Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə7/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   51

245




Oruc


1147. Oruc

Quran:

«Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.»1



Hədis:

3714. Allahın Peyğəmbəri (s): «Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.»2

3715. Allahın Peyğəmbəri (s): «Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.»3

3716. Allahın Peyğəmbəri (s): «Oruc tutun ki, sağlam olasınız.»4

3717. Allahın Peyğəmbəri (s): «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.»5

3718. Allahın Peyğəmbəri (s): «Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar.»6

3719. Allahın Peyğəmbəri (s): «Oruc od qarşısında bir sipərdir.»7

3720. Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.»1

3721. İmam Baqir (ə): «Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.»2

3722. İmam Sadiq(ə): «Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.»3

3723. İmam Sadiq (ə): «Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.»4

3724. İmam Sadiq(ə): «Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir»5

3725. İmam Sadiq(ə): «Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir.»6

3726. İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini bəyan edərkən): «Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin.»7


1148. Könüllü və müstəhəb oruc tutmağa həvəsləndirmək

3727. Allahın Peyğəmbəri (s): «Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.»8

3728. Allahın Peyğəmbəri (s): «Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.»9

3729. Allahın Peyğəmbəri (s): «Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.»1

3730. İmam Sadiq (ə): «İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.»2
1149. Oruc tutmağın ədəbi

3731. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.»3

3732. İmam Əli(ə): «Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.»4

3733. Xanım Fatimeyi Zəhra (s.ə): «Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?»5

3734. Məhəmməd ibn Muslim: «İmam Sadiq (ə) buyurdu: Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.»6
1150. İsti havada və qışda oruc tutmağın fəziləti

3735. Allahın Peyğəmbəri (s): «Qışın orucu fərəh bəxş edən bir qənimətdir.»7


3736. İmam Sadiq(ə): «Ən üstün cihad, isti havada oruc tutmaqdır.»8

3737. İmam Sadiq(ə): «Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.»9



246




Gülüş



1151. Gülüş və təbəssüm

3738. İmam Əli(ə): «Peyğəmbərin (s) gülüşü təbəssüm idi.»1

3739. İmam Baqir(ə): «Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə.»2

3740. İmam Sadiq(ə): «Qəhqəhə çəkmək şeytandandır.»3

3741. İmam Sadiq(ə) : «Möminin gülüşü təbəssümdür.»4

3742. İmam Sadiq (ə): «Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.»5



1152. Çox gülməyin məzəmməti

3743. Allahın Peyğəmbəri (s): «Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər.»6

3744. Allahın Peyğəmbəri (s): «Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız.»7

3745. «İrşadul Qulub»: Merac hədisində deyilir: «Allah-taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm.»8

3746. İmam Əli(ə): «Çox gülənin zəhmi aradan gedər.»9

3747. İmam Əskəri(ə): «Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.»10



247




Müstəzəf (zəifliyiə düçar edilmiş)



1157. Mustəzəflərin fəziləti

3748. Allahın Peyğəmbəri (s): «Sizi Allahın ən pis bəndələrindən xəbərdar etməyimmi? Təkəbbürlü kobud. Sizi Allahın ən yaxşı bəndəsindən agah edimmi? Aciz müstəzəf.»1

3749. Allahın Peyğəmbəri (s): «Məni zəiflər arasında axtarın. Çünki siz zəif insanların vasitəsilə ruzi yeyir və kömək olunursunuz.»2

3750. Allahın Peyğəmbəri (s): «Əslində, Allah-taala bu ümmətə, onun zəiflərinin duası, namazı və ixlası vasitəsilə kömək edir.»3


1154. Müstəzəflərin dövləti

Quran:

«İstədik yer üzündə zəif saxlanılanlara yaxşılıq edib, onları insanların rəhbərləri təyin edək və yer üzünün varisləri qərar verək.»4

3751. İmam Əli(ə) (İstədik yer üzündə zəif saxlanılanlara...» ayəsi barədə): «Onlar Məhəmməd nəslinin müstəzəfləridir. Allah-taala, göstərdikləri səylərdən sonra onların Mehdilərini göndərəcək və onları əziz, düşmənlərini zəlil edəcək.»5
1155. Mənəvi zəiflik

Quran:

«Yalnız çarəsiz qalıb bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar və uşaqlardan başqa. Ola bilsin Allah onları bağışladı. Allah mehriban və bağışlayandır» 1

3752. İmam Əli(ə): «Allahın höccəti və dəlili ona çatan, qulağı ilə onu eşidən və qəlbi ilə onu başa düşən şəxsə müstəzəf deyilməz.»2

3753. İmam Baqir (ə) Yalnız çarəsiz qalıb, bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar uşaqlardan başqa» ayəsi barədə): «Müstəzəf, kafir olmaq gücündə olmayan, eyni halda, mömin olmaq üçün iman yolunu tapa bilməyəndir. Uşaqların, əqli və fikirləri uşaq səviyyəsində olan kişi və qadınların üzərindən şəriət vəzifələri götürülmüşdür. (yəni, onlar şəriət hökmləri qarşısında cavabdeh deyillər)»3

3754. İmam Kazım(ə): «Zəif, dəlil və sübutların yetişmədiyi (müxtəlif fikirlərdəki) ixtilafı ayırd etməyən şəxsdir. Əgər (fərdlərin fikirlərdəki) ixtilaflardan agah olarsa, müstəzəf deyil.»4


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin