Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə360/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   356   357   358   359   360   361   362   363   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Sudan otu istilik sevən bitkidir. Toxumların minimal cücərmə 
temperaturu 8-10 
0
C, optimal isə 20-30 
0
C-dir. Faydalı temperaturun cəmi sortun tam inkişafı və 
yetişmə müddətindən asılı olaraq 2200-3000 
0
C arasında tərəddüd edir. Mənfi 3-4 
0
C şaxtada 
bitkinin cücərtiləri məhv olur. Orta gündəlik temperatur 10 
0
C keçdikdə bitki intensiv inkişaf edir. 
Güclü kök sistemi və vegetasiya müddətinin uzun olmasına görə Sudan otu quraqlığa 
davamlıdır. Əsasən torpağın dərin qatlarındakı nəmlikdən istifadə edir. Onun səpinlərini növbəli 
əkin tarlasına da yerləşdirərkən bu vəziyyətini nəzərə almaq zəruridir. Məsələn, günəbaxan eləcə də 
Sudan otu kimi torpağın 1 m və daha artıq dərinliyindəki nəmlikdən istifadə edir. Ona görə də bu 
bitkini Sudan otundan sonra yaxud əksinə, Sudan otunu günəbaxandan sonra suvarılan bölgələrdə 
yerləşdirmək arzuolunmazdır. Bu bitki suvarılmaya yaxşı reaksiya göstərir, quru ot yaxud yaşıl 
kütlə məhsulu kəskin artır. Artıq nəmliyə dözmür. 
Sudan otu qısa gün bitkisidir. Uzun gündə inkişafı bir qədər zəifləyir.
Şəkil 48. Birillik taxıl otları:
a –Sudanotu, b 
- Moqar 




309 
Qaratorpaq və şabalıdı torpaqlarda yaxşı inkişaf edir. Zəif turşuluğa dözməsinə baxmayaraq 
şoran torpaqlarda bitmir. Qumsal və açıq-şabalıdı torpaqları sevmir. Bir ton quru maddə yaratmaq 
üçün Sudan otu torpaqdan 25-30 kq azot, 6-7 kq fosfor və 15-17 kq kalium elementi aparır. Sudan 
otu zəif inkişaf edərək səpindən 5-6 həftə sonra 4-5 yarpaq əmələ gətirir. Kollanma fazası 5-ci 
yarpaq əmələ gəldikdə başlayır. Bu dövrdə gündəlik boy artımı 5-10 sm-ə çatır. Gövdənin 
böyüməsi çiçəkləmə fazasında dayanır. Sudan otu biçindən sonra gövdədə qalan gözcüklərdən
yaxud kollanma buğumundan yeni budaqlar əmələ gətirərək inkişaf edir. Bəzən də gövdədə 
saxlanılmış boy nöqtəsi hesabına inkişaf edir. Bir ildə çoxlu biçimlər verir.
Əsas gövdədən süpürgələrin səthə çıxması adətən cücərtilər alındıqdan 6-7 həftə sonra baş 
verir və 2-3 həftə müddətinə davam edir. Çiçəkləmə süpürgənin yuxarı hissəsində başlayır və aşağı 
budaqcıqda yerləşən axırıncı çiçəkdə qurtarır. Tozlanması anemofildir. Vegetasiya müddətinin 
uzunluğu 110-120 gündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin