Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Qarışıq əkinlər zamanı bitkiçiliyin ekstensiv və intensiv idarə edilməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə48/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   44   45   46   47   48   49   50   51   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Qarışıq əkinlər zamanı bitkiçiliyin ekstensiv və intensiv idarə edilməsi.
Çoxillik ot 
qatışıqlarının becərilməsində başlıca məqsəd yaşıl kütlə məhsulunu taxıl otları hesabına 
stabilləşdirməkdir və yemin keyfiyyətini komponentlərin paxlalılar qarışığı hesabına yüksəltməkdən 
ibarətdir.
Pişikquyruğu ilə üçyarpağın qarışıq əkinlərində otların məhsuldarlığı illər üzrə stabilləşir. 
Əgər hətta şərait üçyarpaq üçün əlverişsizdirsə, məhsul pişikquyruğunun hesabına formalaşır. Hər 
hansı halda üçyarpağa pişikquyruğu əlavə edən zaman yemin keyfiyyəti yaxşılaşır və ümumi ot 
məhsuldarlığı artır. Məhz ona görə də bitkiçiliyin ekstensiv idarə edilməsində üçyarpaq-
pişikquyruğu qatışığı, bu komponentlərin təmiz əkinlərinə nisbətən həmişə daha çox məhsuldardır.
Yem istehsalının intensivləşdirilməsi məhsuldarlığın artırılmasını və məhsul enerjisinin ən 
çox enerji xərcinin ödənilməsini tələb edir. Bu tələbata daha çox paxlalı otların təmiz əkinləri cavab 
verir. Deməli, yığım zamanı çəmən üçyarpağı hektardan 11 ton və yonca 13 ton quru maddə, 
müvafiq olaraq hektardan 1500 və 2000 kq xam zülal toplanmasını təşkil edir. Bitkiçiliyin intensiv 
idarə edilməsi zamanı heç bir bitki çoxillik paxlalı otlar qədər bitki zülalı vermək qabiliyyətinə 
malik deyil. Bu zaman enerji tutumlu azot gübrəsi sərf etmədən amin turşularının tərkibinə görə 
tarazlaşdırılmış zülal hava azotunun simbiotik yolla təsbit olunması hesabına formalaşır. Bu cür 
məhsulun yaradılması üçün bitki bir hektara 420-500 kq azot tələb edir, ondan 340-420 kq hava 
azotunun hesabınadır. Mineral gübrələrdən bitki bu miqdarda azotu sərf edə bilmir, lakin bitkinin 
hesabına bu cür zülal toplamaq digər fəsilədə mümkün deyil.
Taxıl otlarının fır bakteriyaları ilə müştərək həyat tərzi (simbioz) qabiliyyətləri yoxdur, 
onların məhsuldarlığı torpaqda olan azotun mineral forması ilə məhdudlaşır. Nəticədə bitkiçiliyin 
idarə edilməsi zamanı paxlalı-taxıllar ot qarışığının məhsuldarlığı paxlalı otların təmiz əkinlərinə 
nisbətən az olur. Qarışığın hər iki komponentlərindən maksimum məhsul almaq üçün komponentin 
taxıl otlarını mineral azotla təmin etmək lazımdır. Lakin azot gübrəsini paxlalı otların ot qarışığı 
altına verən zaman, əgər paxlalı ot daha fəal olmasa mineral azotdan istifadə edəcək və bu da hava 
azotunun təsbit olunmasına ziyandır, elə isə biz paxlalı komponentləri azotla mineral qidalanma 
formasına keçirmiş (çevirmək) oluruq. Mineral azotla kifayət qədər təminat olduqda fitosenozdan 
paxlalı komponentlər sürətlə qüvvətdən düşürlər və praktiki olaraq taxıl otlarının təmiz əkinləri 


52 
qalır. Ona görə də yem istehsalının intensiv idarə edilməsi zamanı paxlalı-taxıllar ot qarışığı 
səmərəsizdir, onlar ən az məhsul və zülal vermək qabiliyyətinə malik olurlar, paxlalı otların təmiz 
əkinlərinə nisbətən daha pis keyfiyyətli yem verirlər. 
Əgər əkinlər otlaq kimi istifadə ediləcəksə, paxlalı otlarla taxıl otları toxumlarının qarışığını o 
halda səpmək məqsədəuyğundur. Bu heyvanların köpməsi qorxusunu azaldır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin