İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı
Fənn: Standartlaşdırma və metrologiya
Müəllim: Məmmədova Aygül Mustafa qızı
Kurs: III
MÖVZU 1. Standartlaşdırma sistemi, əsas anlayış və
standartlaşdırmanın təyin oblastı
PLAN:
1.Girş. Standartlaşdırma sistemi haqqında anlayışlar
2.Standartlaşdırmanın beynəlxalq təşkilatları haqqında
3.Standartlaşdırmanın təyin oblastı
4. Standartlaşdırmanın məqsədi
ƏDƏBİYYAT
1.Буш.В.В., Сухов А.Н., Перекий М.Н. Стандартизация и метрология. Программа для высших с/х учебных заведений по специальности «землеустройство». Москва, 1990.
2.Основы стандартизации. Под редакцией В.В.Ткаченко. Изд-во стандартов, 1986.
3.Серый Н.С. Взаимозаменяемость, стандартизация и технические измерения. М., 1987.
4.Рейх Н.Н., Тупиченков П.А., Цейтлин В.Г. Метрологическое обеспечение производства. М.,1987.
5.Gözəlov S.M. Orucov İ.K – Metrologiyanın və kvalimetriyanınnı əsasları- Bakı- 2002
6. Məmmədov S.Z., - Standartlaşdırmanını əsasları. Bakı-2008
Standartlaşdırma – ingilis sözü “standart” sözündən götürülmüşdür və hərfi tərcüməsi “etalon”, “nümunə” kimi tərcümə edilir. Buradan belə nəticəyə gəlmək olar ki, istehsal olunan məhsul nümunəyə (etalona) uyğun gələrsə həmin məhsul standart, uyğun gəlməyən isə standart olmayan məhsul adlanır.
Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cımləşdirir. Ona görə də onlar ölkənin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Çünki standartlar qabaqcıl təcrübənin, mütərəqqi üsulların geniş yayılması üşün imkan yaradır.
Standartlaşma üzrə beynəlxalq təşkilat (BST) standartlaşmaya aşağıdakı tərifi vermişdir: “standartlaşdırma – müəyyən sahədə işin görülməsində maraqlı olan bütün tərəflərin iştirakı ilə, bütün istismar və təhlükəsizlik texnikası qaydalarına əməl etməklə elmdə, texnikada kənd təsərrüfatında ümumi optimal iqtisadi səviyyəyə çatmaq üçün təyin edilən qayda-qanundur.
Standartlaşdırma elm və texnikanın, praktiki təcrübənin nailiyyətlərinə əsaslanaraq istehsalatın müasir və gələcək inkişaf səviyyəsinin əsasını təşkil edir və elmi-texniki tərəqqinin inkişafı ilə sıx əlaqədardır”.
Yazı qaydası, hesabat sistemi, pul vahidi, ölçü və çəki vahidi standartlaşdırmanın ilk addımlarıdır.
Standart –maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən , kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən sənəddir.
Standartlaşdırmanın təyin oblastı – çox müxtəlif sahələri əhatə edir.
Məsələn, kənd təsərrüfatı istehsalında standartlaşmanın təyin oblastı məhsulun keyfiyyət normalarını və metodlarının təyini və tətbiq olunması, dövlət və müəssisə tərəfindən məhsulun keyfiyyətinə nəzarət edilməsindən ibarətdir.
Standartlaşdırma obyektləri – yerquruluşu layihələrinin tərtibatında, uqodiyaların və növbəli əkin sisteminin təşkilində, kənd təsərrüfatı bitkilərinin dəqiq növləri və onların keyfiyyət göstəricilərinin, metodlarının təyin edilməsi, məhsulun qəbul və təhvil verilməsi, onların qablaşdırılması və nəql edilməsindən ibarətdir.
Standartlaşdırmanın vəzifəsi və məqsədi
Standartlaşdırmanın vəzifəsi və məqsədi – istehsalda texnoloji proseslərin keyfiyyət normalarının, əkinçilikdə və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi əməliyyatlarının və qaydalarının, onların iqtisadi cəhətdən əlverişli variantlarının işlənib hazırlanmasından və onların reklam edilməsindən ibarətdir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi və onun optimal səviyyəsini təmin etmək üçün aşağıdakı məsələləri həll etmək lazımdır:
-
Məhsulun keyfiyyət göstəricilərini müəyyən edən vahid sistemin yaradılması;
-
Sınaq və nəzarət üçün metodların hazırlanması;
-
Ölçmələrini dəqiqliyinin təmini;
-
Yüksək dəqiqlikdə ölçmə əməliyyatlarını aparmaq üçün metodların işlənib hazırlanması.
