təlim məşğələləri arasında təşkil edilən “hərəki fasilələr”. İbtidai siniflərdə bu məqsədlə müxtəlif hərəki oyunlar (qaçmaq, tullanmaq, kiçik yarışlar) təşkil olunur və bu oyunlar dərsin vaxtına 5 dəqiqə qalmış başa çatır.
Fiziki tərbiyənin əsas vasitələri
təbii amillər oyunlar məktəb turizmi bədən tərbiyəsi
dərsləri
su milli uşaq oyunları
hava idman oyunları
torpaq
günəş
Mövzu 13
Ailə tərbiyəsi
Plan:
Ailə tərbiyəsinin vəzifələri
Ailə tərbiyəsinin səmərəlilik şərtləri
Ailə tərbiyəsinin müasir problemləri
ƏDƏBİYYAT:
1. Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s. 222-233
2. Abbasov A. Ailə pedaqogikası. Bakı. 2019.
3. Hüseynzadə R., Allahverdiyeva L.Z. Ailə pedaqogikası. Bakı, ADU-nun nəş., 398 s.
1. Ailə - cəmiyyətin tarixən yaranmış ən kiçik, ən intim hissəsidir. Ailə - insan şəxsiyyəti formalaşmasının ilkin özəyidir.
Ailə - iki mənada başa düşülür:
ər, arvad və uşaqlar – dar mənada ailə;
ata, ana, uşaqlar, baba, nənə, bəzən hətta əmi, bininin daxil olduğu geniş mənada ailə.
Azərbaycan türklərində, ailədə olduğu qədər olmasa da, çox sıx qohumluq münasibətlərini saxlayan “nəsil” anlayışı da mövcuddur. Xalq arasında “yeddi arxa dönən” adlanan nəslin quruluşu bu cürdür: Baba-Ata-Oğul-Nəvə-Nəticə-Kötücə-Yadıca- Iticə
Uşaqların düzgün tərbiyəsi üçün ailənin çox böyük imkanları vardır. Əxlaq normalarının mənimsənilməsi, birgə əmək vərdişləri formalaşdırılması, ətraf aləmə münasibət ilk dəfə ailədən başlayır. Valideynlərin mədəni səviyyəsi, əxlaqi görüşləri, sosial ünsiyyət təcrübələri böyüyüən nəslin inkişafında həlledici rol oynaya bilir.
Ailə tərbiyəsində ailə üzvlərinin qarşılıqlı münasibəti mühüm rol oynayır. Uşaqların tərbiyəsi üçün məsuliyyət daşıyan ailə üzvləri baba, nənə, ata, anadır.
Dostları ilə paylaş: |