Ölçmənin növləri və metodları
Ölçüləcək kəmiyyətin çoxluğu, zamana görə müxtəlif formada dəyişməsi, ölçmənin dəqiqliyinə tələbata görə ölçmə müxtəlifdir.
Ölçmə nəticəsinin emalı üsuluna görə düz, vasitəli, birgə və qarışıq ölçmə növləri vardır.
-
Düz ölçmə - ölçmənin nəticəsi bilavasitə təcrübə qiymətlərindən tapılır.
-
Vasitəli ölçmə -ölçüləcək kəmiyyətin özü yox, onunla funksional əlaqədə
olan digər kəmiyyətlər ölçülür və düstur ilə tapılır.
-
Birgə ölçmə -eyni zamanda, bir neçə müxtəlif kəmiyyətlər ölçülür ki, bunlar arası asılılıq tapılsın
-müqavimətin temperaturdan asılılığı
4. Qarışıq ölçmə - eyni zamanda bit neçə eyni adlı kəmiyyətlər ölçülür, tənlik sistemi tərtib edilir və həll olunur. Məsələn: bağlanmış dövrədə müqavimətlərin ölçülməsi. Bu müxtəlif uclar arasında müqavimət ölçülür. 3 ölçmə nəticəsində müqavimət tapılır. Tədqiq olunan obyektdən, ölçü vasitələrindən obyektin modelindən və s. asılı olaraq bir qat və çox qat müşahidə aparılır (ölçülür).
Müşahidə - ölçmədə ölçülmüş kəmiyyətin qiymətlərinin alınmasıdır.
Ölçmə - istifadə olunan ölçü vasitələrinin rejimindən asılı olaraq statik və dinamik olur.
Statik ölçmədə -ölçü vasitəsi statik rejimdə işləyir, yəni: ölçü vasitəsinin çıxış siqnalı dəyişməz qalır.
Dinamik ölçmə -ölçü vasitələri dinamik rejimdə işləyir yəni , çıxış siqnalı dəyişir (zamana görə). Ölçmə nəticələrində dəqiqlik ölçü vasitələrinin dinamik rejimini bilmək lazımdır.
Əgər zaman diapazonunda ölçüləcək kəmiyyətin ani qiymətləri sonludur – onda diskret ölçmə sonsuzdursa fasiləsiz (analoq) ölçmə adlanır. Məlum ölçü vahidlərinin tətbiqinə görə bilavasitə qiymətləndirilən və müqayisə metodları vardır.
Ölçü vasitələrinin ölçü obyekti ilə qarşılıqlı təsirinə ölçmə prinsipi deyilir. Ölçü prinsipi və ölçü vasitələrinin məcmuu ölçü metodu adlanır. Bilavasitə qiymətləndirilmə metodunda ölçüləcək kəmiyyətin qiyməti ölçü cihazının hesabat qurğusundan tapılır:
Müqayisə metodu – ölçüləcək kəmiyyət ölçü vahidi ilə müqayisə olunur. Bu əks qoyma sıfır, diferensial əvəzetmə, uyğunlaşdırma metodlarına ayrılır. Əksqoşmada ölçüləcək X və ölçü vahidi M eyni zamanda ölçü dövrəsinə verilir və bunlar arasındakı münasibətə görə x tapılır.
Əvəz etmə metodu -əvvəlcə cihaza ölçüləcək, sonra isə məlum kəmiyyət bağlanır. Məlum kəmiyyətdə də ölçüləcək kəmiyyəti ölçərkən alınan qiymət () alınır.
Uyğunlaşdırma metodunda - ölçüləcək kəmiyyətlə məlum kəmiyyət arasında fərq ölçülür və şkala bölgüsü və ya dövrü siqnalların eynililiyi alınır.
MÖVZU 13. Sertifikatlaşdirmanın mahiyyəti və tətbiqi sahələri
P L A N
1.Sertifikatlaşdirma haqqında anlayış
2. Sertifikatlaşdırmada tətbiq edilən terminlər
3. Sertifikatlaşdırmanın qısa inkişaf tarixi
4. Sertifikatlaşdırmanın tətbiqi sahələri
5.Məhsulun sertifikatlaşdırılmasının aparılma qaydaları
ƏDƏBIYYAT
1.Məmmədov. N. R Sertifikatlaşdırmanın əsasları.Bakı :Elm , 2001
2. Основы метрологии, стандартизации и сертификации.
Л. А. Родченко М. Наука, 2003
Sertifikatlaşdırma latın sözü olub “düzgün edilmişdir” mənasını daşıyır.
Məhsulun düzgün istehsal edilməsinə inanmaq üçün bilmək lazımdır ki, hansı şərtlərə o uyğun olmalıdır və hansı yolla bu uyğunluğutəsdiq etmək mümkündür.Bu təsdiqləmənin bütün ölkələrdə qəbul edilmiş üsulu uyğunluğun sertifikatlaşdırılmasıdır.
“Sertifikatlaşdırma” termini ilk dəfə olaraq Sertifikatlaşdırma üzrə beynəlxalq təşkilatın (İSO) sertifikatlaşdırma məsələləri üzrə komitə ( SERTİKO ) tərəfindən formalaşdırılmışdır. Bu termin 1982- ci ildə İSO/BEK 2 Sənədinə daxil edilmişdir. Bu sənədə görə sertifikatlaşdırma məmulatın və ya xidmətion müəyyən standartlara və ya digər normativ sənədlərə uyğunluğunu sertifikat və ya uyğunluq nişanı vasitəsilə təsdiqidir.
İSO/BEK 2 rəhbərlik sənədinə və İSO 8402- 86 beynəlxalq standartına , həmçinin RS – 001-93”AZS Milli sertifikatlaşdırma sistemi . Əsas müddəalar” rəhbərlik sənədinə uyğun olaraq sertifikatlaşdırma sahəsində aşağıdakı terminlər tətbiq olunur
Uyğunluğun sertifikatlaşdırılması-lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin III tərəfin inamlı sübut etməsidir.
Məcburi sertifikatlaşdırılma-xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların , proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiq edir.
Könüllü sertifikatlaşdırılma –istehsalçının , məhsulun istehlakçısının , həmçini dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.
Uyğunluq haqqında məlumat – tədarükçünün tam məsuliiyəti ilə məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olması haqqında verilmiş məlumatdır.
Sertifikatlaşdırılma sistemi- uyğunluq sertifikatlaşdırılması aparmaq üçün xüsusi üsullara və idarə etmə qaydalarına malik sistemdir.
Sertifikatlaşdırılma üzrə orqan – uyğunluq sertifikatlaşdırılması aparan orqandır.
Uyğunluq sertifikatı - sertifikatlaşdırılma sisteminin qaydalarına müvafiq sürətdə nəşr edilmiş , lazimi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənətdir.
Uyğunluq nişanı – məhsulun konkret standarta və ya digər normativ sənədə uyğunluğunu göstərən , sertifikatlaşdırılma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən , müəyyən edilmiş qaydada müdafiə olunan nişandır.
Akkreditləşdirmə - sertifikatlaşdırılma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi taninmasıdır.
Ətraf mühitin mühafizəsi – məhsulların proseslərin və ya xidmətlərin mənfi təsirindən ətraf mühitin mühafizəsidir.
İstehsalatın attestasiyası - sertifikatlaşdırılma üzrə və yaxud xüsusi səlahiyyətli digər orqan tərəfindən məhsulun istehsalı üçün normativ sənədlərdə verilmiş və sertifikatlaşdırılmazamanı yoxlanılan tələblərin stabilliyini təmin edən zəruri şərtlərin mövcudluğunun rəsmi təsdiqidir.
Normativ sənəd – məhsula və ya xidmətə , həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri əks etdirən standart , sanitar normaları və qaydaları və digər sənədlərdir.
Keyfiyyət sistemi – keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilatın strukturun məsuliyyətin , proseslərin və ehtiyyatların məcmusudur.
Sertifikatlaşdırılma sxemi – uyğunluq sertifikatlaşdırılması keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcıllığıdır.
Məhsulun prosesin və xidmətin sertifikatlaşdırılması aşağıdakı məqsədlər üçün aparılır:
-
Əhalinin həyatı , sağlamlığı , əmlakı və ətraf mühüt üçün təhlükəli olan məhsulun buraxılmasının və satışının qarşısını almaq
-
İstehlakçılara məhsulun səriştəli seçilməsində köməklik göstərmək
-
Müəssisələrin beynəlxalq iqtisadi , elmi – texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq
Sertifikatlaşdırılmanı həyata keçirtmək üçün 1993 – cü ildə Azərbaycan Dövlət Standartlaşdırma və Metrolagiya mərkəzi tərəfindən AZS Milli sertifikatlaşdırılma sistemi yaradıldı. Bu sistem aşağıdakı rəhbər edici normativ sənədləri özündə birləşdirir:
-
AZS Milli sertifikatlaşdırılma sistemi. Əsas müddəalar , RS-001-93
-
AZS Milli sertifikatlaşdırılma sistemi. Sertifikatlaşdırılma üzrə orqana tələblər və akkreditləşdirilmə qaydaları RS-002-93
-
AZS Milli sertifikatlaşdırılma sistemi. Oxşar məhsulun sertifikatlaşdırılma sistemi. RS-003-93
-
AZS Milli sertifikatlaşdırılma sistemi.Sınaq laboratoriyalarına tələblər və onların akkreditləşdirilmə qaydaları. RS-004-93
-
AZS Milli sertifikatlaşdırılma sistemi.Sistemin Dövlət Reyestrinin aparılma qaydaları RS-005-93
Azərbaycan Respublikasında Milli sertifikatlaşdırılma sisteminin rəsmi dili – Azərbaycan dilidir . Bütün sənədlər azərbaycan dilində tərtib olunur.Lakin sifarişçinin arzusu ilə sənədlərin nüsxələri istənilən dildə verilə bilər .
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sertifikatlaşdırılma prosesinin inkişafına hələ keçən əsrin 20-ci illərində başlamışlar . 1920- ci ildə Alman standartlaşdırma inistitutu (DİN ) Almaniyada DİN standarttlarına uyğunluq nişanı təsis etdi. Bu nişan , qaz avadanlıqlarından , su təchizatı avadanlıqlarından və bir neçə digər məhsullardan başqa bütün növ məhsullara şamil edildi.
Hələ 20- illərin əvvələrində Alman elektrotexniki assosiasiyasının ( VDE ) rəhbərliyi altında fəaliyyət göstərən elektrotexniki və elektron avadanlıqlarının sertifikatlaşdırılma sistemi yaradıldı.
VDE- nin rəhbərliyi altında öz uyğunluq nişanı ilə fəaliyyət göstərən 4 sertifikatlaşdırılma sistemi vardır. Onlar aşağıdakı sahələr üzrə yaradılmışdır:
-
Məişət elektrotexniki avadanlıqlar , işıqlandırıcı avadanlıqlar,televiziya və radio avadanlıqları və s.
-
Elektrotexniki kabellər və şnurlar;
-
Elektron texnikası məmulatları;
-
Elektromaqnit şüalanma avadalıqlarısertifikatlaşdırılma sistemi
Bunlardan birinci üç sertifikatlaşdırılma sistemləri məcburidir.
1938-ci ildə Fransada NF (Fransız standartı) nişanının milli sertifikatlaşdırılma sistemi yarandı.Bu sistemin təçkili və ona rəhbərlik Standart-laşdırma üzrə fransız assosiasiyasına ( AFNOR) həvalə edildi.
1981-ci ildən başlayaraq 18 milli təşkilat Fransa höküməti tərəfindən seetifikatlaşdırma üzrə səlahiyyətli orqan kimi tanınmışdır.
Sertifikatlaşdırma keçmiş SSRİ-də 1979-cu ildə “İhtehsalatın səmərəliliyini və işlərin keyfiyyətinin yüksəldilməsinə təsərrüfat mexanizminin təsirinin planlaşdirilması və gücləndirilməsi haqqında “qərarının qəbul olunmasından sonra inkişaf etməyə başladı.
Beləliklə,90-cı illərin əvvəllərində hazırkı MDB dövlətlərində milli sertifikatlaşdırılma sistemlərinin yaradılması üçün normativ və texniki baza formalaşdı.Azərbaycan Respublikası Nazirlər Kabinrtinin 343 saylı 1 iyul 1993-cü il tarixli qərarı ilə tətbiq olunmağa başladı.
Sertirikatlaşdırma məcburi və könüllüsertifikatlaşdırılmaya bölünür.Son zamanlar məcburi sertifikatlaşdırılmanı qanunvericiliklə tənzimlənən ,könüllü sertifikatlaşdırılmanı isə qanunvericiliklətənzimlənməyən sertifikatlaşdırılma adlandırılır.
