki il istifadə olunur. Çəmən pişikquyruğunun məhsulu istifadəsinin birinci ili ikinci ilə
nisbətən aşağı olur. Ona görə də üçyarpaq-pişikquyruğu qarışığının məhsuldarlığı istifadəsinin
ikinci ili zamanı birinci ildə olduğu kimi də qalır. İstifadənin birinci ili məhsul üçyarpağın hesabına,
ikinci ili isə əsasən pişikquyruğunun hesabına formalaşır.
Düzgün istifadə edilmə (istismar) zamanı yonca əkinləri 6-8 il yüksək məhsul verə bilər. Bu
bitkinin məhsuldarlığı istifadəsinin 3-cü ilinə qədər artır, sonra 2-3 il o dəyişmir,
əlbəttə sonra
tarlanın məhsuldarlığı aşağı enməyə başlayır. Eləcə də qılçıqsız tonqalotunun məhsuldarlığı bir neçə
il yüksək olaraq qalır. Bu əlamətlərinə görə yonca-tonqalotu qarışığı daha uyğun gəlir.
Dostları ilə paylaş: