Ekoloji və aqrotexniki şəraitdə yüksək keyfiyyətli toxum yetişdirilməsi.
Hələ
toxumçuluğun planlı surətdə öyrənilməsinin başlanğıcında N. İ. Vavilov, P. N. Konstantinov, N. N.
Kuleşov əlverişli torpaq-iqlim şəraiti olan bölgələrdə yüksək məhsuldarlıq xassəsinə malik toxum
becərmək üçün dənli bitkilərin toxumçuluğunun təşkilini təklif etmişlər.
79
Cədvəl 28
Payızlıq buğdada toxum əmələ gəlmə
Dənmeyvələrin
əmələ gəlmə
mərhələsi
Dənmeyvələrin
inkişaf fazaları
Yetişmə dövrı
Dənin
nəmliyi,
%-lə
Əlamətləri
Fazaların və
dövrlərin
davametmə
müddəti, gün
dən
budaqlar və yarpaqlar
Formalaşma
Maye-həlməşik
vəziyyət
-
80-65
Yaşıl, cılız. Endosperm başlanğıcda
həlməşik, fazanın sonunda sulu
Yaşıl
10-12
Dənədolma
Südəoxşar hal
Xəmirəoxşar hal
-
-
65-30
50-40
Yaşıl, uzununa dolu, endosperm
durutəhər süd
İri, parlaq, kürəyi saralmış,
endospermi xəmirəoxşar. Sıxan zaman
dənin qılafı partlayır, endosperm əzilir
Yaşıl, aşağı yarpaqlar saralır
Saralmış, yuxarı yaşıl rəng
yarpaqlarda, gövdənin buğumlarında
və sünbülcük pulcuqlarında qalır
8-10
4-8
Yetişmə
Mum yetişkənlik
Tam yetişkənlik
Mum yetişkənlik
fazasının başlanğıcı
Mum yetişkənlik
fazasının ortası
Mum yetişkənlik
fazasının sonu
Tam yetişkənliyin
başlanğıcı
Tam yetişkənlik
40-36
35-25
24-21
20-18
17 və
daha az
Sarı, endosperm mumvarı, əzilmir,
dırnaqla kəsilir, kürəcik kimi
yumrulanan
Sarı, endosperm unlu yaxud
şüşəvarıdır, dırnaqla kəsilir
Dırnaqla kəsilmir, lakin dəndə izi qalır
Möhkəmdir, ölçüsü, rəngi və forması
sort görə xarakterikdir
Çox möhkəm, döyüm zamanı travma
alma
Sarı yarpaqlar məhv olur, budaqları
elastiki, dən sünbüldən tökülmür
«---------------»
«---------------»
Samanı-sarı rəngli gövdəsi qırılmır,
dəni tökülmür
Sünbülü kövrəkdir, sünbülü
qırılandır, dəni asan tökülür
9-13
2-3
1-2
1-2
5-6
Yağışların səbəbindən, yüksək bitki sıxlığından, azotla bol (artıq) qidalanmadan, bitkinin
yatması sayəsində toxumun məhsuldarlıq xassəsi və səpin keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşir.
Yatma zamanı assimilyasiya aparatının böyük hissəsi kölgələnir, fotosintezin təmiz məhsuldarlığı
və generativ orqanlara plastik kütlənin daxil olması aşağı enir, dişəkimilərin dənmeyvələri yerinə
yetirilməmiş qalır, zəif, səpin keyfiyyəti aşağı olan toxum formalaşır, məhsuldarlıq aşağı düşür,
yığım zamanı itki artır. Taxılların yatmasına qarşı retardantlardan (boy tənzimləyicilər) istifadə
edilir.
Bitki yüksək məhsul və keyfiyyətli toxumu yalnız əlverişli becərmə şəraitində formalaşdırır,
ona görə də toxumçuluq növbəli əkinlərində (sələflər, səpin müddəti və üsulu, səpin norması,
gübrələmə sistemi, zərərvericilər və xəstəliklərdən bitkilərin mühafizəsi sistemi, yığım müddəti və
üsulu) toxum becərən zaman hər bir aqrotexniki tədbirin rolu böyükdür. Lakin yüksək məhsul
zamanı çox məhsuldar xassəli toxumun formalaşması həmişə olmur. Toxumun səpin xüsusiyyətində
bunu nəzərə almaqla N. M. Makruşin məhsulu dörd tipə ayırır: yüksək səpin xassələrinə malik olan
toxumlardan yüksək məhsul; aşağı səpin xassələrinə malik olan toxumlardan yüksək məhsul;
yüksək səpin xassələrinə malik olan toxumlardan aşağı məhsul; aşağı səpin xassələrinə malik olan
toxumlardan aşağı məhsul. Onlardan hər biri müəyyən torpaq-iqlim və aqrotexniki şəraitdə
formalaşır. Bu və yaxud digər aqrotexniki üsul və mühit şəraiti məhsul və toxumun məhsuldarlıq
xassəsi müxtəlif təsirlərlə əlaqəlidir. Aqrotexnikanın məhsula birbaşa müsbət təsiri bir qayda olaraq
onun toxumun məhsuldarlıq xassəsinə nisbətən yüksəkdir, onların səpini zamanı birinci nəslin
məhsuldarlığı aşkar olur. Məhsul bir hektardakı bitkinin sayından və hər bir bitkinin
məhsuldarlığından asılıdır, lakin toxumun məhsuldarlıq xassəsi toxumun bir sıra əlamətləri ilə
müəyyən edilir: onların böyüklüyü, hamarlığı və ağır kütləsi, cücərmə enerjisi, cücərmə qabiliyyəti
və boy atmanın başlanğıc gücü, zülalın miqdarı, xəstəliklərə davamlılığı.
Toxumun keyfiyyətinə
sələflər
böyük təsir göstərir. Onların növlər və sortlarla zibillənməsini
mümkün qədər kənar etməklə toxumluq əkinləri sələflərdən sonra yerləşdirmək lazımdır.
Toxumçuluq növbəli əkinlərində payızlıq bitkilər üçün ən yaxşı sələflər – təmiz və məşğullu
heriklər, dənli paxlalılar, çoxillik paxlalı otlar; yazlıq bitkilər üçün – dənli paxlalılar və cərgəarası
şumlanan bitkilər, birillik və çoxillik otlar, quraqlıq rayonlarda – qara herikdir.
Sıxlıq, məhsuldar gövdələrin miqdarı, toxumun böyüklüyü və sıx bitmə səpin
üsulundan
və
səpin
normasından
asılıdır. Səpin normasının artması üzündən (müəyyən həddə qədər) sıx bitmə və
bir bitkinin səmərəliliyi aşağı enir, ancaq 1000 ədəd dənin kütləsi və məhsuldarlıq artır. Bu halda
dən məhsuldarlığı əsasən əsas budaqların hesabına formalaşır, lakin toxum böyük hamarlıqla
fərqlənir. Seyrək və enli cərgəli əkinlərdə kollanma güclənir, ikinci və üçüncü sıra budaqlar yaranır
ki, bunlar məhsuldarlığına görə əsas gövdələrdən geri qalır, müxtəlif keyfiyyətli toxumlar çoxalır.
Ancaq bir bitkinin ümumi məhsuldarlığı yüksəlir.
Əkinlərin sıxlıq həddi maksimum məhsulun formalaşmasına nisbətən toxumların tamqiymətli
formalaşması üçün daha tez başlayır. Toxumluq əkinlərin tədqiqatlarında daha yaxşı səpin və
keyfiyyətli toxum məhsulu adi cərgəvi səpin zamanı bir qədər aşağı (10-15%) yaxud ona yaxın
səpin normasından alınır, bölgədə sort üçün əmtəəlik əkinlər müəyyən edilir. Defisit sortların
toxumlarının çoxalma əmsalını artırmaq üçün gen cərgəli əkinlər tətbiq edilir.
Səpin müddəti
toxumun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Səpin müddəti tarla
bitkilərinin bioloji xüsusiyyətləri, sortlar və hər bir bölgənin ekoloji amilləri nəzərə alınmaqla
müəyyən edilir. Payızlıq taxılları onların payızda böyümələri və qışlamaya hazırlıqları üçün 4-6
ədəd kol əmələ gətirmələri nəzərə alınmalıdır; erkən yazlıq bitkilər üçün torpağın fiziki yetişkənliyi
başladıqda səpinin aparılması mümkündür. Gec yetişən bitkilər – torpağın üst təbəqəsində optimal
temperatur yarandıqda və soyuqların qayıtması təhlükəsi sovuşduqda səpilməlidir.
Bitkilərin zərərvericilər və xəstəliklərə davamlılığı səpin müddətindən asılıdır: zərərli
orqanizmlərdən daha çox payızlıq bitkilərin erkən əkinləri, yazlıqlarda isə gecikmiş əkinlər əziyyət
çəkir.
Gübrələmə
toxum məhsulu və onun keyfiyyətinə güclü təsir göstərir. Azot, fosfor və kaliumun
tarazlaşdırılmış mütəhərrik formaları toxumluq əkinlər üçün xüsusən mühümdür. Azotla qidalanma
81
bol olan zaman sıx bitmə, keyfiyyətləri müxtəlif olan toxumlar artır, böyümənin başlanğıc gücü və
1000 ədəd toxumun kütləsi, toxumun xəstəliklərlə zədələnməyə davamlılığı aşağı enir.
Səpin keyfiyyətinə görə ən yaxşı toxumlar mübadiləvi kalium və mütəhərrik fosforla orta və
yüksək dərəcədə təmin olunma zamanı alınır.
Toxumluq əkinlərin
yığım müddəti və üsulu
toxumun səpin keyfiyyətinə əhəmiyyətli dərəcədə
təsir göstərir. Toxumluq əkinləri qısa müddətdə 6-8 günə yığmaq lazımdır. Yığım gecikdirilən
zaman toxumun səpin keyfiyyəti olduqca aşağı enir.
Eyni bərabərdə yetişməyən bitkilər (çəltik, darı, qarabaşaq) və dənli-paxlalılar üçün iki
mərhələli yığımın tətbiqi səmərəlidir. Deməli, yüngül rejimlə döyüm zamanı birinci fazada səpin
məqsədi üçün 60-70% daha qiymətli zədələnməmiş toxumlar ayrılır. Toxumluq əkinlərin
ikibarabanlı kombaynla yığımı birbarabanlı ilə yığım qabağı başlıca olaraq yalnız toxumun ayrı-ayrı
yığım şəraiti zamanı hər bir barabandan üstün olmasıdır.
Mexaniki zədələnmə toxumun keyfiyyətinə mənfi təsir göstərir. Döyüm zamanı toxumun
zədələnməsi səviyyəsi onun nəmliyindən asılıdır - quru toxumlar güclü zədələnir, lakin nəm
toxumlar onların cücərmə qabiliyyətini aşağı salan mikrozədələnməyə məruz qalır. Bu nöqteyi-
nəzərdən toxumlarının nəmliyinin optimal zonası dənli taxıl və paxlalı bitkilərin 16-18% qısa
intervalında olur.
Dostları ilə paylaş: |