Ölçü cihazı – elə ölçü vasitəsinə deyilir ki, bu informasiya siqnalı hazırlayır və onu müşahidəçiyə ötürür.
Ölçü informasiya siqnalı elektrik kəmiyyəti olarsa bu ölçü cihazı elektrik ölçü cihazı adlanır.
Ölçü çevrricisi elə ölçü vasitəsidir ki, bu uyğun ölçü informasiya siqnalı hazırlayır, ötürür, çevirir, lakin nəticə müşahidəciyə məlum olmur (qorunmur). Ölçü dövrəsindəki funksiyasına görə çevricilər - birinci, aralıq, ötürücü, miqyas çevricilərinə ayrılır.
Fiziki kəmiyyətləri ölçərək köməkçi vasitələrdəndə istifadə olunur. Bu elə vasitələrdir ki, ölçü zamanı başqa istifadə olunan ölçü vasitələrinin metroloji parametrlərini dəyişdirir.
Yeni avtomatik, mürəkkəb texnoloji proseslərin yaradılması ilə əlaqədar ölçü informasiya sistemləri işlənir (ÖİS). Ölçü informasiya sistemləri – elə ölçü vasitəsinə deyilir ki, bu ölçü vasitələrinin ( ölçü vahidi, ölçü cihazı, ölçü çeviricisi və köməkçi vasitələrdən) məcmuundan ibarət olub, avtomatik ölçü informasiya siqnalı hazırlayır, onu dəyişdirir, ötürür, yaddaş qurğusuna verir, idarə sistemi ilə əlaqələnir.
Ölçü qurğuları – elə kimpleks ölçü vasitəsidir ki, burada ölçmə müxtəlif parametrlərə görə aparılır.
Metrologiyanın məqsəd və vəzifələri
-
metroloji təminatın məqsədi:
1.Məhsulun keyfiyyətinin yüksəlməsi, istehsalının effektiv idarəsi və istehsalat proseslərinin avtomatlaşdırılması;
2. Elmi tədqiqat işlərinin, təcrübələrin, yoxlamaların effektinin yüksəldilməsi;
3. Maddi materialların və energetik resusrsların dəqiq hesablanmsı;
Metrologiyanın əsas məsələri:
1.Ölkədə vahid ölçmənin təminatı;
2. Metroloji normaların, qaydaların, qanunların, tələblərin standartlaşdırılması.
3. Fiziki kəmiyyətlərin, dövlət etalonlarının nümunəvi ölçü vasitələrinin tətqiq yaradılması, təkmilləşdirilməsi, saxlanması;
4. Ölçü metodları, ölçü vasitələri, nəzarət sistemlərinin tətqiqi;
5. Dövlət etalonlarından ölçülərin vahid qaydada götürülməsi, nümunəvi vahidlərdən işçi vahid və cihazlara ölçülərin eyni üsulla ötürülməsi;
6.Ölçü vasitələrindən xətalarının qiymətləndirmə metodikalarının işlənməsi;
7. Vahid ölçmənin təmini üçün aşağıdakı şərtlər ödənməlidir:
a) ölçmənin nəticələri qanunlaşdırılmış vahidlərləifadə olunmalı;
b) ölçmədə buraxıla bilən xəta qəbul olunmuş ehtimal qiyməti keçməməlidir.
Metrologiyanın obyekti: ölçmə və metrologiyanın obyekt fiziki və qeyri – fiziki kəmiyyətlərdir.
Kəmiyyət – hər hansı obyektin (məhsulun, materialın, maddənin və s.) vəziyyəti, xarakteristikası, fiziki xüsusiyyətlərdsir.
Fiziki kəmiyyət – obyektin vəziyyəti, xarakteristikasıdır.
Fiziki kəmiyyətin doğru qiyməti –məlum deyil və nəzəri tədqiqatlarda işlənir.
Fiziki kəmiyyətin həqiqi qiyməti- təcrübi yolla təyin olunur və hesab edilir ki, alınmış nəticə dəqiq cihazlardan alınıb və doğru qiymətə yaxın olur.
Fiziki kəmiyyətin fiziki qiymətləri bilavasitə ölçülmüş qiymətlərdir və buna cihaz və başqa xətalar daxildir.
Ölçməyə aşağıdakı elementlər daxildir: ölçüləcək kəmiyyət, ölçü şəraiti, ölçü vahidi, ölçü vasitələri, ölçmə metodları, müşahidəçi və ya başqa texniki vasitə.
1.Ölçüləcək kəmiyyət. Bu qiymətçə fasiləsiz və diskret kəmiyyət ola bilər
(təsadüfi dəyişən kəmiyyətlərə baxmırıq).
Bu kəmiyyətlərin qrafiki şəkil 1 –də verilib.
a) –da kəmiyyət fasiləsiz 0-a kimi dəyişir ;
b) –da kəmiyyət diskret dəyişir bərabərdir;
v) –də x fasiləsiz zamana görə dəyişir.
Ölçmədə analoq kəmiyyətləri termini işlənir. Bu o deməkdir ki, kəmiyyət başqa kəmiyyəti təsvir edir, başqa kəmiyyətə uyğundur.
Məsələn, ampermetrin əqrəbi cərəyana uyğun dəyişir.
a) x
0
b) x
v) x x=f(t)
t
c) x
t
Şəkil 1.
Ölçmə zamanı kəmiyyətin cinsini - elektrik maqnit və qeyri elektrik kəmiyyəti olmasını bilmək tələb olunur.
Elektrik və maqnit kəmiyyətləri 2 qrupa ayrılır: energetik kəmiyyətlər- energetik tərəfdən qəbuledici və ya generatoru xarakterizə edir; parametrik kəmiyyətlər – elektrik və maqnit dövrələrini və onların elementlərini xarakterizə edir. Energetik kəmiyyətlər –ehq, U, İ, P, q, B, F, H və s. Bu kəmiyyətlər bilavasitə cihazlarla ölçürlər. Parametrik kəmiyyətlərR, C, L, M, - ölçülərin mənbə tərəfindən təsirlənmə gedir.
Ölçü zamanı kəmiyyətlərin zamana görə qiymətçə dəyişməsi bilinməlidir. Burada başqa cihaz və metod tətbiq olunur.
2.Ölçmə şəraiti. Ölçü informasiya siqnalı bilavasitə ölçü mühiti ilə əlaqədar alınır. Mühitin ölçü vasitəsinə təsiri nəzərə alınmalıdır. Ölçü siqnalı ölçmə nəticəsini təhrif etməməlidir. R dövrəsində I ölçülür.
PA+
U
R
Əgər olarsa
Ölçü zamanı elektrik maqnit, istilik və s. sahələrin təsiri bilinməlidir.
3. Ölçü vahidi – ölçmədə bilavasitə və vasitəli yolla ölçü vahidləri iştirak edir.
4. Ölçü vahidələri və metodları – ölçü vasitələri ölçü texnikası təşkil edir. Ölçü metodları xüsusi olaraq seçilir.
5. Müşahidəçi –ölçmədə əsas fiqurdur. O professional olmalıdır. Müşahidəçinin görmə, eşitmə və beyni əsas rol oynayır.
6. Ölçmənin nəticəsi. Ölçü zamanı müəyyən xətalar alınır, ona görə onun doğru qiyməti məlum olmur. Ölçü vasitə və metodları seçməklə kəmiyyətin həqiqi qiyməti nəticə kimi götürülür. O da riyazi emal edilir, xəta tapılır, ölçmə qiyməti təyin olunur.
Xalq təsərrüfatında ölçmə tətbiq olunur:
-
Energetik müəssisələrdə -elektrik stansiya və yarımstansiyalarda enerjinin alınması, ötürülməsi, paylanması, işlədilməsi.
-
Müasir sənaye, nəqliyyat, kənd təsərrüfatı və s. müəssisələrdə məhsulların istehsalı.
-
Beynəlxalq aləmdə və ölkə daxilində ticarət mal dəyişmə və s. vahid ölçü sistemi saxlanmalıdır.
