tələb edir. •
Kollegial müzakirə. Məsələlərin müzakirəsi prosesində iclasın hər bir iştirakçısının rəyi nəzərə alınır və birtərəfli qərarlar qəbul etmək imkanı aradan qaldırılır. Kollegial müzakirənin variantı kimi psixo-pedaqoji konsilium ola bilər.
Mühazirə. •
Mühazirə tədris (tədris-metodiki, elmi) materialının ardıcıl şərhini nəzərdə tutur. •
Mühazirəyə olan əsas didaktik tələblər: yüksək elmi- nəzəri səviyyə (dinləyicilərin hazırlığı nəzərə alınmaqla); mövzunun hərtərəfli açıqlanması; konkret faktların və hadisələrin qarşılıqlı əlaqədə təhlili; onların ümumiləşdirilməsi; əvvəllər öyrənilmiş materialla əlaqə; təqdimatın emosionallığı. •
Bu publisistik çıxış növünün özəlliyi, onun əsasında natiqlik qabiliyyətinin olmasıdır.
Metodik müşavirə və seminarlarda çıxış •
Maarifləndirmə işin bu variantı öz xüsusiyyətlərinə görə mühazirəyə yaxındır. •
Maarifləndirmə işinin fərqləndirici məqamları : •
Birinci - əvvəldən mövzu təsdiqlənir və auditoriya müəyyən edilir, materialının daha çox şifahi qavranılmasına istiqamətlənib. •
İkinci- maarifləndirmənin bu versiyası onun qiymətləndirilməsi və praktik psixoloqun əsas iş sahələrindən birinə aid edilməsin dair suallar doğurmur. Sadəcə birmənalı olaraq metodik işlərə aid edilir.