Kənd təsərrüfatı oblastında standartlaşdırmanın əsas məqsədi aşağıdakılardan ibarətdir:
-
Kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin istifadə edilmə yerinə görə təkmilləşdirilməsi;
-
ölkənin yüksək səviyyədə və stabil vəziyyətdə xammalla və ərzaqla təmin edilməsi;
-
sənayenin (istehsalatın) idarə edilmə metodlarının və tikili formalarının təkmilləşdirilməsi;
-
Məhsulun tələbat qiymətindən maksimum səviyyədə istifadə edilməsi;
-
Əkinçilikdə və heyvandarlıqda məhsulun maya dəyərinin aşağı salınması və əmək məhsuldarlığının yüksəldilməsi;
-
Kolxoz və sovxozların əsas istehsalat fondlarından, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi;
-
əkinçilik və heyvandarlıq məhsullarının satınalma qiymətlərinin təkmilləşdirilməsi;
-
Işçilərin əməyinin təhlükəsizliyinin təmin edilməsi;
-
Yüksək keyfiyyətli məhsulun eksportu və onun inkişafı üçün şərait yaradılması.
Yuxarıda göstərilən problemləri həll etmək üçün texnoloji proseslərin əməliyyatlarını və üsullarını standartlaşdırmaq, məhsulun satış qiymətinə təsir etməyən tələbləri ləğv etmək, məhsulun keyfiyyətinə qoyulan tələbatları konkretləşdirmək və s. əməliyyatları aparmaq lazımdır.
Dövlət standartlaşdırma sisteminin əsas halları,
vəzifələri və kateqoriyaları
Dövlət standartlaşdırma sistemində məhsulun keyfiyyətinin yüksəldilməsi və onların optimal səviyyələrinin təmin edilməsi üçün aşağıdakı məsələlərin həlli tələb edilir: məhsulun keyfiyyət göstəricilərini müəyyən etmək üçün vahid sistemin hazırlanması, məhsulların sınaqdan keçirmə metodlarının hazırlanması, ölkədə ölçmə işlərinin dəqiqliklə aparılmasının təmin edilməsi və s.
Standartlaşdırmanın aşağıdakı kateqoriyaları vardır:
-
Dövlət standartları – DÖST (ГОСТ)
-
Ərazi standartları - ƏST (ОСТ)
-
Respublika standartları – RST
-
Müəssisə standartları – MST
Dövlət standartlarının (DÖST) bütün ölkə daxilində xalq və kənd təsərrüfatı sahələrində istifadəsi məcburidir.
Dövlət standartı dövlət tərəfindən təsdiq edilir və qeydiyyat nömrələri və axırıncı iki rəqəmi təsdiq edildiyi ili göstərir. Məs: DÖBCN2789-73.
Ərazi standartlarının tətbiqi istehsalatın müəyyən sahələri üçün bütün təşkilat və müəssisələr üçün məcburidir. Məs: traktor və kənd təsərrüfatı maşınqayırma sənayesi üçün, avtomobil sənayesi üçün və s
Bundan başqa ərazi standartları həmin müəssisələrinin məhsulları istifadə edilən yerlərdə də istifadəsi məcburidir.
Ərazi standartları nazirlər və ya baş idarələr tərəfindən təsdiq edilir və qeydiyyat nömrələri və axırıncı iki rəqəmi ilə təsdiq edilmə ili göstərilir. Məs: ƏST25789-78.
Respublika standartları nazirlər kabineti və yaxud dövlət plan komitəsi tərəfindən təsdiq edilir və xüsusi işarələrlə respublikanın adı göstərilir. Məs RST Azərbaycan 150-78.
Respublika standartları ərazi və dövlət standartlarına aid olan müəssisələr istisna olmaqla yerdə qalan bütün müəssisələrdə tətbiqi vacibdir.
Müəssisə standartları müəssisənin rəhbəri tərəfindən təsdiq edilir və qeydiyyat nömrəsi və axırıncı iki rəqəmlə təsdiq edilmə ili göstərilir. Məs: MST251-78.
Müəssisə standartlarında müəssisədə istehsal olunan məhsullara aid metodlar, qanun və normalar hazırlanır və həmin qanunların və tələbat normalarının tətbiqi vacibdir.
Standartın tətbiqi və təsir oblastı standartlaşdırma obyektlərindən asılıdır. Ümumi halda standartlaşdırma obyekti müəyyən məhsullardan, normalardan, qanunlardan, metodlardan, müxtəlif terminlərdən və s. ibarətdir. Belə ki, standartlaşdırma obyektinə daxil olan məhsullar elm və texnikada sənaye və kənd təsərrüfatı istehsalında, inşaat işlərində, nəqliyyatda, mədəniyyət və tibb sahəsində, beynəlxalq ticarətdə çox illik istifadə perspektivinə malikdir.
Respublika standartları ərazi və dövlət standartlarına aid olan müəssisələr istisna olmaqla yerdə qalan bütün müəssisələrdə tətbiqi vacibdir.
Standartlaşdırma oblastında beynəlxalq əlaqələr
Beynəlxalq ticarət əlaqələrinin, elmi-texniki inkişafın, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi beynəlxalq vahid normalarının, qanunların və tələbat normalarının hazırlanmasını, yəni beynəlxalq standartlaşdırmanın inkişafını vacib hesab edir.
Bir-birindən fərqlənən milli standartlar ticarət əlaqələrini, elmi-texniki sənədlərin dəyişdirilməsini və s. çətinləşdirir, inkişafına mane olur. Milli standartlaşdırma təşkilatları arasında əlaqələri möhkəmlətmək və onlar arasında qarşılıqlı işləri görmək üçün bir neçə beynəlxalq standartlaşdırma təşkilatları yaradılmışdır.
Standartlaşdırma üzrə birinci beynəlxalq təşkilat 1926-cı ildə yaradılmışdır və aşağıdakı kimi adlanır: “Standartlaşdırma üzrə milli assosiasiyaların beynəlxalq federasiyası”. Bu təşkilatın 20 üzvü olmuşdur və onlar tərəfindən 32 beynəlxalq standartlar işlənib hazırlanmışdır. II dünya müharibəsinin başlanması ilə bu təşkilat öz funksiyasını dayandırmışdır.
1946-cı ildə standartlaşma üzrə beynəlxalq təşkilat yaradılmışdır. Ilk əvvəl bu təşkilatın 25 ölkədən üzvü olmuşdur.
Standartlaşdırma üzrə beynəlxalq təşkilatın qarşısında duran məqsəd standartlaşdırmanın bütün dünyada inkişaf etdirilməsindən ibarətdir. Belə ki, beynəlxalq ticarət, elmi-texniki və iqtisadi əlaqələri asanlaşdırmaq və yüksək səviyyədə aparmaqdan ibarətdir. Bu baxımdan 1973-cü ildən sonra həmin təşkilat standartlaşma üzrə beynəlxalq tövsiyələr hazırlayır.
Standartlaşma üzrə beynəlxalq təşkilat birləşmiş millətlər təşkilatında məsləhətçi kimi müəyyən işləri yerinə yetirir.
Danışıq dili rus, ingilis və fransız dilidir.
Metrologiya sahəsində bir neçə beynəlxalq təşkilat vardır: Beynəlxalq ölçü və çəki təşkilatı, Beynəlxalq çəki və ölçü komitəsi, Beynəlxalq metrologiya qanunvericilik təşkilatı.
Dövlət standartlaşdırma obyektləri aşağıdakılardır:
-
Ümumi texniki, metodiki-təşkilati qayda və qanunlar. Məs: ölçü ədədləri, yivlərin parametirləri, şpilka birləşmələri, dişli ötürmələrin dəqiqliyi normaları, müxtəlif tezliklər və elektrik cərəyanının gərginliyi və s.;
-
Məhsulun keyfiyyət göstəriciləri və normaları, metodları və onlara nəzarət metodları;
-
Ərazilərdə istifadə edilən məhsulların əsas texniki və istismar göstəriciləri. Məs: nasosların əsas parametirləri, metal kəsən dəzgahların dəqiqlik normaları və s.;
-
Elmi-texniki terminlər, işarələr və s.;
-
Fiziki ölçmə vahidləri, ölçmə metodları və onların yoxlaması, müxtəlif texnoloji sənədlər;
-
Məhsulun mühüm növləri.
Ərazi standartlarının obyektləri aşağıdakılardır:
-
Maşınlar, cihazlar, apparatlar və digər seriya ilə istehsal olunan məmulatlar;
-
Istifadəsi məhdudlaşmış məhsulların xüsusi növləri;
-
Detallar və yığılan qurğular, instrumentlər və texnoloji proseslərin normaları və s.
Respublika standartlarının obyektləri aşağıdakılardır:
-
Respublikanın xalq təsərrüfatında işlədilən sepsidik norma və qaydalar;
-
Respublika daxilində istehsal olunan və işlədilən xammallar, materiallar, yanacaqlar və faydalı qazıntılar;
-
Əhali və təşkilatlara xidmət edən xüsusi işlər, normalar və tələbatlar;
-
Yerli və respublika müəssis
Dostları ilə paylaş: |