Azadlıq və demokratiya – Tarix boyu gündəmdən düşməyən, insanların daim can atdığı ən zəruri insani hüquqlarıdır. Bir çox xalqların müstəqilliyə qovuşması və demokratik quruculuğa başladığı müasir dövrdə bu haqda mədəni görüşləri aşağı səviyyədə olan gənclər bəzən azadlıq və demokratiyanı qanunsuzluq, hərc-mərclik kimi başa düşürlər. Amma, əslində, azadlıq və məsuliyyət, demokratiya və intizam bir-birindən ayrılmaz anlaışlardır.
Mədəniyyətlərin inteqrasiyası, qlobalizm – “İnteqrasiya” - münasibətdə olan tərəflərin malik olduğu mənəvi – mədəni dəyərlərin qarşılıqlı olaraq qəbul edilməsi qovuşması deməkdir. Təəssüf ki, müstəqillik qazanmış ölkələrin bir çoxunda, o, cümlədən də Azərbaycanda sivil ölkələrin qabaqcıl mədəniyyətlərinə inteqrasiya dedikdə, həmin ölkələrin mədəni təsirlərini birtərəfli qaydada qəbul etmək başa düşülür. Xüsusilə də gənclər arasında Qərbin “psevdomədəniyyətinə” aludəçilik artır. Bu vəziyyət hətta etnik və mədəni terrorizmin surətlə yayılmasına səbəb olur. Narkomaniya, narkotik vasitələrin satışı, insan alveri, aqresssivlik, gənclər arasında qəddarlıq halları yaranır. Bütün bunlar əxlaqi mühitə və əxlaq normalarına da təsir göstərməyə bilməz.