Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə92/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   87   88   89   90   91   92   93   94   95
Erkən uşaqlıq dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaq nitqə yiyələnir, söz ehtiyatı artır və sözləri cümlədə birləşdirməyə başlayır. Hafizə (tanıma şəklində), əyani-əməli təfəkkür, diqqət, qavrayış fəal şəkildə inkişaf etməyə başlayır. Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. Nəticədə uşaqda ixtiyari qavrayışın-müşahidənin inkişafı üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil etməsi əsas rol oynayır. Uşaqda ilkin özünüdərketmə meydana gəlir. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır. Uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır. Bununla bağlı olaraq ilk yaş “böhranı”, “üç yaş böhranı” özünü büruzə verir. Uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir, onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm”- deyə fəallıq göstərməyə başlayır. Uşaqda böyüklərlə ünsiyyət zamanı tərslik, inadkarlıq, höcətlik kimi neqativ keyfiyyətlər halında diqqəti cəlb edir.

3-6 yaşlı uşağın əl və ayaq əzələllərində hələ sümükləşməmiş qığırdaqlar qalır. Ona görə də gərəkli tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər və oyun uşaqların əsas fəaliyyəti olur.

Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə bölürlər: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).

Kiçik bağça yaşlı uşaqlar, adətən, təklikdə oynayırlar. Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar. Üç-altı yaş ərzində oyun şəraitində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində əsaslı rol oynayır. Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. Bu oyunlar uşaqlarda iradənin inkişafına güclü təsir göstərir. Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə yetirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir.

Məktəbəqədər yaş dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı dəyişiklik baş verir.

Məktəbəqədər dövrdə uşaqlarda məkan qavrayışının inkişafı özünü göstərir. Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin qavranılması genişlənir və dərinləşir. bağça yaşı dövründə Tədricən ixtiyari qavrayış inkişaf edir, müşahidəçilik özünü göstərməyə başlayır. Böyüklər, tərbiyəçilər uşaqların qarşına məqsəd qoyur, onları ətraf aləmdəki daha önəmli cəhətləri qavramağa yönəldir, onlara müşahidə etməyi öyrədirlər. Elə buna görə də böyük bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə edə bilirlər.

Bu dövrdə hələ uşaqda diqqət qeyri-ixtiyari xarakter daşıyır. Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Ona görə də uşağa onu əhatə edən cisim və hadisələrin xassələrini, fərqli xüsusiyyətlərini əsas əlamətlərini görməyi öyrətmək lazımdır. Diqqətin inkişafında da oyun böyük önəm daşıyır. Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini mərkəzləşdirməyi tələb edir. Bu yaş dövründə diqqətin ən yüksək davamlılığı oyun prosesində baş verir.

Bağça yaşı dövründə uşaqların hafizələri qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari yaddasaxlamaya keçidlə səciyyələnir. İxtiyari hafizə böyüklərin tərbiyəvi təsiri sayəsində inkişaf edir. Əvvəlcə yaşlılar uşağın qarşısında nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu cür məqsədi uşaq özü öz qarşısında qoyur. Sözlü-məntiqi hafizə də inkişaf edir. Belə ki, uşaq təkcə konkret, əyani materialları deyil, sözün özünü, sözlə ifadə olunan materialları da yaxşı yadda saxlayır. Bağça yaşının sonunda hafizənin möhkəmliyi, davamlılığı artır. Uşağın maraqlandığı, onun üçün önəmli olan materiallar uzun illər onun hafizəsində qoruna bilir. Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin dövrə aid olur.

Bağça yaşlı uşaqların təxəyyülləri olduqca zəif olur. Bərpaedici təxəyyül surətləri inkişaf etsə də hələ solğun olur, uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər yaratmaqda çətinlik çəkir. Bu da uşağın həyat təcrübəsinin azlığı, biliklərin azlığı ilə bağlıdır. Bağça yaşı dövründə uşaqlarda yaradıcı təxəyyülün inkişafı da özünü göstərir. Onlar oyun zamanı hər hansı bir nağılı və ya hekayəni söyləyərkən buraya öz əlavələrini də edirlər.

Bağça yaşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır, icra etdikləri işlərlə, dərk etdikləri konkret cisim və hadisələrlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən zahiri oxşar əlamətlərə görə aparırlar. Bağça yaşı dövrünün əvvəllərində uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğun olmayan hökümlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu dövrdə uşaqlarda təfəkkürün inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi təfəkkür istiqamətində gedir. Bağça yaşının sonunda uşaqlarda sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlarda sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir.

Uşağın söz ehtiyatı artır, təxminən 3000-4000-ə çatır. Bu dövrdə bəzi uşaqlar bəzi səsləri, məsələn, “r”, “l”, “ş” tələffüz etməkdə çətinlik çəkirlər. Belə qüsurlar uşaqların nitq orqanları inkişaf etdikcə, düzgün təlim-tərbiyə sayəsində aradan qalxır.

Uşağın məktəbə psixoloji hazırlığı üçün uşaqda qavrayışın, diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtəlif fəaliyyət növlərini, xüsusilə təlim fəaliyyətini uğurla yerinə yetirməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi də gərəklidir. Uşaq rəngləri, cisimlərin forma və həcmini fərqləndirməyi bacarmalıdır. Məktəbə daxil olan uşaqlarda bu cür bacarıq çox zaman formalaşmadığına görə onlar təlimdə ciddi çətinliklərlə qarşılaşırlar. Ona görə də təlim fəaliyyəti prosesində uşaqlarda həmin bacarıqları formalaşdırmaq, onları müşahidə etməyə alışdırmaq gərəklidir.

Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xarakter daşımalı, onun həcmi, davamlılığı, paylanması və keçirilməsi kifayət qədər inkişaf etməlidir. Altı yaşlı uşaq yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir işlə məşğul ola bilər ki, həmin iş onu maraqlandırsın, özünə cəlb etsin. Ona görə də təlimin ilk günlərindən müəllim şagirdlərdə ixtiyari diqqətin planlı şəkildə formalaşdırılmasına fikir verməlidir.

Altı yaşlı uşaqda qeyri-ixtiyari hafizə üstünlük təşkil edir. Təlim fəaliyyətində isə ixtiyari hafizəyə istinad olunması gərəklidir. Uşağın tədris proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarakter daşımaqla, uşaq yaddasaxlamanın səmərəli yollarından istifadə etməyi bacarmalıdır.

Məktəbə daxil olarkən uşağın təxəyyülü də inkişaf etməlidir. Xüsusilə uşaqlarda təsvir əsasında təxəyyül surətləri yaratmaq bacarığı, başqa sözlə, bərpaedici təxəyyül uyğun səviyyədə olmalıdır.

Məktəbə yeni gələn uşaqlarda təfəkkürün əyani-əməli, əyani-obrazlı və sözlü –məntiqi növlərinin hər üçü gərəkli səviyyədə inkişaf etməlidir. Uşaqlar öz idrak obyektlərinə tənqidi yanaşmağı və müstəqil fikirləşməyi bacarmalıdırlar.Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikrini ifadə edə bilsin.Uşağın nitqindəki qüsurlar onun təlim fəaliyyətini çətinləşdirir. Uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatlarının olması da məktəbə psixoloji hazırlığın əsas şərtlərindəndir.

Məktəbə təzəcə gələn uşaq tamamilə yeni mühitə, yeni əhatə dairəsinə daxil olur. Ona görə də burada uşağın düşdüyü yeni mühitdə həmyaşıdları və böyüklərlə ünsiyyətə girə bilmək bacarığına yiyələnməsi də gərəklidir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin