Regional standartlaşdırma. Standartlaşdırmanın
dövlətlər arası sistemi (SDAS)
1992 –ci ildə martın 13 –də keçmiş SSR –yə daxil olan müstəqil dövlətlərin nümayəndə\ləri standartlaşdırma haqqında razılaşma imzaladılar. Bu MDB ölkələrində Metrologiya və sertifikatlaşdırma Dövlətlər arası Şura (SDAŞ) taradıldı. Onun əsas funksiyaları:
1. Standartlaşdırma sahəsində fəaliyyətin istiqamətlərini işlənməsi;
2. Dövlətlər arası standartların təsdiqi;
3. Standartlaşdırma sahəsində işlərin müəyyən edilməsi və xərclər.
Bura MDB daxil olan 12 dövlətin Metrologiya və standartlaşdırma üzrə nümayəndəliyi daxildir (Azərbaycan Dövlət standart) SDAS -əsas işçi orqanı-standartlar, metrologiya sertifikatlaşdırma bürosu Minski şəhərindədir.
SDAS –SSRİ-dən qalan 25 min dövlət, 40 min sahə standartı, 35 –texniki-iqtisadi informasiya təsnifatı və 140 fiziki kəmiyyətin metroloji standart vahidi almışdır. SDAS –ildə 2 dəfə standartlarda və etalon vahidlərində dəyişiriklərə baxır. Standartlaşma üzrə Beynəlxalq təşkilat (İSO) SDAS tanıyır və əlaqə saxlayır.
Avropa İttifaqı çərçivəsində standartlaşdırma
Müasir dövrdə ölkələrin iqtisadi inteqrasiyası güclənir, ayrı-ayrı reqion ölkələrin birləşmiş bazaları yaranır. Aİ ittifaqına daxil olan ölkələrin bazası 1993 – 1 yanvarda formalaşdırılmışdır. Hələ 1957 Avropa İttifaqı Birliyinə daxil olan ölkələr standartları uyğunlaşdırılmış və 1961 Standartlaşdırma üzrə Avropa komissiyası (SEN), 1972-ildə Elektrotexnikada Standartlaşdırma üzrə Avropa Komitəsi yaradıldı (SENELEK) SEN və SENELEK çərçivəsində 239 texniki komitə (TK) fəaliyyət göstərir. 1985 –ci ildə Vahid Avropa standartlarının yaradılması qərara alındı
Keyfiyyətə nəzarət üzrə Avropa təşkilatı
Keyfiyyətə nəzarət üzrə Avropa təşkilatı (KNAT). 1957 yaradılmışdır. Məqsəd: məhsulların və xidmətlərin keyfiyyətinin idarə edilməsinin əsas prinsiplərini və metodlarını işləyib hazırlamaqdır. KNAT-a 25 Avropa ölkəsi daxildir. Bundan başqa ABŞ, Yaponiya, Çin, Kolumbiya, Yeni Zelandiya və s. daxildir.
KNAT prezidenti 3 il müddətimə seçilir. KNAT-icrayə komitəsinə 6 vitse-prezident rəhbərlik edir.
Standartlaşdırma üzrə beynəlxalq təşkilatlar
Beynəlxalq Standartlaşdırma sahəsində beynəlxalq standartlaşdırma Təşkilatı (İSO) və Beynəlxalq Elektrotexnika Komitəsi (BEK) və Beynəlxalq Elektrik Rabitəsi ittifaqı (BERİ) fəaliyyət göstərir.
Standarlaşdırmanın üsulları
Standartlaşdırma aşağıdakı üsullar vasitəsilə həyata keçirilir: unifikasiya tipləşdirmə , sistemləşdirmə , simplifikatlaşdırma , aqreqatlaşdırma .
Unifikasiya- eyni funksional təyinatlı məmulatların istismarı zamanı onların qarşılıqlı əvəzolunması üçün məmulatların tiplərinin, növlərinin, ölçülərinin və markalarının sayının rasional ixtisarıdır. Unifikasiya zamanı yüksək keyfiyyət göstəricilərinə və tam qarşılıqlı əvəzolunma xassəsinə malik olan məmulatların yığım vahidlərinin və detalların tiplərinin, növlərinin, tipölçülərinin minimum və eyni zamanda zəruri sayını müəyyən edirlər.Unifikasiya standartlaşdırmanın ən geniş yayılmış effektiv formasıdır.
Unifikasiyanın başlıca fərqi və üstünlüyü ondadır ki, növ müxtəlifliyi sayının azalması mımulatların konstruksiyasının əsas və II dərəcəli ölçülərinin dəyişməsi ilə gedir. Bunun nəticəsində məmulatların , materialların , xammalın və kompleksləşdirici məmulatların növ müxtəlifliyinin sayı azalır.
Tipləşdirmə -standartlaşdırmanın elə növ müxtəlifliyidir ki, burada ümumi konstruktiv və ya texnoloji xarakteristikalara malik olan bir sıra məmulatlar , tərkib hissələri, proseslər üçün tipli konstruktiv və ya texnoloji həllər işlənib hazırlanır və təyin edilir.
Tipləşdirmə standartlaşdırmanın az yayılmış , lakin son dərəcə perspektiv metodlarında biridir. Yerli əhəmiyyətə malik olan unifikasiyadan fərqli olaraq tipləşdirmə bütün bir sahənin inkişaf məsələlərini həll edə bilər. Tipləşdirmə mövcud avadanlıqların istifadə edilməsiniu yaxşılaşdırmaq məqsədi ilə aparılır.
Sistemləşdirmə- əşyanın , hadısənin və anlayışın müəyyən ardıcıllıqla düzülməsindən ibarətdir.Sistemləşdirmə zamanı obyektlərin qarşılıqlı əlaqələrini nəzərə almaq lazımdır.Ən sadə sistemləşdirmə obyaktlərin əlifba sırası ilə düzülməsidir.
Sistemləşdirmənin xalq təsərrüfatında ən geniş yayılmış növü sinifləşdirmədir. Burada əşya , hadisə və anlayışlar onların ümumi əlamətlərindən asılı olaraq siniflər, y/ siniflər, və dərəcələr üzrə yerləşdirilir. Bunları işarə etmək üçün UOT beynəlxalq universal onluq sistemindən( universal onluq təsnifçisi) istifadə olunur.Bu beynəlxalq sistem indeksləri ilə birlikdə texniki və humanitar ədəbiyyatların sinifləşdirilməsində istifadə olunur.Məs, UOT-62—texniki; UOT621- ümumi maşınqayırma və elektronika .UOT-621.3-elektotexnika və s.
Simplifikatlaşdırma- standartlaşdırmanın elə formasıdır ki, burada məqsəd məmulatların tiplərinin və ya digər növ müxtəlifliyinin sayını hazırki vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan miqdara qədər azaltmaqdır.Simplifikasiyaya bu tərif STAKO tərəfindən verilmişdir.
Simplifikatlaşdırma standartlaşdırmanın ən sadə , iqtisaqi cəhətdən daha sərfəli, texniki cəhətdən daha mümkün olan növ müxtəlifliyidir. O, məmulatların tiplərinin və ya növ müxtəlifliyinin sayının texniki və iqtisadi cəhətdən əsaslandırılmış hər hansı minimum qədər ixtisar edilməsindən ibarətdir.
Aqreqatlaşdırma –unifikasiya olunmuş standart aqreqatlardan istifadə edərək maşın , avadanlıq, cihaz və digər məmulatların yaradılması prinsipidir.Bu aqreqatlar özlərinin bütün istismar göstəricilərinə və birləşmə ölçülərinə görə bir-birini tam əvəz etməlidirlər.Belə ki, istehsal obyekti dəyişirilən kimi bu dəzgahları tez söküb , başqa məmulat istehsal etmək üçün yenidən quraşdırmaq olar.
Bütün yeni yaradılan maşın və avadanlıqlarüçün unifikasiya və aqreqatlaşdırma prinsipinin tətbiqi mütləq lazımdır.
Aqreqatlaşdırma prinsipinə misal olaraq , universal-yığma tərtibatları sistemini göstərmək olar. Bu tərtibatlar sənayenin bir çox sahələrində geniş tətbiq olunur.
Metrologiya_sahəsində_əsas_anlayışlar_P_L_A_N___Metrologiya_haqqında_məlumat.__Kəmiyyətlərin_növləri.'>MÖVZU 3. Metrologiya sahəsində əsas anlayışlar
P L A N
-
Metrologiya haqqında məlumat.
-
Kəmiyyətlərin növləri.
-
Beynəlxalq vahidlər sistemi.
-
Metrologiyanın qısa inkişaf tarixi.
Ədəbiyyat
1. Основы метрологии и электрические измерения. Под редакцией
Е. М. Душина Л. Энергоатомиздат, 1981
2. Основы метрологии, стандартизации и сертификации.
Л. А. Родченко М. Наука, 2003
3.Metrologiya və kvalimetriyanın əsasları
Gözəlov S.M. Məmmədov S.Z. Orucov İ.K.
Dünyada hər bir əşyanın, fiziki prosesi və ya hadisəni onun xarakterik xassələri və ya keyfiyyət gostəriciləri ilə xarakterizə etmək mümkündür.Həm də bu göstəriciləri kəmiyyətcə qiymətləndirmək olar. İnsanların hissiyyat orqanları xarakterik xassələrin ölçmələrini öz intuisiyasına görə aparırlar. Belə ölçmələri canlılar hiss orqanları ilə mütəmadi yerinə yetirirlər. Canlılarda olan hiss orqanları ən mürəkkəb cihazdır. Təbiətdə xarakterik xassələri hiss orqanları vasitəsilə ölçmək mümkün olmur. Ona görə də bütün fiziki kəmiyyətləri ölçmək üçün metrologiya elmindən istifadə edilir.Deməli, fiziki kəmiyyətlərin ölçmələri , ölçmə vəhdətliyini təmin etmək metodları və vasitələri tələb olunan dəqiqliyi almaq üçün istifadə olunan üsulları haqqında elmi sahədir. Metrologiya bütün elmlərin ən əsas və vacib tərkibidir.
Metrologiya - ölçmə ilə əlaqəsi olan yaradıcılıq növü və bilik sahəsidir. Metrologiya termini iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir: metron-ölçmə və loqos –öyrənmə, təlim . Metrologiya bir elm kimi və təcrübi olaraq ölçməyə başlanan vaxtlardan yaranıb. Hər ölkədə öz ölçü vahidlərindən istifadə olunurdu. “Dirsək” (lokot), düymə (baş barmağın eni), fut (ayağın uzunu) XVIII əsrin sonlarında Rusiyada ayrı ölçü vahidləri (verst, arşin). I Pyotrun göstərişinə görə Rusiyada ingilis ölçü vahidlərinin işlənməsinə başlanıldı: funt, unsiya, qram (kütlə vahidi), uzunluq – dəniz mili, fut, düymə, yard işləndi.
Bu elm elmi-tədqiqat, müşahidə , axtarış, təcrübə , layihələndirmə , istehsal və istismar proseslərinin təşkilinə və gedişinə kömək etmək məqsədi ilə müxtəlif obyektləri və ya onlarda gedən prosesləri müqayisə etmək üçün lazım olan ölçü məlumatlarının əldə edilməsi üsulları və vasitələri haqqında məlumatlar verir.Metrologiya işi standartlaşmanın ən əsas bir hissəsini əhatə edir.Bütün metroloji məsələlər bu sahəyə aid olan dövlət standartlarının köməyi ilə həyata keçirilir.İndi heç bir mütəxəssiz elmi texniki tərəqqini keyfiyyətcə xarakterizə edən ölçmələr olmadan keçinə bilməz.
Ölçmə vasitələri ,etalonlar , vahid kəmiyyətlər , ölçmə metodunu yerinə yetirmə vasitələri metrologiya sahəsidir. Ənənəvi olaraq fiziki kəmiyyətlər metrologiya sahəsidir.Müasir metrologiyanı təkcə ölçmə kəmiyyəti kimi məhdudlaşdırmaq olmaz. Müasir səviyyədə metrologiya anlayışı lazımi səviyyədə ölçü dəqiqliyini və ölçü vasitələrini təmin edən ölçmələr , ölçmə metodları və vasitələri haqqında elm kimi başa düşülür.
Müasir yanaşmada metrologiya –ölçmələr, metodlar və onların vəhdətliyini təmin edən xassələr və tələbolunan dəqiqliyə çatmaq üsulları haqqında elmdir.
Ölçmələrin vəhdətinin təminatı probleminin yaşı bəşəriyyətin yaşı ilə eyniləşdirilir.İnsan öz əməyinin nəticəsini satmağa və ya dəyişməyə başlayan andan bu əməyin ekvivalenti haqqında sual meydana çıxmışdır. Həmin müddətdən I olaraq uzunluğun, sahənin, həcmin, kütlənin ölçülməsi tələb olunmuşdur.
Məs, Avropa ölkələrində düym- şəhadət barmağı - 1d =1/12 fut =0.254m=2.54 sm
Fut- ayağın altı , pəncəsi- 1F= 12 düym =0.3048 m= 1/7 sajın
Bütün kəmiyyətlər 2 növə bölünür: real və ideal
İdeal kəmiyyətlər əsasən riyaziyyat sahəsinə aiddir və metrologiya bir elm kimi onunla məşğul olmur, lakin ölçmənin nəticələrinin emal təcrübəsində istifadə olunur. İdeal kəmiyyətlərhər hansı bir üsulla hesablana bilər və müəyyən olunmuş şərtlərdə hesabatın xətası olmur, bunu real kəmiyyətlər haqqında demək olmur.
Kəmiyyətlər
İdeal
Real
Riyazi
Qeyri-fiziki
Fiziki
Hesablanan
Ölçülən
Qiymətləndirilən
Real kəmiyyətlər öz növbəsində fiziki vı q/ fiziki kəmiyyətlərə bölünür. Fiziki kəmiyyətlər materialik obyektlərin , habelə fiziki proseslərin və ya hadisələrin xassələrinə məxsus kəmiyyət kimi müəyyən edilir. Fiziki kəmiyyətlər təbiət və texniki elmlərin çərçivəsində öyrənilir.Qeyri-fiziki kəmiyyətlər ictimai elmlərin , fəlsəfənin, sosiologiyanın , iqtisadiyyatın , əmtəəşünaslığın , psixologiyanın və s təcrübəsində istifadə olunur.Qeyri- fiziki kəmiyyətlər üçün adətən ölçü vahidləri daxil edilmir. Onlar yalnız ekspert qiymətlərindən , bal sistemlərindən , testlər yığımından, hesabat əmsallarından və s istifadə etməklə qiymətləndirilə bilər.Fiziki kəmiyyətlər ölçülən və qiymətləndirilə bilən olur. Ölçülən fiziki kəmiyyətlərin özünün ölçü vahidi olur və ölçü vahidinin müəyyən ədədlə miqdar şəklində ifadə edilmiş olurlar. Fiziki kəmiyyətlərin bəzi növləri üçün xətti ölçü çeviriciləri yoxdur, ölçü vahidi müəyyən edilməmişdir və olçülmür. Onların ölçüsünü yalnız qiymətləndirmək olar. Qiymətləndirmə dedikdə onun ölçüsünü xarakterizə edən verilmiş fiziki kəmiyyətə müəyyən ədədi qiymət qoyulması əməliyyatı başa düşülməlidir.
Beynəlxalq sistemdə əsas vahidlər aşağıda verilmişdir.
Metr (beynəlxalq şərti işarəsi -m)
Kiloqram (beynəlxalq şərti işarəsi-kq) ölçü- M- kütlə vahidi Ölçü və Çəki üzrə Beynəlxalq Büroda saxlanılan beynəlxalq prototipin kütləsinə bərabərdir.
Saniyə (beynəlxalq şərti işarəsi- s , ölçü T)
Amper (beynəlxalq şərti işarəsi –A ölçü I) –elektrik cərəyanı şiddətinin vahidi
Kelvin (beynəlxalq şərti işarəsi K ,ölçü)-termodinamik temperatur vahidi
Kandel (şam) (beynəlxalq şərti işarəsi cd ,ölçü Beynəlxalq vahidlər sistemində işıq şiddətinin vahidi
Mol (beynəlxalq şərti işarəsi mol ,ölçü)-maddə miqdarının vahidi
Sİ sistemində 2 əlavə vahid- radian və steradian ayrılmışdır.
Radian (beynəlxalq şərti işarəsi rad ) –müstəvi bucağının ölçü vahidi.Qövsün uzunluğu radiusa bərabər olan çevrənin iki radius arasındakı daxili bucağına bərabərdir.
Steradian (beynəlxalq şərti işarəsi sr) –cisim bucağının ölçü vahidi.Steradian – təpəsi sferanın mərkəzində olan , tərəfi radiusa bərabər olan kvadratın sahəsi qədər həmin sferanın səthindən ayrılmış sahəyə bərabər olan cisim bucağıdır.
Elm və texnikanın inkişaf tələblərini təmin etmək üçün müxtəlif vahidlər sistemi istifadə edilmişdir.
SQS sistemi-1861-1870-ci illərdə işlənmişdir.Bu sistemin əsas vahidləri sm, qram, saniyə olmuşdur
MKGQS sistemi. Kiloqramın birinci prototipi çəki vahidi kimi tətbiq olunmuşdur. XIX əsrin sonunda kiloqramın qüvvə və çəki vahidi kimi 3 əsas vahidlə birlikdə yeni sistemi yaratmış oldu: metr-uzunluq vahidi, kiloqram-qüvvə-qüvvə vahidi, saniyə -vaxt ölçüsü.
MTS sistemi. Bu sistem Fransada istifadə edilmişdir. Bu sistemin əsas vahidləri :metr-uzunluq vahidi , ton-kütlə, saniyə -vaxt.
MKSA sistemi. Bu sistemin əsas bahidləri metr, kiloqram, saniyə və amperdir. Yeni sistemə elektrik cərəyanı şiddətinin ölçü vahidinin daxil edilməsi mexaniki vahidlərlə əlaqənin yaradılmasına imkan vermişdir: metr,kiloqram ,saniyə və
Praktiki elektrik vahidləri: volt, om , vatt. Hal-hazırda MKSA sistemi Beynəlxalq Vahidlər Sisteminin tərkib hissəsidir.
Elektrik vahidlərinin mütləq praktiki sistemi. 1881-ci ildə elektriklərin I Beynəlxalq konqresində tərtib edilmişdir. Bu sistem SQSM sistemindən törəmədir və elektrik və maqnit kəmiyyətlərinin vahidlərinin ölçülərini təcrübədə onlara yaxınlaşdırmaq məqsədilə istifadə edilirdi. Elektrik və maqnit vahidlərinin ölçülərini mütləq praktiki sistem SQSM sisteminin vahidlərini on ədədinin uyğun dərəcəsinə vurmaqla alınırdı. Bundan sonra volt, amper, om, farad vahidləri ölçmələrə daxil edilmişdir. 1889-cu ildə elektriklərin II Beynəlxalq konqresində coul, vatt, kvadrant (sonralar hanri ilə əvəz olundu) əlavə edildi.
Beynəlxalq sistemin başqa vahidlər sisteminə görə üstün cəhətləri vardır:
1. Universaldır –elmin , texnika və istehsalın bütün sahələrini əhatə edir;
2. Vahidlər unifikasiya olunmuşdur (istilik, kimyəvi, mexaniki ölçmələrdə vahidlər istifadə olunur);
3. əsas vahidlər azdır;
4. Beynəlxalq aləmdə qarşılıqlı asan işlənir. Hazırda beynəlxalq metrologiya üzrə B6 etalonlar işlənir.
Metrologiyanın inkişaf tarixi
Təcrübi yaradıcılığın bir növü olan metrologiya qədim zamanlardan yaranmışdır.
İnsan cəmiyyətin bütün inkişaf mərhələlərində ölçmə insanlar arasında , təbiətlə və əhatə olunduğu əşyalarla əlaqə növü olmuşdur. Bu məqsədlə ölçmələr, formalarla hadisələrin və əşyaların , xassələri, onların müqayisəsi və qaydaları haqqında vahid fikir yaranmışdır.
İnsanlar çox qədim zamanlardan ölçmə vasitələri ilə məşğul olmuşdur, lakin ilkin dövrlərdə həmin proses qarşılıqlı hesab aparmaq yolu ilə görülürdü.Vaxt sutkalarla , aylarla, illərlə; məsafəni –addımlarla, dirsəklərlə, yol günlərlə; malların miqdarını- ədədlərlə, mallarla, dəstələrlə,düjünlərlə, baş heyvanlarla və .s bu ölçmələr çox kobud və nəticələr müçahidəçilərin şəxsi xüsusiyyətlərindən ,malın növündən asılı olurdu.
Ölçmə vahidinin adı və onun ölçüsü haqqında məlumatlar xüsusi qurğular olmadan əmələ gəlmiş “ əl və ayaqlar altında “ olan vasitələri əsas götürmüşdür.
Qədim zamanlarda ölçmə vasitələrinin vahidliyini təmin etmək üçün nümunəvi etalon qəbul etmişlər və həmin etalonlar kilsələrdə və ya qiymətli əşyalar saxlanılan yerlərdə saxlanılrdı.
1840-cı illərin əvvəllərində Fransada metrik ölçü sistemi qəbul olundu. D.İ.Mendeleyev metrik sistemi çox böyük qiymətləndirdi. 1867-ci ildə təbiətşünasların qurultayında metrik reformunun keçirilməsini xahiş etdi.Onun səyi nəticəsində Peterburq akademiyasında beynəlxalq ölçmə sisteminin istifadəsi üçün təşkilat yarandı. Bu təklif qəbul olundu və 1875-ci ildə 17 dövlətin iştirakı ilə Diplomatik metroloji konfrans keçirildi.
Keçən əsrdə fizika elminin inkişafı metrologiya sahəsində sıçrayışa səbəb oldu. 1892-1907-ci illərdə Rusiyada metrologiyanın inkişafında D.İ.Mendeleyevin böyük əməyi olmuşdur.1932-ci ildə suyun sıxlığının dəqiq təyin olunması ağır hidrogen izotopunun –deyteriumun kəşfinə səbəb olmuşdur. Rus fizik-elektriki B.S. Yakobu deyirdi ki, ölçmə mədəniyyəti möhkəm silahdır.
Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması nəticəsində respublika üçün standartlaşma, metrologiya və patentləşmə agentliyinin təşkil olunması nəticəsində beynəlxalq tələblərə cavab verən dövlət təşkilatı strukturasının yaradılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasında bu sahədə baş təşkilatların , baza təşkilatların, elmi-tədqiqat institutlarının, konstruktor-layihə, metrologiya cihazlarının, metroloji laboratoriyaların , cihazqayırma müəssisələrinin, təhsil ocaqlarının, standartlaşma və metrologiya xidmətinə aid xüsusi qanunun yaradılması işinə başlanılmışdır. Bu sahədə qanunlar və təşkilatlar yaradılmışdır.
Metrologiya donub qalmış və dəyişməyən bir elm deyildir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 623 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırm və Metrologiya və Patent Agentliyi yarandıqdan sonra elmdə, texnikada və cəmiyyətdə metrologiyanın rolu artmışdır.
MÖVZU 4. ÖLÇMƏ TEXNIKASINA GIRIŞ
PLAN
-
Ölçmələrin rolu və ölçmə vasitələrinin xarakteristikaları
-
Metrologiyanın bölmələri.
-
Xalq təsərrüfatında Metrologiyanın yeri.
-
Ölkə daxilində və beynəlxalq səviyyədə ölçmə texnikasının vahid ölçmənin təminatı
Ə D Ə B İ Y Y A T
1. Основы метрологии, стандартизации и сертификации.
Л. А. Родченко М. Наука, 2003
2.Məmmədov S.Z., Orucov İ.K. –- Standartlaşdırmanını əsasları. Bakı- 2008
3.Gözəlov S.M. və b- Metrologiyanın və kvalimetriyanınnı əsasları Bakı- 2002
Ölçmə maddi aləmi öyrənməyə, təbii qanuna uyğunluqları mənimsəməyə kömək edir. Bu nəzəriyyə və təcrübəni birləşdirir və hər yerdə, hər sahədə istifadə olunur: elmdə, istehsalatda, materialların qiymətləndirilməsində, keyfiyyətin standart parametrlərinin təminində, texnoloji proseslərin təkmilləşdirilməsində, standartlaşdırmalarda və s.
Ölçmə -ölçüləcək fiziki kəmiyyətin təcrübi yolla xüsusi texniki fasitələrlə qiymətinin tapılmasına deyilir. Ölçmə - tətqiq olunan fiziki kəmiyyətin miqdarı qiymətinin tapılmasıdır.
Ölçmə funksiyaları:
-
Xalq təsərrüfatında məhsulun hesablanması
-
Texnoloji proseslərdə tənzimat və nəzarət funksiyaları.
-
Fiziki kəmiyyətlərin ölçülməsi, maddələrin tərkib və xüsusiyyətlərinin öyrənilməsi, məhsulların yoxlanılması.
Ölçmə vasitələri – normallaşdırılmış metroloji xarakteristikası olan, məlum zaman müddətində buraxılan xəta sərhəddində ölçüsü sabit qalan və ölçmə prosesində vahid ölçmə sistemini saxlayan texniki vasitədir.
Ölçmə zaman və məkandan asılı olmayaraq vahid ölçmə olmalıdır.
Vahiq ölçmə - ölçmənin elə vəziyyətidir ki, onun nəticəsi qanunlaşdırılmış ölçü vahidi ilə ifadə olunur və xətası verilmiş ehtimal sərhəddində olur.
Vahid ölçmənin normativ sənədləri – dövlət standartları, beynəlxalq standartlar ölçmə qaydaları, ölçmədən tələb olunan instruksiya və müddəalardır.
Texniki təyinatına görə ölçmə vasitələri ölçülərə, ölçü cihazlarına, ölçü çeviricilərinə, köməkçi ölçmə vasitələrinə və ölçmə sistemlərinə bölünürlər.”Ölçmə texnikası “ anlayışı daha geniş mənada işlədilir.Ölçmə zamanı istifadə edilən bütün vöv ölçmə vasitələri, ölçmə metodları, ölçmə fəndlərini və ölçmə prosesini əks etdirən bütün şərtlər buraya daxildir.” Ölçmə avadanlığı “ dedikdə isə ölçmə prosesi üçün zəruri olan ölçü vasitələrinin növləri başa düşülür.(ölçü cihazları, ölçü daşları, ölçü alətləri və ölçü vasitələri)
Ölçmənin keyfiyyəti onun dəqiqliyi, etibarlığı, düzgünlüyü, uyğunluğu, təkrar oluna bilməsi və xətaların hüdudları ilə xarakterizə edilir.
Ölçmənin nəticələrinin olçülən kəmiyyətin mənasını dolğun və düzgün əks etdirən keyfiyyət göstəricisi dəqiqlik adlanır.
Ölçü nəticələrinin inandırıcı olmasını bütünlüklə təmin edən şərtlərə görə təyini ölçünün etibarlığı adlanır.
Ölçmə nəticəsinin sistemli xəta imkanlarının sıfıra yaxınlaşdırılması ölçmənin düzgünlüyünə deyilir.
Ölçmə nəticələrinin eyni bir şəraitdə bir-birinə yaxın olduğunu təmin edən keyfiyyət göstəricisinə ölçmənin uyğunluğu deyilir. Bu cür ölçmələrdə təsadüfi xətalar tez aşkar olunur.
Müxtəlif dövrlərdə, müxtəlif iş şəraitində yerinə yetirilən ölçmə nəticələrinin bir-birinə uyğunluğunu ifadə edən göstəricilər ölçmənin təkrarlığı adlanır.
Normalaşdırılmış metroloji xarakteristikaları olan ölçmələrdə istifadə olunan ölçü vasitələri də deyilir.Bu texniki vasitələrdən fərqli olaraq bəzi fiziki xassələri müəyyən etmək üçün istifadə olunursada (kompas, lakmus vərəqi, elektrik lampası, indikator və s) Əgər fiziki kəmiyyətin ölçüsü məlumdursa, onda bu qiymət birbaşa müqayisə üçün istifadə olunur(müstəvi bucağını transportirlə, kütləni tərəzi ilə) Fiziki kəmiyyətin məlum ölçüsü əldə yoxdursa, onda cihazın reaksiyası ölçüsü məlum olan ölçülən kəmiyyətin təsiri ilə müəyyən edilir.Cihazın hazırlanma mərhələsində müqayisəni sadələşdirmək üçün hesabat qurğusunun şkalasına məlumat qeyd edilir, bundan sonra şkalada bölgü aparılır. Bu proses şkalanın qradirovkası adlanır. Bu prosesdə ölçülən kəmiyyətin müqayisə edilən qiymətini almaq olar.
Metroloji xarakteristikalar bütün ölçmə vasitələrinin keyfiyyətini və texniki səviyyəsini xarakterizə edir və onun əsas göstəricisidir.
Ölçmə vasitələri 6 növə bölünür:
-
Ölçülər;
-
Ölçmə çeviriciləri;
-
Ölçü cihazları ;
-
Köməkçi ölçmə vasitələri ;
-
Ölçmə qurğuları ;
-
Ölçmə sistemləri
Metrologiya ümumi, tətbiqi, qanunu metrologiyalara bölünür.
Nəzəri metrologiya ölçmə sahəsində fundamental tədqiqat məsələləri, vahidlər sisteminin yaradılması, yeni ölçmə metodlarının yaradılması ilə məşğul olur.
Eksperimental metrologiya ölçü etalonlarının, nümunəvi vahidlərin, yeni ölçü cihaz və qurğuların yaradılması ilə məşğul olur.
Tətbiqi (təcrübi) metrologiya - nəzəri metrologiyanın nəticələrini metroloji sistemlərdə tətbiq edir.
Qanuni metrologiya – ümumi qaydaların kompleks əlaqəsi ilə məşğul olur. Dövlət tərəfindən nəzarət olunan və vahid ölçmənin ölçü vasitələrinin eyniliyinin təmini ilə məşğul olur. Qanunu metrologiya ölçü vasitələrinin yeni ölçü vasitələrinin yoxlanması, təsdiqi, sertifikatlaşdırılması, ölçü vasitələrinə dövlət metroloji nəzarəti həyata keçirir. Beynəlxalq metrologiya beynəlxalq əlaqələri xalq təsərrüfatının bütün sahələri üzrə yaradır.
Metrologiyada texniki ölçü vasitələri işlənir. TOV – elə ölçü vasitələridir ki, ölçmədə istifadə olunur, normallaşdırılmış metroloji xüsusiyyətlərə və parametrlərə malik olur. Ölçü vəzifələrindən asılı olaraq müxtəlifdirlər.
Ölçüləcək kəmiyyətin öz cinsindən olan, onun xüsusiyyətlərini dəyişən fiziki kəmiyyəti ölçməyə imkan verən vasitə ölçü vahidi adlanır
Ölçü vahidləri etalon, nümunəvi, işçi vahidlərə ayrılır. Birinci, ikinci, dövlət, işçi etalonlar, etalon–sürət, etalon müqayisə, etalon müqayisə, etalon qurğular işlənir.
Fiziki kəmiyyətləri ölçmək üçün ölçü cihazları işlənir.
Dostları ilə paylaş: |