Pedaqogikanın ümumi əsasları Plan


Təlim prosesinin mahiyyəti. Təlimin prinsipləri



Yüklə 176,29 Kb.
səhifə25/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   141
Təlim prosesinin mahiyyəti. Təlimin prinsipləri

Plan:

  1. Didaktika haqqında anlayış

  2. Təlim prosesi

  3. Təlim prosesinin quruluşu

  4. Didaktikanın müasir vəzifələri



ƏDƏBİYYAT:

1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.55-66

2. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı, “Çaşıoğlu”, 2004.

3.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı, Mütərcim, 2013, 708 S.


1. Didaktika haqqında anlayış. Didaktika termini pedaqoji ədəbiyyata XVII əsrdə V.Ratke və Y.A.Komenski (1592-1670) tərəfindən daxil edilmişdir. Yunan sözü olub “öyrədirəm” deməkdir. Didaktika terminini ilk dəfə işlədənlərdən biridə Alman pedaqoqu Volfqan Ratke olmuşdur. Onun fikrincə didaktika- elmləri, dilləri, incəsənəti öyrənmək məharətidir. Didaktika təhsilin məqsədi, məzmunu, vəzifələri, vasitələri, qanun və prinsiplərinin təşkili formaları və metidları haqqında elmdir.

Didaktika pedaqogikanın ən geniş inkişaf etmiş tərkib hissəsi olub, təlim və təhsil haqqında nəzəriyyədir. Təlim və təhsillə əlaqədar olan bütün nəzəriyyəni didaktika öyrənir. Didaktikanın nə öyrətməli? neçə öyrətməli? suallarına ilk cavabı şifahi xalq yaradıcılığı nümunələrində: atalar sözləri və zərb məsələlərdə, nağıl və dastanlarda tapmaq mümkündür.

Didaktik sistemlər dedikdə - prinsipial xüsusiyyətlərinə, müəyyən göstəriciliərinə görə fərqlənən bütöv təhsil nəzəriyyələri başa düşülür. Əsas didaktik sistemlər bunlardır.:


  • Y.A.Komenskinin didaktikası

  • İ.F.Herbartın didaktikası

  • C.Dyuinin didaktik sistemi

  • Müasir təlim sistemi

Pedaqoji fikir tarixində Komeniski bir elm kimi didaktikanın əsasını qoymuş­dur. Ən sanballı əsərinin adını “Böyük didaktika” adlandırmışdır. Məhz Komeniski təlim prinsipləri və qaydalarını müəyyənləşdirmış və sistemləşdirmişdir. O yazırdı: “Didaktika- hər şeyi hamıya öyrətmək sənətidir” (Pansofiya ideyası).

Komenski ideyalarına sadiq qalaraq didaktika sahəsində çox dəyərli fikirlər söyləyən Pestalotsi, Herbart, Uşinski, Disterveq kimi pedaqoq-didaktları xüsusi qeyd etmək lazımdır. Ömrünün 50 ilini uşaqların təlim-tərbiyəsinə sərf edən, təlimi əməklə birləşdirməyə üstünlük verərək xüsusi tipli orta ümumtəhsil məktəbi və institut yaradan İ.Pestalotsi (1746-1827) ən nümunəvi ibtidai məktəblər üçün elementar təhsil nəzəriyyəsini işləyib hazırlamışdır.

Həm filosof, həm psixoloq, həm də pedaqoq kimi tanınan, didaktika sahəsində böyük əmək sərf edən İ.Herbart (1776-1841) “Pedaqogikadan birinci mühazirələr”, “Tərbiyənin məqsədindən doğan ümumi pedaqogika” adlı əsərlərində dəyərli fikirlər söyləmişdir. Herbart öyrətmənin pillələrində təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici amillərə böyük üstünlük vermişdir.

Didaktikanın inkişafında K.D.Uşiniskinin (1824-1871) xidməti böyükdür. Onun “İnsan tərbiyənin obyekti kimi pedaqoji antropologiya” adlı əsəri didaktik problemlə­rə həsr olunmuş böyük tədqiqat əsəridir. Onun 11 cildlik seçilmiş əsərləri­ni nəzərdən keçirərkən orada elmi didaktikanın böyük bir sistemini görərik. Onun “Vətən dili”, “Uşaq aləmi” dərslikləri ən dəyərli didaktika materialları hesab olunur

2.Təlim prosesi vahid pedaqoji prosesin tərkib hissəsi olub, inkişafın uzunmüd­dətli tarixi proseslərinin (mənimsəmə vəidrak proseslərinin) fərdi inkişafa köcürül­mə­sidir.Başqa sözlə, təlim prosesibəşəriyyətin hazırlamış olduğu maddi və mənəvi sər­vət­lər haqqında bilik, bacarıq və vərdişlərin məqsədtönlü və mütəşəkkil şəkildə gənc nəslə catdırılmasıdır. Təlim prosesinin konponentləri- öyrətmə, öyrənmə və təlimdir.

Öyrətmə- müəllimin təlim məqsədlərini reallaşdırma, məlumat vermə, tərbiyəetmə, biliklərin dərk edilməsi vəpraktik tətbiqi haqqında sistemli fəaliyyətdir.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin