Təlimin tərbiyələndirici vəzifəsi. Təlimin hər cəhəti-məzmunu da, tətbiq olunan üsullar da, təlimdə müəllim-şagird, şagird-şagird münasibətləri də tərbiyə edir. Təlim şagirdlərdə dünyagörüşünün formalaşmasına, onların təbiət və cəmiyyət hadisələrinə elmi cəhətdən yanaşmağa, onlara əxlaqi və estetik qiymət verməyə alışdırılmasında böyük rol oynayır. Fənnin məzmununun, tədris üsullarının, təşkili formalarının, müəllim-şagird münasibətlərinin təsiri ilə şagirdlərdə mənəvi keyfiyyətlərin formalaşması təlimin tərbiyələndirici vəzifəsinin həyata keçrilməsi deməkdir.
Təlimin inkişafetdirici vəzifəsi. Təlim prosesi şagird şəxsiyyətini inkişaf etdirir. Bir sıra tədqiqatlarla sübut edilmişdir ki, təlimin məzmununu və metodikasını dəyişməklə uşaqların inkişaf səviyyəsini yeniləşdirmək mümkündür. Təlimdə şagirdlərin psixologi inkişafı onlarda nitq və təfəkkürün, hiss və həyəcanların, qabiliyyətlərin və psixi proses və xüsusiyyətlərin birlikdə inkişafı deməkdir. Bütün fənlərin tədrisi şagirdlərdə nitqin inkişafına müəyyən təsir göstərir və lüğət ehtiyyatını zənginləşdirir. Nitqin inkişafi təfəkkürün də formalaşmasına təsir göstərir. Deməli, fənnin tədrisi zamanı şagirdlərdə nitq və təfəkkür fəaliyyətlərinin, duyğu vğ qavrayışın, təsəvvür və təxəyyülün, diqqət və iradi keyfiyyətlərin, habelə digər psixologi qüvvələrin hərəkətə gətrilməsi təlimin inkişaf etdirici vəzifəsinin həyata keçrilməsi deməkdir.
Təlimin məqsədi belə ifadə olunur: məzmunu milli və ümumbəşəri dəyərlərlə zənginləşmiş bilikləri, bacarıq və vərdişləri mənimsəmək yolu ilə Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını qorumağa qadir olan vətəndaşlar yetişdirməyə köməklik göstərmək təlimin əsas məqsədidir.
Təlimin hənin məqsədi onun yuxarıda sadaladığımız vəzifələrin istiqamətində həyata keçrilir.
Dostları ilə paylaş: |