MÖVZU 5. ÖLÇMƏ VASİTƏLƏRİNİN YOXLANILMASI
Plan
-
Ölçmə vasitələrinin yoxlanılmasının növlərini dəqiqləşdirmək.
-
.Ölçmə vasitələrinin yoxlanılmasını aparmağa hüquq almaq üçün müəsissə tərəfindən ödənilən şərtlərin təhlili.
-
Ölçmə cihazlarının yoxlanması metodları
-
Metroloji xidmətin akkreditasiyası mərhələləri
Ölçmə vasitələrinin yoxlanması kimi, eksperimental yolla təyin edilmiş metroloji xarakteristikalar əsasında Dövlət metroloji xidmət (digər səlahiyyətli təşkilatlar) orqanları tərəfindən ölçmə vasitələrinin istifadə üçün yararlığının və onların təyin edilmiş məcburi tələblərə cavab verməsinin müəyyənləşdirilməsi başa düşülür.
Mövcud qanunvericiliyə görə dövlət metroloji nəzarətindən və yoxlanmasından keçən ölçmə vasitələri istehsaldan buraxılma, təmir, xaricdən gətirilmə və istismar zamanı yoxlanılmalıdırlar. Yoxlama, sınağın nəticələrinə görə təsdiq edilmiş normativ sənədlərə uyğun aparılır.
Yoxlamanın nəticələri aşağıdakılardır:
ölçmə vasitəsinin tətbiq üçün yararlı olduğunu sübut etmək; Bu halda onun və texniki sənədin üzərinə yoxlama damğası vurulur və yoxlama şəhadətnaməsi verilir.
Yoxlama damğası- müəyyənləşdirilmiş formaya malik işarədir. Ölçmə vasitəsinin üzərinə vurulur. Onların istifadəyə yararlığını sübut edir.
ölçmə vasitəsinin istifadə üçün yararsız olduğunu sübut edir. Bu halda yoxlama damğası, yoxlama Şəhadətnaməsi ləğv edilir və yararsızlıq haqqında Şəhadətnamə verilir.
Ölçmə vasitələri ilkin, dövrü, növbədən kənar, müfəttiş və ekspert yoxlamalarına uğradılır.
İlkin yoxlama, ölçmə vasitəsinin istehsaldan buraxılması zamanı, yaxud təmirdən sonra, həmçinin ölçmə vasitəsinin xaricdən partiyalarla gətirilməsi zamanı həyata keçirilir. Bu halda ölçmə vasitəsinin hər bir nüsxəsi yoxlamaya uğradılır.
Dövrü yoxlama, təyin edilmiş vaxt müddətinə (yoxlamalar arası interval) görə yerinə yetirilir. Bu yoxlamaya istismarda, yaxud saxlanma yerində olan ölçmə vasitələri uğradılır. Dövrü yoxlamaya ölçmə vasitəsinin hər bir nüsxəsi uğradılmalıdır. Belə yoxlamanın birinci intervalı ölçmə vasitəsinin tipini təsdiq edərkən müəyənləşdirilir. Sonrakı intervallar müəyyən meyarlar nəzərə alınmaqla təyin edilir.
Növbədənkənar yoxlama, ölçmə vasitəsinin dövrü yoxlanma müddəti başa çatmamışdan qabaq yerinə yetirilir. Bu aşağıdakı hallarda baş verir:
yoxlama damğasının işarəsi korlandıqda, yaxud yoxlama Şəhadətnaməsi itirildikdə;
ölçmə vasitəsini uzun müddətli saxlanmasından (bir yoxlamalar arası intervaldan artıq) sonra istismara buraxılması zamanı;
məlum yaxud, ehtimal edilən zərbənin təsirindən və yaxud onun qeyri qənaətbəxş işləməsindən sonra təkrar sazlamanın yerinə yetirilməsi vaxtı;
yoxlamalararası intervalın yarısına bərabər müddət keçdikdən sonra realizə edilməyən ölçmə vasitəsini istehlakçıya göndərərkən;
yoxlamalararası intervalın yarısına bərabər müddət keçdikdən sonra ölçmə vasitəsini komplektləşdirici kimi istifadə edərkən.
Müfəttiş yoxlaması, metroloji xidmət orqanları tərəfindən, ölçmə vasitələrinin vəziyyəti və tətbiqi ilə əlaqədar dövlət nəzarətini, yaxud sahə yoxlamasını həyata keçirmək üçün tətbiq edilir. Belə yoxlamalar adətən tam həcmdə yerinə yetirilmir. Yoxlamanın nəticələri aktlaşdırılır.
Ekspert yoxlamaları, metroloji xarakteristikalarla ölçmə vasitəsinin saz olması və tətbiq etmək üçün yararlı olması ilə bağlı mübahisəli məsələlər yarandıqda yerinə yetirilir. Bu yoxlamaları Dövlət metroloji xidməti maraqlı tərəflərin yazılı tələbindən sonra həyata keçirir. Ölçmə vasitələrinin yoxlamaya təqdim edilməsi qaydalarını Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi təyin edir. Ekspert yoxlaması aşağıdakı məsələləri əhatə edir:
işlərin dövrülüyünü (yoxlamalararası intervalların təyin edilməsi) İSO 10012, MT 2187-92, MT1872-88-ə görə təyin edilməsi;
işlərin yerinə yetirilməsi metodikalarının işlənməsinin və sənədləşdirilməsinin təlimatlara uyğun həyata keçirilməsi;
aparılan işlərin nəticələrini əks etdirən uyğun protokoların yazılması.
Ölçmə vasitələrin yoxlanması ilə bağlı sənədlərin qorunması və istifadə edilməsinin təşkili.
Yoxlama zamanı təyin edilən əsas metroloji xarakteristika xətadır. O, yoxlanılan ölçmə vasitəsinin göstəricisi ilə daha dəqiq işçi etalonun müqayisəsi əsasında müəyyənləşdirilir:
dəqiq yoxlama cihazının iştirakı ilə, daha dəqiq ölçü ilə tutuşdurmaqla (qarşı-qarşıya qoyma, yaxud əvəz etmə metodları ilə); Ölçmə vasitələrinin yoxlanılmasının verilmiş metodları üçün ümumi göstərici, müqayisə edilən kəmiyyətlərin ölçülərinin fərqinin olması haqqinda siqnalların yaranmasıdır. Əgər bu siqnallar nümunəvi ölçülərin seçilməsi yolu ilə sıfıra gətirilirsə, onda sıfır ölçmə metodundan istifadə edilir.
ölçü ilə əks edilən kəmiyyətlərin etalon ölçmə vasitələri ilə ölçülməsi yolu ilə. Belə yoxlama çox halda dərəcələrə bölmə adlandırılır.
Dərəcələrə bölmə kimi işçi etalonun uyğun göstəricilərinin qeyd etmə şkalasına köçürülməsi, yaxud onun yoxlanılan ölçmə vasitəsinin şkalalarına köçürülmüş işarələrə uyğun olan kəmiyyətlərin dəqiqləşdirilmiş qiymətlərinin göstəricilərinə görə müəyyənləşdirilməsi başa düşülür;
daha dəqiq ölçü ilə dəstdə olan yalnız bir ölçü, yaxud çoxqiymətli ölçünün işarətlərindən biri tutuşdurulduqda və digər ölçülərin həqiqi qiymətləri müxtəlif tərtiblərdə müqayisə cihazlarında ölçmənin nəticələrinin sonrakı emalından sonra müəyyənləşdirildikdə, kalibrləmə üsulunun yerinə yetirilməsi yolu ilə.
Ölçmə cihazlarının yoxlanması aşağıdakı metodlarla yerinə yetirilir:
ölçülən kəmiyyətlərin, uyğun dərəcəyə, yaxud dəqiqlik sinfinə malik işçi etalonlarda əks etdirilən kəmiyyətlə birbaşa müqayisə metodu ilə; Ölçmənin nəticələri ilə, ona uyğun gələn etalonun ölçüsü arasındakı ən böyük fərq cihazın əsas xətası adlandırılır.
eyni bir kəmiyyəti ölçərkən, yoxlanılan və etalon cihazların göstəricilərinin birbaşa tutuşdurulması metodu ilə. Onların göstəricilərinin fərqi yoxlanılan ölçmə vasitəsinin mütləq xətasına bərabərdir.
Yoxlamada vacib məsələlərdən biri etalon və yoxlanılan ölçmə vasitələrinin xətalarının nisbətidir. Adətən bu nisbət 1:3-ə bərabər götürülür (əhəmiyyətsiz dərəcədə kiçik xətalar olduqda). Əgər yoxlamaya düzəlişlər daxil edilmirsə, onda etalon ölçmə vasitələrini 1:5 nisbətində götürürlər.
Metroloji xidmətin akkreditasiyası aşağıdakı mərhələləri nəzərdə tutur:
metroloji xidmət tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası;
Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən metroloji xidmətin attestasiyası;
ekspertizanın nəticələrinə görə akkreditasiya haqqında qərarın qəbul edilməsi;
Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya haqqında attestatın rəsmiləşdirilməsi, qeydiyyatı və verilməsi.
Akkreditasiya olunmuş metroloji xidmət aşağıdakılara malik olmalıdır:
müvafiq qaydada tərtib olunmuş əsasnaməyə;
təyin edilmiş qayda üzrə yoxlayıcı kimi attestasiyadan keçmiş ixtisasçı və təcrübəli işçilərə;
normativ sənədlərin tələblərinə cavab verən işçi sahəsinə və ətraf mühitə;
yoxlamanı həyata keçirmək üçün vacib olan yoxlama etalonlarına və digər köməkçi avadanlıqlara;
yoxlamanın sənədləşdirilmiş metodikasına və qaydalarına, ölçmə məlumatlarının emalına və istifadəsinə, həmçinin aktuallaşdırılmış normativ sənədlərə;
yoxlama işlərinin aparılması keyfiyyətinin menecment sisteminə;
yoxlamaya daxil olmuş ölçmə vasitələrinin qəbul edilməsi, saxlanması və qaytarılmasının sənədləşdirilmiş qaydalarına;
yoxlamanın nəticələrinin qeyd edilməsi, istifadəsi və saxlanması sisteminə.
Akkreditasiyadan keçmiş metroloji xidmətin aşağıdakı hüquqları vardır:
akkreditasiya attestatında müəyyənləşdirilmiş çərçivədə yoxlamanı həyata keçirmək, yoxlama haqqında Şəhadətnamə vermək, yoxlanılan ölçmə vasitəsinə damğa vurmaq, yaxud yoxlama damğalarını ləğv etmək;
yoxlamalararası intervala düzəlişlər etmək üçün təkliflər işləmək;
metroloji xidmətin məsələlərini reqlamentləşdirən normativ sənədlərin işlənməsində və onlara düzəlişlər edilməsində iştirak etmək.
Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi akkreditasiya olunmuş metroloji xidmətin fəaliyyətinə dövri müfəttiş nəzarəti həyata keçirir.
İki növ attestasiya həyata keçirilir: ilkin və dövri (hər 5 ildən bir). Attestasiyaya, yoxlama işlərində böyük təcrübəyə malik, xüsusi hazırlığı olan şəxslər buraxılırlar. Attestasiya, yüksək ixtisaslı mütəxəssis-metroloqlardan təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir.
MÖVZU 6. METROLOJİ TƏMİNATIN ƏSASLARI
P L A N
1.Metroloji təminat haqqında anlayış
2.Metroloji təminatın məqsədi
3.Ölçmə metodları və klassifikasiyası
4.Metroloji təminatın tərkib elementləri
5.Əsas anlayışlar
6.Vahidlər sistemi
7.Fiziki kəmiyyətlərin etalon vahidləri
8.Vahid ölçmənin Dövlət təminatı
Ə D Ə B İ Y Y A T
1. Основы метрологии и электрические измерения. Под редакцией
Е. М. Душина Л. Энергоатомиздат, 1981
2. Основы метрологии, стандартизации и сертификации.
Л. А. Родченко М. Наука, 2003
3.Metrologiya və kvalimetriyanın əsasları
Gözəlov S.M. Məmmədov S.Z. Orucov İ.K.
Metroloji təminat haqqında əsas anlayış, məqsədi və qarşısında
qoyulan vəzifələr
Metroloji təminat – tələb olunan məqsədə çatmaq üçün və lazımi dəqiqliklə ölçmə əməliyyatlarını aparmaq üçün istifadə edilən elmi və praktiki əsası, texniki vasitələrin, qanun və normaların kompleks məcmudur.
Metroloji təlimatın əsas məqsədi aşağıdakılardan ibarətdir:
-
məhsulun keyfiyyətinin yüksəldilməsi, istehsalat proseslərinin avtomatlaşdırılması və səmərəli idarə edilməsi;
-
aqreqatların, qovşaqların, detalların qarşılıqlı əvəz olunmasını təmin etmək; istehsalatın kooperativləşməsini və ixtisaslarını inkişaf etdirmək üçün lazım olan şəraitin yaradılması;
-
elmi-tədqiqat və xüsusi konstruktor işlərinin, eksperimentlərin və onların sınağının səmərəliliyinin yüksəldilməsi;
-
enerji ehtiyatlarından və materiallardan istifadə edilməsinin səmərəliliyinin artırılması və onların dəqiq hesabatının aparılmasının təmin edilməsi;
-
ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə olunması, əhalinin əmək və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin hazırlanması və onların səmərəliliyinin artırılması.
-
nəqliyyatın idarə olunmasının avtomatlaşdırılması və onların hərəkətinin təhlükəsizliyinin təmini:
-
rabitənin dəqiqliyinin və keyfiyyətinin yüksəldilməsi.
Metroloji təminatın qarşısında əsasən aşağıdakı vəzifələr durur:
-
metroloji təminatın inkişaf etdirilməsi üçün əsas istiqamətlərin və bu sahədə əldə edilmiş elmi-texniki nailiyyətlərdən istifadə edilməsinin səmərəli yollarının müəyyən edilməsi;
-
xalq təsərrüfatının idarə olunmasının bütün sahələrində metroloji təminatın elmi-metodiki, texniki-iqtisadi, hüquqi və təşkilati əsaslarının işlənib hazırlanması;
-
ölkədə vahid ölçmə sisteminin hazırlanması, metroloji təminatın normalarının, tələblərinin, qaydalarının standartlaşdırılması.
-
istifadəyə buraxıla bilən fiziki ölçmə vahidlərinin hazırlanması;
-
dövlət fiziki ölçmə etalonlarının hazırlanması, təkmilləşdirilməsi və saxlanması;
-
ölçmələrin dövlət tərəfindən yoxlanması;
-
metrologiya sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması;
-
metroloji təminat işlərinin ölkənin müdafiəsi ilə əlaqələndirilməsi.
İstehsalatın metroloji təminatının elmi əsası
Fizikanın, kimyanın qanunları metrologiyanın qanunları əsasında həyatda öz yerini tapır və onların düzgünlüyü təsdiq edilir. Metrologiya – ölçmələr haqda, tələb olunan dəqiqlikdə ölçmələrin metodlarının işlənib hazırlanması haqda elmdir. Metrologiya – ölçmə texnikasının elmi əsasıdır.
Texniki ölçmələrə - ölçü vahidləri və ölçmənin dəqiqliyi xüsusi rol oynayır. Ölçü vahidləri – qanunlaşdırılmış vahidlərlə ifadə edilir və onların səhvləri verilmiş intervalda düzgün sayılır.
Ölçmənin dəqiqliyi – ölçmənin dəqiqliyidir və ölçülən kəmiyyətin həqiqi ölçüsünə yaxın olan kəmiyyəti xarakterizə edir.
Fiziki ölçmə vahidlərinə - uzunluq, kütlə, bucaqlar, qazın təzyiqi, elektrik və istilik keçiriciliyi və s. aiddir.
Fiziki ölçmə vahidləri 1-ə uyğun olaraq ifadə edilir. Məs: 1 kq - kütlə, 1 H - güc, 1 Pa – təzyiq, 1° - dərəcə və s.
Ölçmə - xüsusi texniki cihazlarla aparılır. Məs: uzunluq – metrlə, bucaqlar – teodolitlə, yüksəklik – nivelirlə, təzyiq – manometrlə və s.
Ölçmələrin fiziki qiyməti aşağıdakı düsturla tanınır:
Xölçm.=A.İ.
burada A - ədədi qiymətlər
İ – fiziki ölçmə vahidi.
Məs: 1-2 nöqtəsi arası məsafə
Xölçm.=10 m
Metrologiya həqiqi və doğru ölçü qiymətləri fərqləndirilir.
Həqiqi qiymətlər – materialın, obyektlərin ideal qiymətlərini xarakterizə edir.
Doğru qiymətlər – obyektlərin ölçülərinin eksperiment yolu ilə təyin edirlər.
Ölçmə səhvləri həqiqi və nisbi səhvlərə bölünür.
Həqiqi səhvlər aşağıdakı düsturla tanınır:
ΔX=Xölç.-X., m
X – ölçülən obyektin ideal (həqiqi) qiymətidir.
Nisbi səhvlər aşağıdakı düsturla tapılır:
İstehsalatda çox vaxt geniş sürətdə məhsulun keyfiyyətinə nəzarət kompleks ölçmə əməliyyatlarından istifadə edilir.
Məhsulun keyfiyyətinə nəzarət – istehsal olunan məhsulun qoyulan tələbata cavab verdiyini yoxlamaqdan ibarətdir.
Məs: buraxılan valın həqiqi ölçüsü çertyojun göstərilən ölçülərə uyğunluğu yoxlanır.
Ölçmənin metodları və klassifikasiyası
Ölçmələr özünün fiziki mahiyyətinə görə iki yerə bölünür: 1) bilavasitə (düz yolla); 2) dolayıyolla.
Bilavasitə (düz yolla) ölçmələrdə məmulatın ölçüsü təcrübə yolu ilə alınır. Məs: uzunluq xətkeş vasitəsi ilə, temperatur termometrlə və s.
Dolayıyolla – ölçmələrdə axtarılan kəmiyyət.
Düzgün – ölçmələrin əsasında müəyyən asılılıqla tanınır. Məs: bucaqların triqonometrik üsulla ölçməsi, yəni katetlər və hipotenuza xətkeşlə ölçülür və düstur vasitəsi ilə bucaqlar təyin edilir.
Çox vaxt dolayı üsulla daha dəqiq nəticə alınır.
Ölçmələrin dəqiqliyini artırmaq üçün bir neçə metodlar işlənib hazırlanmışdır:
Bilavasitə ölçmə metodu – bu ölçmədə ölçmə qiymətləri bilavasitə cihazların köməyi ilə aparılır. Məs: uzunluq – xətkeşlə, elektrik cərəyanının şiddəti ampermetrlə və s.
Ölçmələri müqayisə metodu – bu halda ölçmə məlum ölçmə vasitələri ilə müqayisə edilir. Məs: kütlə məlum çəki daşları ilə ölçülür.
Bundan başqa bir neçə ölçü metodları işlənib hazırlanmışdır.
İstehsalat şəraitində metroloji təminatın tərkib elementləri
Istehsalat şəraitində metroloji təminatın əsas tərkib elementlərindən biri standartların reklam edilməsidir. Reklam vaxtı istehsalat obyektlərini spesifik xüsusiyyətləri, müəssisə və təşkilatların fəaliyyətini əsas istehsalat xüsusiyyətləri və s. nümayiş etdirilir.
Ərazi və ya müəssisə standartlarının layihələrini metroloji ekspertizasının aparılması və təşkili, texniki tapşırıqların, konstruktor və texnoloji sənədlərin metroloji ekspertizası və onların nomenklaturasının reklam edilməsi.
Standart olmayan ölçü vəsaitlərinin hazırlanması və onların metroloji attestasiyası ardıcıllığının reklam edilməsi.
Ölçmələrin tipovoy metodlarının yerinə yetirilməsi.
Istehsalat şəraitində normativ-texniki sənədlərin metroloji təminatı sərbəst sürətdə və yaxud kompleks standartların tərkib hissəsi kimi hazırlana bilər.
Ölçmə zamanı buraxılan səhvlərin qanunauyğunluğunu xarakterizə etmək üçün və onların müəyyən hədd daxilində olmasını təyin etmək üçün Qauss qanunundan istifadə edilir. Ölçmələrin orta kvadratın səhvi aşağıdakı düsturla tanınır:
burada: - ölçmələrin orta hesabi qiymətdən kənara çıxmasıdır.
- ayrı-ayrı ölçmələrin nəticəsidir:
burada: - ölçmələrin orta qiymətidir
n – ölçmələrin sayıdır.
Ölçmələrin normal dəyişməsi aşağıdakı Qaus düsturu ilə təyin edilir:
burada: m – riyazi gözləməni
- ölçmənin orta kvadratik kənara çıxmasını göstərir.
Qauss düsturu ilə hesabatın nəticəsi aşağıdakı qrafikdə göstərilmişdir:
-5
-4
-3
-2
-1
1
2
3
4
5
0
Çox təkrarlanan ölçmə nəticəsində alınan nəticə aşağıdakı düsturla tanınır:
Ölçmə sayı çoxaldıqca sıranın orta kvadratik kənara çıxması azalır. Məs:
olarsa pr.
- ölçü cihazlarının sərhəd səhvləridir.
Ölçmə zamanı buraxılan səhvlər məmulatın yararsız olmasına gətirib çıxarır. Məsələn tutaq ki, məmulatın buraxıla bilən ölçüsü -dir. Məmulatın müxtəlif faktlarının altında faktiki ölçüsü isə -dır. Onda məmulatın yararlı və yararsız hissəsi aşağıdakı qrafiklə təyin edilir:
yararsız
yararsız
yararlı
Elm və texnikanın inkişafı ölçmənin rolundan asılıdır. İstehsalat proseslərinin avtomatik idarəsi, texniki obyektlərin və elmi – tədqiqatların inkişafı ölçmənin qarşısında yeni vacib məsələlər qoyur ki, ölçmə mürəkkəbləşir, dəqiqliyi artmalı, cəld işləməlidir. Ölçmənin müxtəlif növləri, ölçü vasitələrinin artması vahid ölçmənin təmini dairəsində aparılmalıdır. Yəni ölçü nəticələri qanunlaşdırılmış vahidlərlə ifadə olunmalı, xətalar norma daxilində olmalıdır.
Metroloji təminat dedikdə - texniki vasitə, qaydalar, normalar üçün elmi və təşkilatı əsaslar yaradılması nəzərdə tutulur ki, buda ölçmənin vahidliyini və dəqiqliyini təmin edir.
Metroloji təminatın elmi əsası – metrologiyadır – bu ölçmələr, ölçü metodları və ölçü vasitələri haqqında elm sahəsidir ki, ölçmənin vahidliyini təmin edir.
Metroloji təminatın təşkilatı əsası – Dövlət Metroloji Xidmət təşkilatıdır. Bu dövlət və müəssisə xidmətlərinə ayrılır. Metroloji xidmət dedikdə Dövlət Standartlaşdırmanın rəhbərliyi ilə metroloji təminatın təmiri üçün təşkilatlar nəzərdə tutulur.
Metroloji təminatın texniki əsası – fiziki kəmiyyətlərin Dövlət etalon vahidlər sistemi. Bütün fiziki kəmiyyətlər üçün Dövlət etalon vahidlərindən ölçülərin nümunəvi ölçü vasitələri və yoxlama vasitələri ilə ölçü vasitələrinin ötürülməsinə deyilir.
Dostları ilə paylaş: |