Məcburi sertifikatlaşdırılma ətraf mühitin mühafizəsi ,insanların həyatı ,sağlamlığı və əmlakın təhlükəsizliyini təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir.Qanunvericiliklə bu mallara qoyulan tələblər bütün istehsalçılar tərəfindən daxili bazarda və idxalçılar tərəfindən onları Azərbaycan Respublikasının ərazisinə gətirən zaman yerinə yetirilməlidir.
Könüllü sertifikatlaşdırılma o hallarda aparılır ki, məhsullar ,xıdmətlər və proseslər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə ciddi riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır, yəni standartlar və normalar təhlükəsizlik tələblərinə toxunmur və istehsalçılar üçün könüllü xarakter daşıyır.Könüllü sertifikatlaşdırılmaya təlabat o zaman yaranır ki ,sertifikatlaşdırılma obyektlərinin standartlara və digər normativ sənədlərə uyğunsuzluğu iri maliyyə - sənaye qruplarının , sənaye sahələrinin və xidmət sferasının iqtisadi maraqlarına toxunur.
Azərbaycan Respublikasında sertifikatlaşdırılma aparılma qaydaları Azərdövlətstandartın 1993-cü ildə qəbul etdiyi qərarla müəyyənləşdirilmişdir.Bu qərara əsasən məcburi sertifikatlaşdırılma üçün qəbul edilmişdir,lakin onu künüllü sertifikatlaşdırılma zamanı da tətbiq etmək olar.Sertifikatlaşdırılma qaydalarənən ümumi prinsipləri bu məsələ üzrə İSO/BEK-in rəhbəredici sənədinə uyğundur.
Məhsulun sertifikatlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır;
1.Sertifikatlaşdırılmaya sifarişin verilməsi. Sifarişçi sertifikatlaşdırma üzrə müvafiq orqana sifariş göndərir. Bu cür orqan olmadıqda isə sifariş Azərdövlətstandarta göndərilir. Sertifikatlaşdırma üzrə orqan daxil olmuş sifarişə bir ay müddətində baxır və sifarişçiyə öz qərarını göndərir.
2.Nümunələrin seçilməsi , identifikatlaşdırılması və sınağı.Sınaq üçün nümünələri sınaq loborotiriyası və ya onun taöpşırığı ilə digər təşkilat seçir. Ayrı-ayrı hallarda bu məsələ ilə sertifikatlaşdırma üzrə orqan məşqul olur. Sınaqdan keçmiş nümunələr konkret məhsulun sertifikatlaşdırma sistemi qaydaları ilə nəzərdə tutulan müddət ərzində saxlanılır .
3.İstehsalatın qiymətləndirilməsi. Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili , istehsalatın sertifikatlaşdırma yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırması aparılır.
4.Uyğunluq sertifikatının verilməsi. Sertifikatlaşdırma üzrə orqana daxil olmuş sınaq protokolları , istehsalatın qiymətləndirilməsinin nəticələri , məhsulun uyğunluğu haqqında digər sənədlər məhsulun verilmiş tələblərə uyğunluğu haqqında qərar qəbul etmək üçün diqqətlə təhlil edilillər.Təhlilin nəticələri üzrə ekspert rəyi tərtib olunur. Bu sənəd əsasında sertifikatlaşdırma üzrə orqan uyğunluq sertifikatı vermək haqqında qərar qəbul edir.Müsbət qərar qəbul edildikdə sertifikat hazırlanır.
Uyğunluq sertifikatınıntəsir müddətini sertifikatlaşdırma üzrə orqan təyin edir,bu müddət adətən üç ildən artıq olmur.
5.Uyğunluq nişanının tətbiqi. İstehsalçı , sertifikatlaşdırma üzrə orqandan lisenziya alaraq , sertifikatlaşdırılmış məhsulun uyğunluq nişanı ilə nişanlamaq hüququnu qazanır.
AZS 004- 93 Milli sertifikatlaşdırma sisteminə görı Milli uyğunluq nişanını iki forması qəbul edilmişdir:
1.İnsanların həyatını , sağlamlığının və ətraf mühitin mühafizəsinin tələblərini ödəyən məhsullar .
2.Daha geniş göstəriciləri ödəyən məhsullar , həmçini proses və xidmətlər üçün.
Uyğunluq nişanının məhsulda ,qablamada və sənədlərdə nişanlanma yerini müəssisə özü müəyyən edir.Xidmət və proseslər üçün Milli uyğunluq nişanı göndərilən sənədlərdə əks etdirilir.
6.Sertifikatlaşdıılmış məhsula müfəttiş nəzarəti. Əgər müfəttiş nəzarəti sertifikatlaşdırma sxemi ilə nəzərdə tutulursa , onda sertifikatın və uyğunluq nişanının tətbiqinı hüquq verən lisenziyanın bütün təsir müddəti ərzində bu cür nəzarət həyata keçirilir .
Müfəttiş nəzarətinin nəticələri akt şəklində tərtib olunur , bu akt isə sertifikatlaşdırma üzrə orqanda saxlanılır. Bu orqan müfəttiş nəzarətinin nəticələrinə görə sertifikatın və uyğunluq nişanının tətbiqinə hüquq verən lisenziyanın təsirini dayandıra və ya ləğv edə bilər
7.Korrektəetmə tədbirlərinin həyata keçirilməsi. Bu tədbirlər məhsulun qoyulmuş tələblərə uyğunluğunun pozulması hallarında həyata keçirilir. Tədbirləri sertifikatın və lisenziyanın təsirini dayandıran sertifikatlaşdırma üzrə orqan təyin edir və bu haqqda sertifikatlaşdırmanın maraqlı iştirakçılarını məlumatlandırır . Əgər korrektəedici tədbirlər müsbət nəticələr vermişdirsə , onda sertifikatlaşdırma üzrə orqan istehsalçının məcbur edir ki , məmulatı başqa cür nişanlasın . Bu haqqda sertifikatlaşdırmada iştirak edənlər məlumatlandırılır . Korrektəedici tədbirlərin yerinə yetirilməməsi və ya səmərəsizliyi zamanı sertifikat və uyğunluq nişanına lisenziya ləğv olunur.
MÖVZU 14. Məhsulun keyfiyyətinin yüksəldilməsində standartlaşdırmanın və sertifikatlaşdırmanın rolu
P L A N
1.Məhsulun texniki səviyyəsinin yüksəldilməsi
2.Sertifikatlaşdırılmada tətbiq olunan metodlar
3.Məhsulun dövlət sınaqları sistemi
4Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları
ƏDƏBIYYAT
1.Məmmədov. N. R Sertifikatlaşdırmanın əsasları.Bakı :Elm , 2001
2. Основы метрологии, стандартизации и сертификации.
Л. А. Родченко М. Наука, 2003
Məhsulun texniki səviyyəsinin və keyfiyyinin yüksəldilməsi onun keyfiyyət kateqoriyası üzrə attestasiyası ilə bağlıdır.Hər məhsul üçün gec-tez elə bir moment gəlir ki, bu məhsulun istifadəsi sərfəli olmur, yəni o mənəvi köhnəlir. Bunun yerinə, yüksək keyfiyyətə malik məhsul gəlməlidir. Bu momenti təyin etmək üçün
məhsulun attestasiyasından istifadə olunur.
Sənaye məhsullarının attestasiyası iki keyfiyyət kateqoriyası üzrə həyata keçirilir: yüksək və birinci.
Yüksək keyfiyyət kateqoriyasına o məhsullar aiddir ki, onlar özlərinin texniki-iqtisadi göstəricilərinə görə ən yaxşı dünya nümunələri səviyyəsindədir və ya ondan yüksəkdir; onlar ölkənin xalq təsərrüfatında texniki tərəqqini təyin edir, xarici bazarda rəqabətə dözür. Bu cür məhsullar yüksək stabil keyfiyyət göstəriciləri ilə xarakterizə olunmalıdır.
Birinci keyfiyyət kateqoriyasına oməhsullar aiddir ki, onlar normativ-texniki sənədlərin tələblərinə avab verir, yəni serialı istehsal üçün standartlarda nəzərdə tutulmuş tələblər səviyyəsindədir.
Aşağıdakı məhsullar sttetasiyadan keçirilmir:
-
Sənaye emalı keçməmiş məhsullar.
-
Ancaq ölkənin müdafiəsi üçün buraxılan məhsullar.
-
Istehsalatdan çlxarılmış məmulatlar üçün ehtiyyat hissələri.
-
Yeyinti məhsulları.
-
Tibbi təyinatlı məhsullar.
-
Parfyümer-kosmetik mallar.
-
Əl əməyi vasitəsilə istehsal olunan yuvelir məmulatlar.
-
Kitab məhsulları və incəsənət əsərləri.
-
Tara və qablaşdırma.
Yeni mənimsənilən məhsulun attestasiyası bir idən gec olmayaraq, xüsusi mürəkkəbliyə malik məhsulun attestasiyası isə serialı istehsala başlayanda iki ildən gec olmayaraq aparılır.
Xarici ticarətin inkişaf etdirilməsi, sənaye məhsullarının keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə son zamanlar məhsuların sertifikatlaşdırılmasına böyük əhəmiyyət verilir.
Beynəlxalq təcrübədə sertifikatlaşdırmanın iki metodu qəbul edilmişdir; öz-özünü sertifikatlaşdırma və “üçüncü tərəf” vasitəsilə sertifikatlaşdırma.
Öz-özünə sertifikatlaşdırma ancaq ABŞ və Kanadada tətbiq olunur. Bu metodda istehsalçının özü istehsal etdiyi məhsulun sınağını aparır və müvafiq sertifikatı doldurmaqla və ya Uyğunluq nişanı vurmaqla həmin məhsulun standartlara, yaxud texniki şərtlərə uyğunluğunu bəyan edir. Bu halda məhsulun istefhlakcısı onun sınağı üçün qəbul edilmiş metodlar haqqında informasiya ilə təmin edilir.
Sertifikatlaşdırmanın ən geniş yayılmış metodu ikinci metoddur. Burada sertifikatlaşdırma dahad məhsulun istehsalçısından istehlakçısından asılı olmayan “üçüncü tərəf” vasitəsilə aparılır.Bu obyektiv orqan sınaq üzrə rəsmi mərkəzlər, laboratoriyalar, institutlar və yaxud standartlaşdırma üzrə milli təşkilar ola bilər.
Hər bir sertifikatlaşdırma sistemi beynəlxalq, milli standartlara, texniki şərtlərə əsaslanır.
Beynəlxalq İSO təşkilatında sertifkatlaşdırma üzrə xüsusi komitə (KASKO) yaradılmışdır. Bu komitə sertifikatlaşdirma üzrə bir sıra metodik tövsiyyələr hazırlamışdır.
Sənaye cəhətdən inkişaf etmiş ölkələr yenin bir orqan-sınaq mərkəzlərinin akkreditləşdirilməsi üzrə beynəlxalq konfrans (İLAK) yadatdılar. Bu orqanın vəzifəsi akkteditləşdirmə sistemləri üzrə, sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə təcrübə mübadiləsini təşkil etmək, həmçinin akkreditləşdirilmiş milli laboratoriyalarda aparılmış sınaqların nəticələrinin qarşılıqlı tanınmasına kömək etməkdir. Qarşılıqlı tanınma iki və çox tərəfli sazişlərin bağlanması yolu ilə həyata keçirilir.
Avropada sertifikatlaşdirma üzrə beynəlxalq sazişlərin sayı 200-dən çoxdur. ən çox məhsul növünü elektrotexniki avadanlıqların sertifikatlaşdirması üzrə Beynəlxalq komissiya (SEE) elektron məmulatlarını sertifikatlaşdirması üzrə Beynəlxalq elektotexniki komisiya çərçivəsində bağlanmış sazişlər əhatə edir.
Məhsulun dövlət sınaqları sisteminin texniki əsasını bütün növ dövlət sınaqlarını aparmağa imkan verən sınaq avadanlıqları, ölçmə vasitələri və digər texniki vaditlər təşkil edir.
Ən vacib məhsul növlərinin dövlət sınaqları üzrə baş təşkilatlar .Bu təşkilatlar Azərbaycan Respublikasınin standartlaşdırma,metrologiya və patent üzrə dövlət agentliyi və nazirliklər tərəfindən təsdiq olunur.
Məhsulun dövlət sınaqları sisteminin normativ-metodiki əsasını aşağıdakılar təşkil edir.
-
Dövlət sınaq sisteminin təşkilati-metodik və normativ-texniki əsası olan kompleks standartlar
-
Məhsulun işlənməsi və istehsalata qoyulması( istehsalın başlanması) sisteminin kompleks standartları ;
-
Ölçmələrin vəhdətinin Dövlət təminolunma sisteminin kompleks standartları ;
-
Məhsula və onun sınaq metodlarına qoyulmuş tələbləri əks etdirən normativ-texniki və texniki sənədlər;
-
Sınaq vasitələrinə və onların istifadə qaydalarına qoyulmuş tələbləri əks etdirən normativ-texniki sənədlər.
Məhsulun keyfiyyətini yüksəltmək , onun attestasiyası və ya istehsalda çıxarılması məqsədilə sistematik olaraq məhsulun keyfiyyəti qiymətləndirilməlidir Təyin edilmiş keyfiyyət baza keyfiyyəti ilə müqayisə olunur. Buna məhsulun keyfiyyət səviyyəsi deyilir. Baza göstəricisi kimi etalon nümunənin keyfiyyəti və yaxud ölkədə və ya xaricdə istehsal olunmuş bir neçə ən yaxşı nümunələr götürülür.
Məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək üçün differensial , kompleks və qarışıq metodlardan istifadə edilir .
Differensial metod məmulatın keyfiyyət göstəricisini baza göstəricisi ilə müqayisə etmək prinsipinə əsaslanır. Bunun üçün nisbi keyfiyyət göstəricisini aşağıdakı düsturla təyin edirlər.
q =
Pi – qiymətləndirilən məhsulun fərdi keyfiyyət göstəricisi.
Pδ – fərdi baza göstəricisi.
Məhsulun keyfiyyət səviyyəsinin kompleks metodla qiymətləndirilməsi zamanı ümumiləşmiş keyfiyyət göstəricisindən istifadə edirlər . Bu halda keyfiyyət səviyyəsinin bir ədədlə xarakterizə etmək olar. Ümumiləşmiş göstəricilər kimi baş , inteqral və orta tarazlaşmış göstəricilər tətbiq edilir.
Məhsulun keyfiyyət səviyyəsini qiymətləndirilməsinin qarışıq metodu fərdi keyfiyyət göstəricilərinin məcmuu kifayət qədər böyük olduğu və hər bir göstəricinin differensial metodla qiymətinin təhlili bir mənalı cavab alınmasına imkan vermədiyi hallarda tətbiq edilir.Bu metod fərdi və kompleks göstəriciləri birlikdə tətbiqinə əsaslanır və aşağıdakı əməliyyatları ardıcıl yerinə yetirilməsini nəzərdə tutur :
-fərdi göstəricilərin müəyyən hissəsini qruplarda birləşdirmək və sonra hər qrup üşün müvafiq kompleks göstərici təyin etmək. Ayrı-ayrı mühüm göstəriciləri qruplarda birləşdirməmək də olar
-alınmış kompleks və fərdi göstəricilər məcmuu əsasında diferensial metodla məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək
qeyd etmək lazımdır ki , məmulatın keyfiyyət səviyyəsinin qiymətləndirməsində qarışıq metoddan nisbətən az istifadə edilir. Müxtəlif cinsli məhsul növləri məcmuusunun keyfiyyətini qiymətləndirmək üçün keyfiyyət və qüsurluluq indekslərindən istifadə edilir.
Qüsurluluq əmsalı aşağıdakı kimi təyin edilir:
G=
q ə - baxılan dövrdə buraxılmış məhsulun qüsurluluq əmsalının qiyməti
qəb – məhsulun qüsurluluq əmsalının baza qiymətidir.
MÖVZU 15 . Kənd təsərrüfatı məhsulları istehsalında və yerquruluşu layihələrində standartlaşma və metrologiya işlərinin iqtisadi effektliyi
PLAN:
1.Yerquruluşu layihələrinin tərtibində standartların tətbiqinin iqtisadi səmərəliliyi
2.Məhsulun maya dəyərinin və rentabellilik səviyyəsinin hesablanması
ƏDƏBİYYAT
1.Буш.В.В., Сухов А.Н., Перекий М.Н. Стандартизация и метрология. Программа для высших с/х учебных заведений по специальности «землеустройство». Москва, 1990.
2.Məmmədov. N. R . Standartlaşdırmanın əsasları.Bakı : Elm , 2002
3.Gözəlov .S.M. ,Məmmədov .S.Z. ,Orucov İ.K. Metrologiyanın və kvalimetriyanın əsasları Gəncə 2008.
Yerquruluşu layihələrinin tərtibində standartların tətbiqinin iqtisadi səmərəliliyi
Standartlaşmanın iqtisadi effektliyini hesablamaq üçün ümumi xərclər, illik qənaət , illik iqtisadi səmərəlilik və təsərrüfat şəraitində standartların iqtisadi səmərəlilik əmsalı təsdiq edilir.
Standartın tətbiqinə və nəzarətinə çəkilən ümumi xərclər aşağıdakı formula ilə təyin edilir:
3üm=3ts+3ya+3km+3ib+3mod+3k+3bi
burada 3ts – müəssisələrdə texniki sənədlərin hazırlanmasına və alınmasına çəkilən xərclərdir, man;
3ya – yeni avadanlığın alışmasına və quraşdırılmasına çəkilən xərclərdir, man;
3km – köməkçi materialların alınmasına çəkilən xərclərdir, man;
3ib – istehsalat binalarının tikilməsinə və təmirinə çəkilən xərclərdir, man;
3mod – faktiki avadanlığın modelləşdirilməsinə çəkilən xərclərdir, man;
3k – kadrların hazırlanmasına çəkilən xərclərdir, man;
3bi – standartların tətbiqinə və nəzarətinə çəkilən digər xərclərdir, man.
İllik qənaət (səmərə) standartların tətbiqinə qədər və ondan sonra il ərzində çəkilən xərclərin fərqinə bərabərdir.
Iqtisadi səmərəlilik əmsalı illik qənaət ilə bir ildə çəkilən ümumi xərclərin nisbəti kimi təyin edilir.
Standartların iqtisadi səmərəliliyinin hesablanmasında aşağıdakı göstəricilər təyin edilir:
-
Məhsulun sortlarının ümumi və xüsusi çəkisi;
-
Məhsulun maya dəyərinin aşağı salınması;
-
Xalis və şərti gəlir;
-
Məhsul istehsalının rentabellilik dərəcəsi.
Ümumi məhsul qəbul edilmiş ölçü vahidləri ilə təyin edilir və sentnerlə, tonla, ədədlə və s. ölçülür. Məhsul sortlara ayrılır və hər bir sortun xüsusi çəkisi tətin edilir.
Məhsulun maya dəyəri aşağıdakı düsturla təyin edilir:
burada C – ümumi maya dəyəri
3əs – məhsulun istehsalı ilə əlaqədar olaraq çəkilən əsas xərclərdir, manat;
3q – istehsalın idarə edilməsi üçün qaimə xərcləridir;
3üm – standartların tətbiqi üçün ümumi xərclərdir, manat
B – istehsal olunan ümumi məhsuldur.
Xalis gəlir aşağıdakı düsturla ilə təyin edilir:
D=B-C
burada D – məhsulun realizəsindən alınan xalis gəlirdir, manat;
B – məhsulun qiymətidir, manat;
C – məhsulun maya dəyəridir, manat.
Məhsul istehsalının rentabellik səviyyəsi aşağıdakı düsturla təyin edilir:
burada P – məhsul istehsalının rentabelliyidir, %;
DX – xalis gəlirdir, manat;
C – məhsul istehsalının tam maya dəyəridir, manat.
Metroloji təlimat işlərində variantlar üzrə çəkilən xərclər minimum olmalıdır və aşağıdakı kimi təyin edilir:
burada CT – metroloji işlərin və ya metroloji texnikanın maya dəyəridir;
En – kapital qoyuluşunun səmərəliliyini göstərən normativ əmsaldır, En20115;
K – metroloji xidmətin istehsalat fondların xüsusi kapital qoyuluşudur;
Π – metroloji işlərin nəticələrinin istifadə edilməsi zamanı istehsalat itkiləridir.
Illik iqtisadi səmərə aşağıdakı düsturla təyin edilir:
burada Bmp, B"mp – köhnə və yeni texnikanın tətbiqi nəticəsində illik metroloji işlərin həcmidir;
ЭТЭП – istehsalın texniki-iqtisadi göstəricilərinin yüksəldilməsi hesabına əldə edilən iqtisadi səmərədir və aşağıdakı kimi təyin edilir
burada n – istehsalın iqtisadi səmərəliliyini yüksəltmək üçün faktorların sayıdır;
Эi – i-ci faktora görə illik iqtisadi səmərədir;
Metroloji işlərin iqtisadi effektlilik əmsalı aşağıdakı formula ilə təyin edilir:
burada - metroloji təminat işlərini yerinə yetirmək üçün qoyulan əlavə kapital qoyuluşudur.
Dostları ilə paylaş: |