3. Təlim prosesinin mərhələləri bunlardır;
- qavrama,
- Anlama
-möhkəmlətmə
-tətbiq etmə
- ümumiləşdirmə
-diaqnostika
Qavrama- təlim prosesində şagirdlərin öyrəniləçək fakt və hadisələr haqqında məlumat əldə etməsi deməkdir.
Anlama- şagirdlərdə anlayış yaratma mərhələsidir. Anlama təhlil-tərkib, əsas mahiyyətin tapılması, müqayisə-qarşılaşdırma, mücərrədləşdirmə- konkretləşdirmə, ümumiləşdirmədən ibarətdir.
Möhkəmləndirmə - qazanılmış biliklərin,öyrənilmiş materialın uzun müddət yadda qalmasına xidmət edir. Təkrarlar, əyanilik, şüurluluq, müstəqillik möhkəmləndirmənin hissələridir.
Tətbiqetmə- öyrənilmiş bilikləribacarıq və vərdişlərə çevirmə, həqiqiliyini yoxlama məqsədi daşıyan mərhələdir. Tapşırıq, çalışma, təcrübələr tətbiqetmə mərhələsinə aiddir.
Ümumiləşdirmə -yeni qazanılmışbilik və bacarıqların əvvəllər mənimsənilmiş bilik və bacarıqlarlarla birgə ümumi sistemə daxil edilməsidir. Ümumiləşdirməyə aiddir: ilkin, anlayışlar üzrə, dərslər üzrə, mövzudaxili, mövzular arası.
Dostları ilə paylaş: |