İradi fəaliyyət dərk olunmuş, insanın məsuliyyət hissi ilə bağlı hərəkətlərdir.
İradi hərəkətlər btövlükdə obyektən asılıdır. Həyatda baş verən müxtəlif hadisələrə yaxud təsadüfi hadisələr iradi hərəkətin bilavasitə ola bilər.
İxtiyari və qeyri-ixtiyari hərəkətlər, eləcə də iradi hərəkətlər insanın motivasiya sahəsi ilə sıx bağlıdır. Motivfəaliyyətə təhrik edən subyektiv halətdir, qüvvədir. Bu qüvvələr psixoloji baxımdan həyati əhəmiyyət kəsb edən həvəs, istək, arzu və meyillər formasında təzahür edir. İnsanın arzu, istək meyilləri həvəsləri ümumilikdə insanın motivasiya sahəsi yaxud istiqaməti adlanır. Bu motivasiya sahəsi müəyyən şəraitlərdə qeyri –ixtiyari yaxud ixtiyari hərəkətlər etməyə təhrik edir. Bu baxımdan motivasiya sahəsinin insanda yaratdığı dərk olunmamış situativ hərəkətlər qeyri-ixtiyari yaxud impulsiv hərəkətlər adlanır, dərk olunan məqsədyönlü hərəkətlər, eləcə də, müəyyən maneələri dəf etməyə yönələn səyləri tələb edən hərəkətlər isə ixtiyari hərəkətlər adlanır. Bütün bunlar iradənin insanın motivasiya sahəsi ilə qarşılıqlı əlaqəsi olmasını sübut edir. Motivasiya sahəsi dedikdə şəxsiyyətin nəyi və nə üçün istəməsi başa düşülür. Bütün iradi hərəkətlər ixtiyari hərəkətlərə aid edilir, lakin heç də bütün ixtiyari hərəkətlər iradi hərəkətlərə aid edilmir.
İradə - ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyi ilə təşəkkül tapır. İradənin fizioloji mexanizmi baç-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovunnəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi, onunla rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi, boğmağı tələb edir. İradi işi mahiyyətinə görə həm də ixtiyari iş kimi də səciyyələndirmək olar. Çünki hər bir iradi iş başqa ixtiyari işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun yerinə yetirilməsi ilə nəticələnir. Məsələn, eyni otaqda qalan tələbədən A –çoxdan yatıb, B isə yuxusu gəlsə də, oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər iki tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər cür sadə işi iradi iş kimi səcyələndirmək olmaz. Yerinə yetirilən iş o zaman iradi iş adlandırıla bilər ki, orada müəyyən iradi səy tələb olunsun. B-nin yuxusu gəlsə belə oturub seminara hazırlaşması iradi səy hesabına yerinə yetirilmişdir. Ona görə də bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat ixtiyari adlandırılır. Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi olmasının göstəricisidir.Iradi işin motivi insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur.
37.İradi iş zamanı qarşıya çıxan maneələr. (daxili və xarici)
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı insan 2 cür maneələri aradan qaldırmalı olur: daxili(subyektiv) və xarici(obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir film nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur.
İradə ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq, işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi , eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir.
38.Şəxsiyyətin fəaliyyətinin hissi-emosional sahələri.
Hiss və emosiya insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. Hisslər obyektiv aləmə bəslənən subyektiv münasibətin inikasıdır. Emosiya isə sadə hissi hal olub, əsasən üzvi tələbatların (yemək su, təmiz hava və s.) ödənilməsi ilə əlaqədardır. Hisslər iki əsas funksiya yerinə yetirirlər.1) hisslər ətraf aləmdə baş verən hadisələrin hansının insan həyatı üçün faydalı və ya təhlükəli olduğunu bildirən siqnal funksiyasıdır.2) hisslər insanın fəaliyyətində motiv kimi çıxış edir və onları müəyyən istiqamətə yönəldə bilir. Hissin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar onun subyekti isə şəxsiyyətin özüdür.Hisslər fəal (sfenik) və qeyri-fəal (astenik) olmaqla iki qrupa bölünürlər. Orqanizmin həyat fəaliyyətini yüksəldən, onun qüvvəsini artıran, fəaliyyətə təhrik edən hisslər fəal və ya sfenik hisslər adlanır. Astenik hisslər isə əksinə, orqanizimn həyat fəaliyyətini zəiflədir, enerjini azaldır Hisslər də başqa psixi hadisələr kimi, beyin fəaliyyətinin məhsuludur. Onun əmələ gəlməsində qabıqaltı sahələrdə baş verən sinir prosesləri mühüm rol oynayır.
39. Hisslərin keçirilməsi formaları.
Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də, səsində əks olunur. Adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır. İnsanın nə kimi hisslər keçirməsi əsasən onun mimikasında və intonasiyasında daha aydın əks olunur. Bunlarla yanaşı, insanın keçirdiyi hissləri, onun bədəninin ifadəli hərəkətlərində - pantomimikasından da başa düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir kəlmə söz işlətmədən bədəninin ifadəli hərəkətləri ilə keçirdiyi müvafiq hissləri təzahür etdirir.
Hisslərin əsas keyfiyyətləri.Insanın öz hisslərinin obyektinə necə yanaşması, indiki anda ona necə münasibət bəsləməsi bu hissin keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan hisslərin özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas keyfiyyətləri şəxsiyyətin obyektə emosional münasibətinin zəruri və özünəməxsus əlamətidir. Hər şeydən əvvəl, insanın gerçək aləmdəki cisim və hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın tələbatlarını ödəyərsə, bu zaman müsbət, başqa sözlə stenik hisslərözünü göstərir. Əksinə, cisim və hadisələr insanın tələbatlarını ödəmirsə, mənfi – astenik hisslərbaş verir. Psixoloji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha iki keyfiyyətini aşkara çıxarmışdır. Belə ki, hissi törədən obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa ikili münasibət və qeyri – müəyyən bələdləşmə münasibətinin də olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalenthissdə razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir, hər iki hiss yanaşı yaşanılır. Bu cür ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar. Belə ki, qısqanclıq zamanı adamda məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir. Ambivalent hissə başqa bir misalı da göstərmək olar. Məsələn, isti günəş altında səhra yolunu keçən bir insan susuzluqdan əziyyət çəkir.
İnsanın öz hisslərinin obyektlərinə emosional münasibətinin digər keyfiyyəti hisslərinin qeyri – müəyyənliyidir. Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni zamanda bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərlə müşahidə etmək olar.İnsanın ilk dəfə rast gəldiyi hadisələrə təəccüb etməsi, onunla maraqlanmasının başlanğıcı olur.
40. İnsanların qarşılıqlı münasibəti və ünsiyyət.
Dostları ilə paylaş: |