Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə362/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   358   359   360   361   362   363   364   365   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması.
Quru ot üçün Sudan otunu borulaşma fazasının sonu və süpürgələmə 
fazasının başlanğıcında biçməyə başlayırlar. İkinci və üçüncü biçimləri də 30 günlük fasilələrlə 
aparılır. Biçinin hündürlüyü torpaq səthindən 7-8 sm olmalıdır. Biçinin nisbətən alçaqdan 
aparılması cavan budaqların inkişafını və yaşıl kütlə məhsuldarlığını aşağı salır. 
Adi, qarışıq və kövşənlik səpinləri.
Sudan otunu soya ilə qarışıq becərdikdə yaxşı nəticələr 
əldə olunur. Belə əkinlər kifayət qədər nəmlik düşən yaxud suvarılan cənub bölgələrində yaxşı 
nəticələr verir. Bir çox suvarılan bölgələrdə Sudan otunun pırpızlı gülül ilə qarışıq əkinlərində yaşıl 
kütlə məhsuldarlığı hektardan 400-410 sentnerə çatır. 
Münbit torpaqlarda Sudan otunun yazlıq gülül yaxud payızlıq gülüllə qarışıq əkinləri təmiz 
əkinlərə nisbətən vahid sahədən protein yığımını iki dəfə artırır. Bəzən Sudan otu lərgə və noxud ilə 
də qarışıq səpilir. Təmiz səpinlərə nisbətən qarışıq əkinlərdə səpin norması 15-20% aşağı salınır. 
Sudan otunun əkinləri buğda, arpa, dənlik noxud (kövşənlik əkinlərdə), eləcə də yaşıl yem 
yaxud quru ot üçün gülül + vələmir və lərgə + vələmir qarışıq əkinlərində yaxşı nəticələr verir.
Kövşənlik əkinlərdə torpaq becərilməsini əsas bitkinin məhsulu yığıldıqdan sonra onun 
arxasınca aparmaq zəruridir. Yaxşı nəmliyi olan torpaqlarda malalama ilə eyni vaxtda 20-25 sm 
dərinlikdə şum aparılır. Əgər torpağın üst qatı quru olarsa, qabaqca üzləmə aparılır, sonra malalama 
ilə birlikdə dərin şum qaldırılır və səpinqabağı torpaq sıxlaşdırılır.


310 
Sudan otunun toxum üçün becərilməsinin xüsusiyyətləri.
Toxumluq səpinlər yaxşı olar ki, 
tarla növbəli əkinlərində başdan-başa becərilən bitkilərdən sonra yerləşdirilsin. Quraq bölgələrdə 
Sudan otu toxum məqsədi ilə gencərgəli üsulla cərgəarası 45-50 sm olmaqla səpilir. Optimal səpin 
müddətində səpin norması hektara 12-15 kq götürülür. 
Alaq otlarına qarşı mübarizə məqsədi ilə herbisid tətbiq olunur, ancaq gencərgəli əkinlərdə 2-
3 cərgəarası becərmələr aparılır. Toxumluq sahənin yığımına o vaxt başlanılır ki, əsas gövdənin 
süpürgəsi yetişir və toxum bərkiyir, yığım kombaynla aparılır. Gövdələr hündür olduqda əvvəlcə 
yuxarıdan budağın müəyyən hissəsi ilə birlikdə süpürgələr yığılır, sonra isə qalan kütlə otbiçənlə 
biçilir. Dərhal toxumlar kənar qatışıqlardan təmizlənir və qurudulur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin