Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Vərəm hallarının təsnifatı



Yüklə 1,97 Mb.
səhifə9/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

Vərəm hallarının təsnifatı


Laborator analizləri, rentgenoloji diaqnostikanın obyektiv nəticələri, eləcədə xəstəlik və həyat anamnezi üzrə toplanmış subyektiv məlumatlar vərəm hallarıınn epidemioloji təsnifatı üçün istifadə edilir.

Vərəm halları bölünür:

  • Bakterioloji təsdiq olunmuş vərəm halı – bioloji material nümunəsinin yaxmanın mikroskopiyası, əkmə və ya cəld diaqnostika vasitələri (Xpert MTB/RİF kimi) ilə müayinə nəticəsi pozitiv olan hal;

  • Diaqnozu kliniki olaraq təyin edilmiş vərəm halı – bakterioloji təsdiq olunma meyarlarına cavab verməyən, lakin klinisist-həkim və ya digər həkim tərəfindən fəal vərəm diaqnozu təyin edilmiş və xəstəyə vərəmə görə tam müalicə kursunun təyinat verilməsi barədə qərar qəbul edilmiş haldır. Bu tərif rentgenoloji müayinə nəticəsində aşkar edilmiş patologiyaların mövcud olmasına və ya xəstəliyə dəlalət edən histoloji müayinə nəticələrinə əsasən diaqnozu qoyulmuş halları, habelə laborator təsdiqi olmayan AKV hallarını ehtiva edir. Əgər kliniki olaraq təyin edilmiş hallarda sonradan (müalicəyə başlanmazdan əvvəl və ya sonra) bakterioloji müayinə zamanı pozitiv nəticə müəyyən edilərsə, bunlar bakterioloji təsdiq olunmuş xəstələr kateqoriyasına keçirilir.

Istər bakterioloji təsdiq olunmuş vərəm halı, istərsə də diaqnozu kliniki olaraq təyin edilmiş vərəm halı:



    1. xəstəliyin anatomik lokalizasiyasına görə...

    2. əvvəlki müalicə tarixçəsinə görə...

    3. dərmanlara davamlılığa görə...

    4. İİV statusuna görə təsnif olunur.

1. Xəstəliyin anatomik lokalizasiyasına əsaslanan təsnifat.


1.1. Ağciyər vərəmi (AV) – ağciyər parenximasını və ya traxeobronxial ağacı zədələyən, bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin edilmiş istənilən vərəm halı. Miliar vərəm, xəstəliyin bu formasında ağciyərlərdə boşluqlar yarandığından ağciyər vərəmi halı kimi təsnif edilir.

1.2. Ağciyərlərdən kənar vərəm (AKV) – plevra, limfa vəziləri, qarın boşluğu, sidik-cinsiyyət traktı, dəri, oynaqlar və sümüklər, beyin qişaları kimi ağciyərlərdən fərqli orqanları zədələyən, bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin edilmiş istənilən vərəm halı. Rentgenoloji olaraq ağciyərlərdə patologiya müəyyən edilmədən döş qəfəsi daxili limfa vəzilərinin vərəmi və ya vərəmli plevral maye yığılması AKV halı hesab edilir.

Eyni zamanda AV və AKV müəyyən edilən xəstə AV halı kimi təsnif edilir. AV və AKV diaqnostikasının xüsusiyyətləri üçün bax: Əlavə 6.

2. Əvvəlki müalicə tarixçəsinə əsaslanan təsnifat.


    1. Yeni xəstə – vərəmə görə əvvəllər heç vaxt müalicə olunmamış və ya 1 aydan az müddətdə vərəməleyhi dərman preparatları qəbul etmiş xəstə.

    2. Əvvəllər müalicə olunmuş xəstə – vərəməleyhi preparatlarla əvvəllər 1 ay və daha artıq müddətdə müalicə qəbul etmiş xəstə.

      1. Xəstəliyin residivi – əvvəllər müalicə olunmuş və son müalicə kursunun sonunda sağalıb və ya müalicə başa çatıb elan edilmiş, indiki halda təkrar vərəm epizodu kimi diaqnozlaşdırılan xəstələr (bu, əsil residiv və ya reinfeksiya nəticəsində yeni vərəm epizodu ola bilər).

      2. Uğursuz terapiya kursundan sonra müalicəyə cəlb olunan – əvvəllər müalicə olunmuş və son müalicə kursunun sonunda uğursuz müalicə elan edilmiş xəstələr.

      3. Sonrakı həkim müşahidəsi üçün itirilmiş olduqdan sonra müalicəyə cəlb olunan – əvvəllər müalicə olunmuş və son müalicə kursu sonrakı həkim müşahidəsi üçün itirilmiş elan edilmiş xəstələr.

      4. Digər əvvəllər müalicə olunmuş xəstələr – əvvəllər vərəmdən müalicə olunmuş və son müalicə kursunun nəticəsi naməlum olan və ya sənədlə təsdiq edilməyən xəstələr.

Vərəmə görə naməlum əvvəlki müalicə tarixçəsi olan xəstələr yuxarıda qeyd edilən kateqoriyalara aid edilmir.

“Ilk dəfə aşkar edilmiş vərəm halları”nın və “vərəmin residivi halları”nın cəmi “yeni vərəm halları”nı təşkil edir.


3. Dərmanlara davamlılığa əsaslanan təsnifat


    1. Monodavamlılıq (MD) – 1-ci sıra dərmanlardan yalnız birinə davamlılıq;

    2. Polidavamlılıq (PD) – birdən artıq sayda 1-ci sıra dərmanlara davamlılıq (izoniazidə və rifampisinə birgə davamlılıqdan fərqli);

    3. Çoxsaylı dərmanlara davamlılıq (ÇDD) – ən azı izoniazidə və rifampisinə birgə davamlılıq;

    4. Geniş dərmanlara davamlılıq (GDD) – çoxsaylı dərmanlara davamlılığa əlavə olaraq hər-hansı flüorxinolona və 2-ci sıra inyeksion preparatlardan (Cm, Km və ya Ami) ən azı birinə davamlılıq;

    5. Rifampisinə davamlılıq – fenotipik və ya genotipik metodların tətbiqi ilə müəyyən edilmiş, digər vərəməleyhi preparatlara davamlılığın olduğu və ya olmadığı rifampisinə davamlılıq. Buraya MD, PD, ÇDD və ya GDD olmasından asılı olmayaraq rifampisinə hər-hansı davamlılıq aiddir.

4. İİV-statusuna əsaslanan təsnifat.


    1. İİV-pozitiv vərəmli xəstələr – bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin edilmiş elə vərəmli xəstələrdir ki, onlarda İİV-ə görə testin pozitiv nəticəsi sənədli təsdiq olunmuşdur (məsələn, xəstənin İİV-ə görə müalicədə olduğu antiretrovirus terapiyaya (ART) başlamazdan əvvəl və ya sonra qeydiyyat jurnalına daxil edildiyi ilə sənədli təsdiq edilmişdirsə) və ya vərəm diaqnozu təyin edilən zamanı İİV-ə görə testin nəticəsi pozitivdir.

    2. İİV-neqativ vərəmli xəstələr – bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin edilmiş elə vərəmli xəstələrdir ki, onlarda vərəm diaqnozu təyin edilən zamanı İİV-ə görə testin neqativ nəticəsi sənədli təsdiq olunmuşdur.

    3. İİV statusu naməlum olan vərəmli xəstələrdə – İİV-ə görə testin sənədli təsdiq olunmuş nəticəsi yoxdur. Əgər sonradan İİV-ə görə testin nəticəsi müəyyənləşirsə, bundan asılı olaraq xəstə təkrarən təsnif edilir.

Fəsil 5: Vərəməleyhi dərmanlar. Vərəmin müalicəsi. VƏD tətbiqi zamanı meydana çıxan yan təsirlərin idarə olunması.



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin