Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun basdırılma dərinliyi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə40/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   36   37   38   39   40   41   42   43   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun basdırılma dərinliyi
Bitkilər
Dərinlik sm-
lə 
Qeydlər
Kartof 

Yumrunun təpəsinə qədər
Qarğıdalı, paxla
5-7 
Yüngül torpaqlarda nəmlik çatışmayan zaman 
Dənlilər, noxud, mərcimək, gülül 
3-4 
Normal nəmlik şəraiti zamanı 
Lobya, soya, birillik lüpin
3-5 
Torpağın qranulometrik tərkibindən asılı olaraq 
Çoxillik lüpin, çoxillik paxlalı və taxıl otları 
0-2 
Səpin zamanı torpağın nəmliyindən asılı olaraq 
Pişikquyruğu, tütün 
0-1 
Nəmli torpaq şəraitində 
Toxumun basdırılma dərinliyinin dəyişdirilməsi toxumlarda olan ehtiyat enerjinin (toxumun 
kütləsi) və torpaq qatının 1 sm qalınlığına enerji sərfinin üstün gəlməsi ilə müəyyən edilir. Yonca 
toxumunun cücərməsinin fizioloji proseslərinə toxumun ilkin kütləsinin 10%-i qədər quru maddə 
sərf olunur. Yüngül gillicəli torpağın yonca toxumu 49%, 2 sm üçün 63%, 3 sm üçün isə 69% quru 
maddə sərf edir, lakin quru maddənin sərfi ilə birlikdə cücərmənin fizioloji proseslərinə 79% mütləq 
quru maddə sərf olunur. Orta və ağır gillicəli torpaqlarda 1 sm-i rəf etmək üçün enerji sərfi 6-10% 
böyüyür. 4 sm dərinlikdən səthə yalnız ayrı-ayrı daha iri toxumların cücərtiləri çıxır. Buna görə də, 
toxumunun 1000 ədədinin kütləsi 2 qrama yaxın olan çəmən üçyarpağı, yonca və xaşa səpinlərinin 
dərinliyi orta gillicəli torpaqlarda son dərəcə 3 sm hesab edilir.
Ləpə yarpaqlarını torpaq səthinə çıxaran dənli-paxlalı bitkilər, ləpə yarpaqlarını torpaq səthinə 
çıxarmayan bitkilərə nisbətən 3-4 sm-dən daha çox torpaq qatını rəf etmək üçün üzvi maddə sərfi 
edir. Orta gillicəli torpağın 3-4 sm dərinliyinə basdırılan eləcə də ləpə yarpaqlarını torpaq səthinə 


44 
çıxaran adi lobya torpağın bu qatını rəf etmək üçün 54%, ləpə yarpaqlarını torpaq səthinə 
çıxarmayan yem paxlası və noxud mütləq quru maddə kütləsinin 42-47%, ancaq 6 sm-ə qədər 
dərinlikdə 68-72% təşkil edir.
Beləliklə, torpağın üst təbəqəsində kifayət qədər nəmlik olan zaman toxumun minimum 
dərinliyə basdırılmasına riayət edilməlidir. Ona görə ki, toxum torpaq qatını rəf etmək üçün az 
enerji sərf edir, çıxışlar tezliklə bərabər ölçüdə alınır, toxumun plastik maddələri assimilyasiya 
aparatının və kökün formalaşmasına sərf olunur, cücərtilər daha çox həyat qabiliyyətli və patogen 
mikroorqanizmlərə davamlı olurlar.
Toxumun basdırılma dərinliyini müəyyən edən mühüm amil torpağın qranulometrik tərkibidir. 
Gilli və ağır gillicəli torpaqlarda toxumların basdırılmasının son həddi minimum dərinlikdir. 
Toxumun 1000 ədədinin kütləsi onların basdırılma dərinliyinə böyük dərəcədə təsir göstərir. 
Çox xırda toxumlar (tütün, tənbəki) nəmli torpağa səpinqabağı və səpindən sonra suvarmalar tətbiq 
etməklə səthi səpilir.
Mütləq kütləsi 0,5 qram olan xırda toxumlu çəmən pişikquyruğu 1 sm-dən daha artıq 
olmayan torpaq qatını rəf etmək qabiliyyətinə malikdir.
Torpaq fizioloji yetişkənliyə çatdıqda səpilməyə başlanan dənli taxıl və dənli-paxlalı bitkilərin 
toxumları, nəm qatın 3-4 sm dərinliyinə basdırılır. Torpaq xeyli dərinlikdə quruyan zaman, xüsusən 
yüngül torpaqlarda, basdırılma dərinliyi 5 sm-ə qədər, lakin ləpə yarpaqlarını torpaq səthinə 
çıxarmayan iri toxumlu bitkilərdə 6-7 sm-ə qədər artırılır.
Orta gillicəli torpaqlarda kartof yumrularının optimal basdırılma dərinliyi şırımın baş 
tərəfindən 8 sm-dir. Basdırılma dərinliyinin azaldılması stolonların torpaqdan çıxmasına və 
yumruların yaşıllaşmasına gətirib çıxarır, qida kimi istifadə etmək üçün onu yararsız hala salır.
Yumrular daha artıq dərinliyə basdırılan zaman torpaq səthində gövdələrin (çıxışlar) 
görünməsi ləngiyir, daha dərin qatlarda yerləşmiş yumruların məhsul yığımı çətinləşir.
Hər hansı bitkidən daha yüksək məhsul almaq üçün, səpin müddətini, səpin üsulunu və səpin 
normasını, toxumun basdırılma dərinliyini düzgün müəyyən etmək lazımdır. Bundan əlavə sahədə 
toxumların bir bərabərdə paylanması və eyni dərinliyə basdırılması olduqca vacibdir.
Cərgəvi səpin zamanı səpici aqreqatı tənzimləməklə toxumun bərabər paylanmasına müvəffəq 
olmaq olar. Səpici aqreqatlar arasında (saşniklər) eyni məsafənin olmasını müəyyən etmək 
mühümdür. Ara məsafələri yaxın olan cərgələrdə bitkilər seyrəkləşir, lakin cərgə araları böyüdükcə 
alaq otları basır, nəticədə məhsul 15-20% azalır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin