Pedaqogikanın ümumi əsasları Plan


Estetik tərbiyənin mahiyyəti. “



Yüklə 176,29 Kb.
səhifə115/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   141
Estetik tərbiyənin mahiyyəti. “Estetik tərbiyəanlayışı yunan dilində “hissiyyat” mənasının verən “estezis” məfhumundan yaranmış “estetika” termini ilə üzvi surətdə bağlıdır. “Estetika” elm anlayşı kimi ilk dəfə 1750-ci ildə alman nəzəriyyəçisi Baumhartenin eyni adlı əsərində işlədilmişdir. Amma ümümiyyətlə estetika haqqında təsəvvürlər insanlığın ən qədim dövrlərindən mövcuddur.

  • Estetika tərbiyə insanda estetik hisslərin, zövqün və bədii mühakimənin təşəkkül tapıb möhkəmlənməsinə səbəb olan, incəsənət əsərlərini, təbiət və cəmiyyətdəki gözəllikləri duymaq və başa düşməkdə köməklik göstərən, bədii yaradıcılıq qüvvələrini inkişaf etdirən təsirlərin məcmuyu deməkdir.

  • “Estetik tərbiyə” ən ümumi anlayış olub, özündə bir sıra digər anlayışları da birləşdirir.Həmin anlayışlar: -estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hissdir

  • Estetik inkişaf – uşaqlarda estetik qavrayışın, yaradıcı təxəyyülün, emosional həyacanın fəallığını təmin edən, həmçinin mənəvi tələbatlar formalaşdıran qüvvələrin məqsədyönlü formalaşması prosesidir.

  • Estetik zövq – insanın əşya, hadisə və şəraiti onların estetik keyfiyyəti baxımından qiymətləndirmək qabiliyyətidir.

  • Estetik ideal – təbiət, cəmiyyət və təfəkkürdə olan kamil gözəlliyin insan təsəvvürlərindəki konkret obrazıdır.

  • Estetik hiss - ətraf mühitin fakt və hadisələrinə estetik münasibətin subyektiv emosional təzahürü, ifadəsidir. Estetik hisslər insanın mənəvi həzz və ya ikrahında ifadə olunur. Estetik hisslərin tərbiyəsi və inkişafı uşaqlarda estetik ideal formalaşmasına, estetik normaların mənimsənilməsinə şərait yaradır.


  1. Yüklə 176,29 Kb.

    Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin