Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Payızlıq taxılların məhv olma səbəbləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə92/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   88   89   90   91   92   93   94   95   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
14.2.1. Payızlıq taxılların məhv olma səbəbləri
və onlara qarşı mübarizə tədbirləri
Bitkilərin seyrəlməsi və məhv olması.
Bu hadisəyə payız quraqlığı, gecikmiş cücərtilərin 
zəif möhkəmlənməsi, güclü şaxtalar, temperaturun kəskin dəyişməsi, güclü qar örtüyünün olması, 
torpaq səthində suyun durğunluğu səbəb ola bilər. Bir neçə amillərin birgə təsirindən məhv olma 
prosesi tez-tez baş verir. 
Adətən payızlıq taxıllar payız, qış və yaz dövründə əlverişsiz şəraitə düşüb məhv olurlar. 
Səpinin gec və ya tez keçirilməsi yerli şəraitə uyğun sortun seçilməməsi, əkinlərə qulluq 
işlərinin düzgün həyata keçirilməməsi bitkilərin zəifləməsinə və ya məhv olmasına səbəb olur. 
Payızlıq taxılların həyatında həlledici dövr qış və erkən yaz hesab edilir. Bu dövrlərdə bitkilər 
havanın əlverişsiz şəraitinə düşərək müxtəlif səbəblərdən məhv olurlar. Sərt şaxtaların keçməsi, 
temperaturun tez-tez kəskin dəyişməsi, əkinlərin dərin qar örtüyü altında qalması, əkin sahələrində 
su örtüyünün əmələ gəlməsi, buz qaysağı və s. payızlıq taxılların zədələnməsinə bəzən də məhv 
olmasına səbəb olur. Respublikamızın Şəki, İsmayıllı, Şamaxı rayonlarında 1964-1968-ci illərdə, 
Naxçıvanda 1983-cü ildə əlverişsiz iqlim şəraitindən payızlıq taxıllar məhv olmuşdur. 
1982-ci ilin yazında və yayında Goranboy, İsmayıllı, Zərdab, Lənkəran, Ağdam, Salyan və 
Saatlı rayonlarında leysan yağışlar yağaraq daşqınlar olmuş, əkinləri su basmış, bitkilər yuyulub 
torpaqdan çıxmış və yatmışdır. Nəticədə xeyli məhsul itkisinə yol verilmişdir.
Professor İ. İ. Tumanov göstərmişdir ki, payızda ilk şaxtalar düşən dövrdə taxıl bitkilərinə 
düzgün qulluq edildikdə onlar möhkəmlənir və şaxtaya davamlı olurlar. Yuxarıda qeyd etdiyimiz 
kimi möhkəmlənmə iki fazada gedir. 
Hər iki möhkəmlənmə fazasını normal keçirən bitkilər -20-25 
0
C şaxtaya dözürlər. Payızda 
əkinlərə fosfor gübrəsinin verilməsi güclü kök sisteminin əmələ gəlməsinə səbəb olur. Bu halda 
bitkilər qış şaxtalarına daha davamlı olurlar. Payız dövründə hava şəraiti də bitkinin 
möhkəmlənməsinə təsir edir. Gündüz günəşli nisbətən nəmli və gecələr mülayim şaxtasız keçdikdə 
bitkilər daha yaxşı möhkəmlənirlər. Payız dumanlı, gecələr isə isti keçdikdə möhkəmlənmə 
zəifləyir. Çünki, belə halda fotosintez prosesi pisləşir və tənəffüs isə intensivləşir.
Payızlıq taxıllar qış şaxtalarının düşməsindən 50-60 gün əvvəl səpilir. Onlar inkişaflarının 
əvvəlində nisbətən alçaq temperatur tələb edirlər. Payızda kollanmış bitkilər erkən yazda oyanırlar 
nəmlik və qida maddələrini intensiv mənimsəyərək sürətlə böyüyürlər. Yaz quraqlığına dözümlü 
olurlar.
Payızlıq taxıllar payızda güclü kök sistemi və yarpaq əmələ gətirirlər. Günün qısalması və 
temperaturun aşağı düşməsi nəticəsində bitkinin kollanma buğumunda və yarpaqlarında çoxlu 
ehtiyat qida maddələri (şəkər) toplanır. Qışda bitki sakitlik dövrü keçirir. Qışadavamlılıq 
protoplazmanın su saxlama qabiliyyəti ilə əlaqədardır. Suyun azlığı və çoxluğu bitkinin məhv 
olmasına səbəb olur. Protoplazmada suyun çox olması toxumlarda buz kristalları əmələ gətirir. 
Maqnezium superfosfat gübrəsinin birgə torpağa verilməsi bitkilərin qışa davamlılığını artırır. Bu 
halda kollanma buğumunda daha çox plastik maddələr toplanır. 
Payızlıq taxılların seyrəlməsi və məhv olmasının başlıca səbəbləri aşağıdakılardır:


105 
1.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin