Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Ağır metallardan azad bitkiçilik məhsullarının istehsalı



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə54/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   50   51   52   53   54   55   56   57   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Ağır metallardan azad bitkiçilik məhsullarının istehsalı. 
Ağır metalların artıqlığı insan və 
heyvan orqanizmində normal fizioloji prosesləri pozur. Ayrı-ayrı fermentativ sistemlərə qoşularaq 
ağır metallar onların funksiyalarını dəyişir, heyvan orqanizmində ölümlə nəticələnən
 
xəstəliklər 
doğururlar. 
İnsan sağlamlığı üçün ən təhlükəli ağır metallara – arsen, barium, kadmium, xrom, kobalt, mis, 
qurğuşun, civə, molibden, nikel, qalay, sink, sürmə aid edilir.
Əfsuslar olsun ki, dünya ölkələri torpaqda olan ağır metalların analizini aparmırlar və müvafiq 
kartoqramlar tərtib etmirlər. Məhsulların ağır metallardan azad olması barədə əmin olmaq üçün hər 
tarlanın ən təhlükəli ağır metallarla çirklənmə ehtimalını kimyəvi analizlərlə dəqiqləşdirmək 
lazımdır (cədvəl 14). 
Ağır metalların qatılığının normativ bazası Hollandiyada işlənilib. Onların torpaqda 
miqdarının üç səviyyəsi müəyyən edilib: A - fon (zəmin) qatılığı; B - qayğıya səbəb olan qatılığın, 
əlavə tədbirlər və tədqiqatların aparılması zəruridir; C – torpağın təcili təmizlənməsi tədbiri üçün 
qatılıq həddini müayinə etmək zəruridir (cədvəl 15).
Rusiya Federasiyasında da ərzaq məhsullarında ağır metalların yol verilən qatılıq həddi işlənib 
hazırlanmışdır (cədvəl 16). 
Ağır metalların ikivalentli kationlarının (kobalt, nikel, sink, kadmium, civə) miqdarı yüksək 
olan tarlalarda torpağın əhənglənməsi vasitəsilə onların bitkilərə daxil olmasının qarşısını almaq 
mümkündür. 
Ağır metalların miqdarı yüksək olan torpaqlarda onlardan azad (və yaxud onların miqdarının 
yol verilən səviyyədən aşağı olması) bitkiçilik məhsullarının əldə olunması üçün aşağıdakı 
tədbirlərin həyata keçirilməsi zəruridir: 
- konkret tarlanın, əkin ərazisinin aqrokimyəvi müayinəsini aparmaq, torpaqda ağır metalların 
miqdarını təyin etmək; 
- ağır metallar üzrə torpaq kartoqramları tərtib etmək, onları kalium və kalsiumun miqdarı 
kartoqramları ilə tutuşdurmaq
- ikivalentli ağır metalların bitkilərə daxil olmasının məhdudlaşdırılması üçün qələvi 
torpaqların əhənglənməsi (pH
qəl
6,5-6,8-ə qədər); 
- bitkilərə birvalentli ağır metalların daxil olmasını aşağı salmaq üçün torpaqda mübadilə 
kaliumunun miqdarını yüksək səviyyəyə qədər çatdırmaq (120-150 mq/kq, Kirsanova görə); 
Cədvəl 14 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin