Əxlaq tərbiyəsinin məzmunu əxlaqi keyfiyyətlərin formlaşdırılması ilə bağlıdır. Ən mühüm əxlaqi keyfiyyətlərdən bəzilərinə nəzər salaq:
vətənpərvərlik, yurdsevərlik;
insanpərvərlik, humanizm;
əməksevərlik, çalışqanlıq;
dostluq və yoldaşlıq;
düzlük və doğruçuluq və s.
Bu cür əxlaqi keyfiyyətlərin sayı minlərlədir.
Xalqımıza məxsus əxlaqi keyfiyyətlərdən bəziləri haqda N.Tusinin yazdıqlarından. N.Tusi fəzilətləri dörd yerə bölünür: hikmət, şücaət, iffət və ədalət.
“Hikmət” – daha çox ağılın keyfiyyətlərini əhatə edir.
“Şücaət” - ona deyərlər ki, “qəzəb nəfsi” “nitq nəfsinə” tabe olsun, təhlükəli anlarda özünü itirməsin, onun məsləhəti ilə oturub-dursun, həm gördüyü iş bəyənilsin, həm də göstərdiyi təmkin xoşa gəlsin (“Əxlaqi Nasiri”, səh 84)
“İffət” ona deyərlər ki, “Şəhvət” qüvvəsi “nitq” qüvvəsinin ixtiyarında olsun, meylləri onun arzusuna uyğun gəlsin, beləliklə həm xeyir görsün, fayda götürsün, həm düşkünlük əsarətindən qurtarsın, həm çılğınlıq xidmətindən.
Əxlaq tərbiyəsinin yolları
|