Программа для высших с/х учебных заведений по специальности «землеустройство»


MÖVZU 10. Məhsulun keyfiyyətinin formalaşma mərhələləri



Yüklə 0,72 Mb.
səhifə6/8
tarix30.05.2018
ölçüsü0,72 Mb.
#52123
növüПрограмма
1   2   3   4   5   6   7   8

MÖVZU 10. Məhsulun keyfiyyətinin formalaşma mərhələləri.

Keyfiyyətin qiymətləndirilmə ardıcıllığı.

P L A N


  1. Məhsulun keyfiyyətinin formalaşma mərhələləri

  2. Məhsulun keyfiyyət göstəricilərinin qiymətləndirilməsi metodları



ƏDƏBİYYAT

1.Буш.В.В., Сухов А.Н., Перекий М.Н. Стандартизация и метрология. Программа для высших с/х учебных заведений по специальности «землеустройство». Москва, 1990.

2.Məmmədov. N. R . Standartlaşdırmanın əsasları.Bakı : Elm , 2002

3.Gözəlov .S.M. ,Məmmədov .S.Z. ,Orucov İ.K. Metrologiyanın və kvalimetriyanın əsasları Gəncə 2008.

Məhsulun keyfiyyətinin formalaşması onun həyat tsiklinin bütün mərhələlərində ,yəni tədqiqatların aparılması və işləmələrin əsaslandırılması, məmulatın işlənib hazırlanması , istehsalı ,istismarı və təmiri mərhələlərində baş verir.

İlk mərhələdə məhsula ilkin tələblərin formalaşması üzrə işlər aparılır.

Bu işlərə məmulatın işlənməsi üçün sifarişin tərtib edilməsi ,avanlayihənin (təxmini layihənin) yaradılması, elmi-tədqiqat işlərinin aparılması və texniki tapşırığın hazırlanması daxildir. İstehsalat-texniki təyinatlı yeni məhsulların işlənib hazırlanmasına və istehsalata qoyulmasına əsas tələbləri QOST15.001-88 və bu standartın tətbiqi üzrə müvafiq tövsiyyələr müəyyənləşdirir.



Texniki tapşırıq bir qayda olaraq aşağıdakı bölmlərdən ibarət olur: məhsulun adı və tətbiq sahəsi, işləmə üçün əsas, işləmənin məqsədi və təyinatı, texniki tələblər, iqtisadi göstəricilər, işləmənin mərhələləri, nəzarət və qəbul qaydaları, əlavələr. Bu bölmələrin ümumi məzmunu R 50-601-589 tövsiyyələrində müəyyənləşdirilmişdir, lakin onun əsasən sifarişçi (əsas istehlakçı) və işləyici təşkilat təyin edir.

Sifarişçi lazımi texniki səviyyəyə malik olan məhsulun yaradılması, onun işlənib hazırlanması və istehsalata qoyulması, onun işlənib hazırlanması və istehsalata qoyulması müddətlərinin və xərclərinin azaldılmasının mümkünlüyünü təmin edən ilkin tələbləri formalaşdırır. Bu tələblər verilmiş məhsul bazarın tələbatının, həmçinin həmin məhsulun istifadə ediləcəyi sahədə istehsalat proseslərinin və xidmət sahələrinin təkmilləşdirilməsinin proqnozlaşdırılmasına əsaslanmalıdır.

İşləyici təşkilat sifarişçinin ilkin tələbləri əsasında, həmçinin yerinə yetirilmiş elmi-tədqiqat və eksperimental işlərin nəticələrini, ölkənin və xarici dövlətlərin qabaqcıl texniki mailiyyətlərini, proqressiv maşın və avadanlıqlar sisteminin analizini, potent sənədlərinin, daxili və xarici bazarın tələblərinin öyrənilməsini nəzərə almaqla texniki tapşırığı işləyib hazırlayır. Texniki tapşırıq konkret məlumat və ya onların qrupu (tipölçüləri sırası və ya onun hissi) üçün işlənib hazırlana bilər. Konstruksiyaları və təyinatları ümumi olan məmulatlar qrupu üçün tipli texniki tapşırıq işlənib hazırlana bilər.

Texniki tapşırıqda texniki təklifin işlənib hazırlanması nəzərdə tutula bilər. Burada texniki həllərin müxtəlif variantlarının analizi əsasında texniki tapşırıqda göstərilməmiş texniki xarakteristikalara və keyfiyyət göstəricilərinə sonuncu tələblər müəyyənləşdirilir. Sifarişçi ilə razılaşdırılmış texniki təklif KSVS-nin tələblərinə uyğun konstruktor sənədlərinin (eskiz, texniki layihə və işçi sənədlərinin) işlənib hazırlanmasına kömək edir.

Sifarişçi işləyici təşkilatla birlikdə texniki tapşırıqda işləmənin nəticələrinin təhvil verilmə və qəbul qaydalarını təyin edirlər:


  • Hazırlanmış nümunələrin növləri (eksperimental, təcrübi, baş);

  • Sınaqların kateqoriyaları;

  • Nəticələrin qəbul komissiyasında baxılması və komissiyanın tərkibi;

  • Qəbula təqdim edilən sənədlər.

Texniki tapşırığın təsiri qəbul komissiyasının aktının təsdiq edildiyi gündən qurtarır.

Istehsalçı məhsulun istehsalın hazırlanmasında və istehsalında işləyici təşkilatın iştirakının zəruriliyini təyin edir. Zəruri hallarda onlar birlikdə İTHVS əsaında istehsalatın texnoloji hazırlanmasına daxil olan sənədləri işləyib hazırlayır, məhsulun sınaqlarını aparırlar. Istehsal mərhələsində həll olunan əsas məsələlər aşağıdakılardır: məhsulun stabil keyfiyyətinin təmin edilməsi, istismarın (istehlakın) həticələri haqqında daxil olan məlumatların təhlili, məmulatların təkmilləşdirilməsinin mümkün olan istiqamətlərinin müəyyənləşdirilməsi, sertifikatlaşdırmaya hazırlıq və servis xidmətinin təşkili üzrə işlərin yerinə yetirilməsi.

QOST 15467-79 sənədinə əsasən məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi həmin məhsulun keyfiyət göstəricilərinin seçilməsi, bu göstəricilərin qiymətlərinin təyin edilməsi və onların baza göstəriciləri ilə tutuşdurulması əməliyyatının məcmuudur.

Keyfiyyət səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə bütün sənaye məhsularını iki sinfə bölürlər. Birinci sinfə o məhsullar aid edilir ki, onlar istifadə zamanı sərf olunurlar. Bu sinfə mənsub olan məsullar aşağıdakı üç qrupa bölünürlər:


  • 1-ci – xammal, yanacaq-təbii qazıntılar, duru, bərk və qazaoxşar yanacaq və s;

  • 2-ci – materiallar və məhsullar (meşə materialları, süni yanacaq,yağlar, sürtgü yağları, kimyəvi məhsullar və s.);

  • 3-cü – sərf olunan məmulatlar (çənlərdə duru yanacaq, qazla balonlar, makarada kabellər və s.).

Ikinci sinfə o məhsullar aiddir ki, onlar istifadə zamanı öz resurslarını sərf edirlər. Bu sinfə aid olan məhsullar aşağıdakı iki qrupa bölünürlər:

  • 1-ci – təmin olunmayan məmulatlar (elektrovakuum və yarımkeçirici cihazlar, rezistorlar, kondensatorlar, yastıqlar, dişli çarxlar və s.);

  • 2-ci – təmir olunan məmulatlar (texnoloji avadanlıqlar, avtomat xətlər, ölçü cihazları, nəqliyyat vasitələri və s.).

Yuxarıda göstərilən təsnifatlaşdırma müəyyən qrup məhsulların fərdi göstəricilərin nomenklaturasının seçilməsi, onların tətbiq sahəsinin təyin edilməsi, konkret məmulatın və ya bir neçə məmulatların baza nümunələri kimi seçiıməsinin əsaslandırılması, məhsulun keyfiyyət göstəricilərinin nomenklaturasının dövlət standartları sisteminin yaradılması üçün tətbiq edilir.

Məhsulun keyfiyyət göstəricilərinin nomenklaturasını onun təyinatını və tətbiqi şərtlərini, istehlakçıların (sifarişçilərin) tələblərini, məhsulun keyfiyyət göstəricilərinə əsas tələbləri və onların tətbiq sahələrini nəzərə almaqla təyin edirlər. Keyfiyyət göstəricilərinin nomenklaturasını seçən zaman həmcins məhsul qrupunu və bu qrupa daxil olan yarımqrupları və növləri, keyfiyyət göstəriciləri qruplarının nomenklaturasını, təyin edirlər. Məhsulun keyfiyyət göstəricilərinin ilkin nomenklaturasını cədvəl 9.1-də verilmiş tövsiyyələrə görə müəyyənləşdirirlər.



Cədvəl 9.1.

Məhsulların sinifləri və qrupları üzrə əsas keyfiyyət

göstəricilərinin tətbiqi


Məhsulun keyfiyyət göstəriciləri

Məhsulun birinci sinfi

Məhsulun ikinci sinfi

1-ci qrup

2-ci qrup

3-ci qrup

1-ci qrup

2-ci qrup

1

2

3

4

5

6

Təyinatı

+

+

+

+

+

Səmərəlilik

+

+

+

+

+

Etibarlılıq:

Imtinasız işləmə

Uzunömürlülük

Təmirəyararlılıq

Saxlanma

-

-



-

+

-

-

+



+

-

-


+

+

+

+

-



+

+

+



+

+


Erqonomik

-

+

+

+

+

Estetik

-

+

+

+

+

Texnolojilik

+

+

+

+

+

Nəqletdirməyə yararlılıq

+

+

+

+

+

Standartlaşdırma və unifikasiya

-

-

+

+

+

Patent-hüquq

-

+

+

+

+

Ekoloji

+

+

+

+

+

Təhlükəsizlik

+

+

+

+

+

Məhsulun keyfiyyət göstəricilərinin qiymətlərinin təyin edilməsi metodları iki qrupa bölünür:



  1. Informasiyanın alınma üsullarına görə-ölçmə, qeydiyyat,orqanoleptik və hesabat metodları.

  2. Informasiyanın alınma mənbəyinə görə-ənənvi, ekspert və sosiolji.

Ölçmə metodu texniki ölçmə vasitələrindən istifadə edərək alınan informasiyaya əsaslnır.

Qeydiyyat metodu müəyyən hadisələrin, əşyaların və ya xərclərin miqdarının hesablanması yolu ilə alınan informasiyanın istifadəsinə əsaslanır, məsələn: sınaq zamanı məmulatın imtinalarının miqdarının qeydiyyatı, məmulatın yaradılmasına və istisnalarına çəkilən xərclərin qeydiyyatı. Bu metodun köməyi ilə texnolojilik, səmərəlilik, potent-hüquq standartlaşdırma göstəricilərini təyin etmək olar.

Orqanoleptik metodda insanın hiss orqanları vasitəsilə qəbul etdiyi informasiya (görmə, eşitmə, dad hissi, iy duyğusu, toxunma hissi) istifadə edilir. Bu metodun tətbiqi zamanı alınan nəticələrin dəqiqliyi və düzgünlüyü bu işi yerinə yetirən şəxsin qabiliyyətindən, peşə hazırlığından və vərdişlərindən istifadə etmək imkanlarından asılıdır.



Hesabat metodu məhsulun keyfiyyət göstəricilərinin onun parametrlərindən nəzəri və ya emprik asıllıqlarından istifadəyə əsaslanır. Bu metodu əsasən məhsulun layihələndirilməsi zamanı tətbiq edirlər, çünki bu mərhələdə məhsul hələ ekisperimental tədqiqat obyekti ola bilməz. Bu metod vasitəsilə nəzəri olaraq məhsuldarlığı gücü, möhkəmliyi və s. təyin edirlər.

Ənənəvi metodda keyfiyyət göstəriciləri ixtisaslaşdmış eksperimental laboratoriyaların, poliqonların, müəssisələrin hesablama bölmələrinin vəzifəli şəxsləri tərəfindən təyin edilir. Göstəricilər haqqında informasiya məhsulun sınaqları prosesində formalaşır.Sınaqların aparılma şəraiti məmulatların normal işçi şəraitinə yaxın olmalıdır.

Ekspert metodunda keyfiyyət göstəricilərinin qiymətlrinin təyin edilməsi mütəxəssis-ekspertlər qrupu tərəfindən qəbul edilən qərara əsasən həyata keçirilir.

Bu cür qruplara müxtəlif istiqamətlər üzrə biliyə və qiymətləndirilən məhsulun növündən asılı olaraq praktiki təcrübəyə malik olan mütəxəssislər daxil edilirlər. Qrupun üzvlərindən hər biri həlledici səsə malik olur.

Bu metod o hallarda tətbiq edilir ki, məhsulun keyfiyyət göstəricilərini daha obyektiv metodlarla təyin etmək mümkün deyildir.

Sosioloji metod məhsulun faktiki istehlakçılarının fikri haqqında informasiyanın toplanmasına və analizinə əsaslanır. Informasiyanın toplanması şifahi sorğu vasitəsilə və ya əhali arasında anketlərin yayılması ilə, həmçinin konfransların, sərgilərin və s. təşkili yolu ilə həyata keçrilir.


MÖVZU 11. RƏQƏM ÖLÇÜ CİHAZLARI VƏ

ÇEVİRİCİLƏRİ

P L A N


  1. Rəqəm ölçü mexanizmlərinin iş prinsipi quruluşları

  2. Kodların hesablama sistemi

  3. Rəqəm ölçü quruluşlarının blokları


Ə D Ə B İ Y Y A T
1. Основы метрологии и электрические измерения. Под редакцией

Е. М. Душина Л. Энергоатомиздат, 1981

2. Основы метрологии, стандартизации и сертификации.

Л. А. Родченко М. Наука, 2003

3. Электрические измерения. Под редакцией Е.Г. Шрамкова Высшая школа,1992


Rəqəm ölçü mexanizmlərinin iş prinsipi quruluşları
Rəqəm ölçücihazları – avtomatik diskret ölçü informasiya siqnalı hazırlayan, göstərişi rəqəm şəklində olan cihazlar rəqəmcihazları adlanır. Belə cihazlarda ölçüləcək kəmiyyətdən asılı olaraq kodlar yaranır və buna uyğun göstəriş rəqəm şəklində verilir.

Kod – şərti siqnallardır (elektrik). Kod –özü yazan qurğulara, hesablama maşınlarına və başqa avtomatik qurğulara verilir.

RC -2 əsas hissəyə malikdir: 1) analoq rəqəm çeviriciləri (ARC), rəqəm hesabat qurğuları (RHQ). Analoq rəqəm çeviriciləri – ölçüləcək kəmiyyətə uyğun kod hazırlayır. Rəqəm hesabat qurğuları – hazırlanan koda uyğun rəqəmlə göstərilir. Analoq rəqəm çeviriciləri – həmçinin ölçü informasiya və idarə sistemində işlənir və və avtonom blok kimi, buraxılır. Avtonom rəqəm ölçü cihazları – onluq hesabat qurğusuna malik olmur. Onlar rəqəm ölçü cihazlarına görə daha cəld hərəkətli olur.

Rəqəm çeviricilərinə həmçinin rəqəm – analoq çeviriciləri də aiddir. Bu kodları- analoq kvantlaşma kəmiyyətlərinə çevirir.

Hazırda ARC və RAC avtonom və inteqral mikrosxemlər şəklində buraxılır.

Fasiləsiz dəyişən ölçüləcək kəmiyyəti koda çevirmək üçün RÖQ (rəqəm ölçü qurğularında) zamana görə diskretləşdirilir və səviyyəyə görə kvanlanır.

Zamana görə dəyişən x(t) funksiyasının diskretləşdirilməsi dedikdə onun zamana görə diskret kəmiyyətə çevrilməsi, yəni müəyyən zaman fasilələrində

qiymətcə x (t) funksiyasına uyğun gəlir və sıfır bərabər olmur.

2 qonşu momenti arasındakı məsafə diskretləşmə addımı adlanır. Bu sabit və dəyişən ola bilər .

Səviyyəyə görə kvantlama x (t): x(t) – xk(t) – kəmiyyətlərinə çevriılir.

2 qonşu səviyyə arasındakı məsafə kvantlama addımı adlanır () Əgər RÖC -999 göstərişə malikdirsə bu 0-999 arasında göstəricilərdən ancaq 1000 göstərişə malik olur.
Kodların hesablama sistemi
ROQ –da kodlaşdırma müəyyən qayda ilə hesablama sistemə uyğun aparılır.

10 –kuq hesablama sistemində işlənilən N rəqəmi



şəklində göstərilə bilər.

n- dərəcələrinin ( mürəkkəbələrin) sayı

Ki – 0,1,2,3,....9 –cəmi 10 işarə rəqəmi alır.







  1. Vahid hesablama sistemi – 1 simvola malikdir.

10-luq hesabat sistemi 1 2 3 4

1..................... I II III IV


İstifadə olunur – 2-lik –onluq sistem

A

1 1 0 1 0 0 1 0 0 1



292827 26 25 24 23 22 21 20 t

A

1 2 3 809 t



İkilik sistem

Vahid sistem


Fasiləsiz dəyişən kəmiyyətlərin kodlara

çevrilmə metodları
3 əsas çevirmə metodu vardır.

1. Ardıcıl hesablama metodu. X-ölçüləcək kəmiyyət , xk –kvanlanmış məlum kəmiyyət. Zaman ardıcıllığı ilə müqayisə olunur. tk – uyğun gəlir

x1xKx

tK t

X1xKx

t

tK



2. ardıcıl yaxınlaşma metodu. Zamana görə məlum kvantlanmış məlum kəmiyyətlərə ardıcıl yaxınlaşmaqla x tapılır

3. Hesablama metodu (sayma) kvantlanır, hansı kvanta k uyğundursa x=xK

x

x1xK



t

tK




Rəqəm ölçü qurğularının təsnifatı
Fasiləsiz ölçülən kəmiyyətin kodlaşdırma metoduna uyğun olaraq aşağıdakı qrup RÖQ- vardır:

  1. Ardıcıl hesablama ROQ. Burada X - əvvəlcə rəqəm impuls koda çevrilir. Sonra isə başqa çevricilər daha münasib kodlara çevrilir ki, bu asan ötürülə, saxlana və emaı oluna bilər.

  2. Ardıcıl yaxınlaşma ROQ

  3. Sayma ROQ

ROQ-nın əsas bloklar

ROQ -əsas blokları radioelektronikaya əsaslanır və inteqral mikrosxemlərə malikdir.



  1. Trigerlər.

Y0 Y1

X0 X1

CB

Bu xarici siqnal təsirindən bir dayanıqlı rejimdən digərinə sıçrayışla dəyişir. Bu rejim digər xarici siqnala kimi fəaliyyət göstərir. Hazırda potensial trigerlər işlənir ki, bunların çıxış sıxaclarının potensialları müxtəlif qiymətlər alır. Giriş: X0X1, CB (hesabat girişi), çıxış –Y0Y1 –idarə impulsu x0 verildikdə- T2- vəziyyəti alır, X1 verildikdə isə vəziyyəti alır. “0” rejimində Y0-alcaq , Y1 –yüksək potensiallı olur.


1 rejimində Y0 – yüksək , Y1 –alsaq potensial olur. CB impuls verildikdə hər impulsda triger bir vəziyyətdən digərinə keçir.

t

t



t

Ugir

Uçıx1

Uçıx1



2

Y0 Y1


X0 X1

CB

Uçıx2



2

Uçıx1



2

Tr

Ugir



Tezlik 2 dəfə azalır

2. Hesabat qurğusu. Bu qurğu impuls tezliyini bölsək, impuls sayı koda (2-lik və 10-luq) çevirmək üçün işlənir.





  1. İşarə indikatorları.

Göstərişləri rəqəm şəklində göstərmək üçün işarə indikatorları işlənir. 0,1...9 rəqəmləri almaq üçün 7-9 ... daha çox idarə gərginliyi verilən zaman işıqlanan elementlərdən istifadə olunur. Seqment və qazboşalmalı indikatorlar işlənir. Anod –tor şəkilli, katod –nazik məftillərdən hazırlanan 0..9 rəqəm olur (“+”,”-“. V, A ). Balon neon qaz ilə doldurulur.

  1. Açarlar və məntiqi elementlər.

<<

RE E

I

R

B



A

Açar –məntiqi (rəqəm) və ölçü (analoq) –funksiyalı olurlar. 1–ci kommutasiya, II-ci isə fasiləsiz siqnalları ötürərkən səviyyə dəyişdikdə açıb-bağlayır. Aşağı bağlılıq açar bağlıdır; yuxarı –açıqdır.





  1. Xronometr (zaman intervalını ölçən cihaz).

Zaman intervalı stabil tezlikdə kvantlanmış impulslara görə tapıla bilər.

Stabillik.

imp.gener

K

Çev.qurğ



OY

Tr

f0



Hes.qur.

tx

Start impuls.

Stop impuls.

“0”vəziyyəti

. tx –zamanında hesabat qurğusu hesablayır


Milli sekundomer –Ф209 tp=1-104 ms

  1. Fazomerlər

Ux1-Ux2 gərginlikləri arasında fazalar fərqi asan tx zaman intervalına çevrilir.

Ф1- Ф2 –formalaşdırıcıları Ux1-Ux2 – gərginlik “0” qiymətlərində start və stop impulslar yaradır. Zaman – intervalı ayıran impuls mənbəyi ancaq 2 impuls ayırır və onlar arasındakı (tapılır) ölçülür. Cihazın göstərişi:



t

t



Uxx

Ux2


Ф1

Ф2

БВВИ
Zaman inter. ölçən cihaz

Ux1

Ux2

Ux1/

Ux1



U/x2

Start imp.




MÖVZU 12. ÖLÇMƏ NƏTİCƏLƏRİNİN

QİYMƏTLƏNDİRİLMƏSİ

P L A N
1. Sistematik xətanın qiymətləndirilməsi və aradan qaldırılması

2. Ölçmə nəticəsinə məlum düzəltmə əmsalının verilməsi

3. Ölçmənin xətaları və ölçmə nəticələrinin qiyməti

4. Ölçmənin növləri və metodları


Ə D Ə B İ Y Y A T
1. Основы метрологии и электрические измерения. Под редакцией

Е. М. Душина Л. Энергоатомиздат, 1981

2. Основы метрологии, стандартизации и сертификации.

Л. А. Родченко М. Наука, 2003



Sistematik xətanın qiymətləndirilməsi və aradan qaldırılması
Ölçmədə xətalar

Ölçmə nəticələrinin əsas xarakteristikaları onun dəqiqliyi və etibarlılığıdır. Ölçmənin dəqiqliyi onun keyfiyyətini göstərir və xətalar artdıqca azalır. Etibarlılıq- alınmış nəticəyə inamlıq dərəcəsini ifadə edir. Ölçmələrdə çalışılır ki, xəta buraxıla bilən sərhəddi keçməsin.

Ölçmədə xətalar sistematik və təsadüfi xətalara ayrılır. Bunlardan başqa, ölçmə prosesində kobud xətalar yaranır. Adətən, kobud xətalar ölçmə nəticələrinin analizində (emalında) iştirak etmir.

Ölçmələrin xətaları



Kobud yayınma

Sistemli

Təsadüfi



Təyinedilməyən

Təyinedilən


Korreksiya yolu ilə çıxarılan

Tullanılan


Çıxarılmayan sistemli xətalar

Nəticədə saxlanılmayan

Nəticədə saxlanılan

Yaranma səbəblərinə görə, xətalar, instrumental, yəni işlədilən ölçü vasitələrinin xətalarından; ölçmə metodundan, ölçmə metodunun qüsurlu olmasından; nəticələrin hesablanma və göstərilmə dəqiqliyindən; hesablama zamanı gözlərin interpolyasiyası, şkala bölgülərinin düzgün hesablanmaması; parallaks əqrəbin üzərinə bucaq altında baxmaqla düzgün hesablanmaması nəticəsində yaranan xətalardır.

İfadə formasına görə mütləq və nisbi xətalara bölünür.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin