Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə188/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   184   185   186   187   188   189   190   191   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Cajanus cajan L. 
Millisp.
) və Kanavaliya (
Canavalia ensiformis D. C.- 
qılıncşəkilli və 
 C. Glabiata D. C.- 
sarmaşan 
gövdəli) haqqında geniş məlumat verilmişdir. Azərbaycanda bu bitkilər becərilmədiyinə görə 
onların üzərində dayanmağı məqsədə uyğun hesab etmədik. 
Əhəmiyyəti.
Dənli-paxlalı bitkilər
Fabaceae 
fəsiləsinin müxtəlif botaniki cinsləridirlər. 
Onların bioloji xüsusiyyətləri və becərilmə texnologiyasında ümumi cəhətlər çoxdur. Onlar çoxillik 
və birillik, yazlıq və payızlıqdırlar. Köklərində simbioz (müştərək) həyat tərzi keçirən fır 
bakteriyalarının 
(Rhizobium)
köməyi ilə havanın bioloji azotunu mənimsəyirlər. Onların istər 
toxumlarında, istərsə də digər orqanlarında dənli taxıl bitkilərinə nisbətən daha çox azot toplanır.
Dənli-paxlalı bitkilərin məhsulu zülalla zəngin olduğundan, onlar, ərzaq, yem və texniki məqsədlər 
üçün becərilir. İstehsal edilən yemlərin tərkibində zülal az olduğundan, yəni 1 yem vahidində 75-80 
qr zülalın olması yemlərin normadan artıq məsarifinə səbəb olur. Bu isə heyvandarlıq məhsullarının 
baha başa gəlməsinə səbəb olur. Zootexniki normaya görə 1 yem vahidinin tərkibində 115 qr xam 
zülal olmalıdır. Paxlalı bitkilərin dənlərində insan və heyvan orqanizmi üçün lazım olan bütün amin 
turşuları vardır. Toxumlarda və meyvələrində orqanizmin normal həyat fəaliyyəti üçün zəruri olan 
çoxlu miqdarda müxtəlif vitaminlər (A, B
1
, B
2
, C, PP və s.) vardır. Bütün bunlara görə, yüksək 
dərəcədə zülallı qida məhsulları və kənd təsərrüfatı heyvanları üçün müxtəlif yem növlərinin əsas 
ehtiyat mənbələri olmaq etibarı ilə dənli-paxlalı bitkilər son dərəcədə böyük əhəmiyyətə 
malikdirlər. Paxlalı bitkilərin paxlalı olmayan digər bitkilərə nisbətən bir sıra üstünlükləri vardır. 
Birinci növbədə paxlalıların vegetativ və generativ orqanları digər bitkilərə nisbətən zülalla 2-3 dəfə 
zəngindir. Soyanın yaşıl kütləsinin bir yem vahidində 185, yem paxlasında 164, lərgədə 164, göy 
noxudda 128 qr həzm olunan zülal olur. Soyanın dənindəki bir yem vahidində 251, lüpində 276, 
göy noxudda 174, lərgədə 218, yem paxlasında 209 qr həzm olunan zülal vardır. Kənd təsərrüfatı 
heyvanları dənli taxıl və dənli-paxlalı bitkilərin qarışığı ilə yemləndirildikdə, taxıllarda olan zülalın 
mənimsənilmə qabiliyyəti 20-50% artır. Paxlalı bitkilərin zülalisinin 80-90%-i heyvan orqanizmi 
tərəfindən yaxşı mənimsənilir. Paxlalıların bir üstünlüyü də ondan ibarəndir ki, vahid torpaq 
sahəsində çoxlu azot elementi toplayırlar.


181 
Əgər buğda hektardan 30 sentner dən verdikdə 360 kq zülal yarada bilirsə, noxud o qədər dən 
məhsulu ilə 690 kq, soya 1260 kq zülal yarada bilir.
Bir üstünlükdə ondan ibarətdir ki, paxlalı bitkilərin yaratdığı zülal təsərrüfata çox ucuz başa 
gəlir. Noxudun 1 tonunda həzm olunan zülal dənli taxıl bitkilərində olduğuna nisbətən 3 dəfə, 1 ton 
soya cecəsində olan zülal isə 15-18 dəfə ucuz başa gəlir.
Paxlalılar paxlalı olmayan əksər bitkilər üçün yaxşı sələfdirlər. Paxlalı bitkilər kök və kövşən 
qalıqları ilə torpaqda əhəmiyyətli miqdarda azot və başqa faydalı elementlər saxlayırlar.
Paxlalı bitkilər quru ot, yaşıl kütlə və silos məqsədi üçün də becərilir.
Paxlalı bitkilərin dənləri orqanizmə lazım olan amin turşuları ilə də zəngindir. Əvəz 
edilməyən lizin, metionin, triptofan soya, lobya, mərcimək, göy noxud və nut dənlərinin tərkibində 
daha çox olur. Bunların tərkibində olan zülalların orqanizmdə mənimsənilmə faizi daha yüksək 
olur. 
Paxlalıları paxla bağlama fazasında (əvvəlində) yaşıl yem üçün yığdıqda köklərin hesabına bir 
hektar torpaq sahəsində 40 kq azot ehtiyatı qalır. Qönçələmə-çiçəkləmə fazasında bitkini torpağın 
altına çevirməklə şumladıqda hər hektar sahəyə 100-110 kq 
(yaşıl gübrə)
azot verilmiş olur.
Dənli-paxlalı bitkilər məhsul vermək üçün onlara lazım olan azot elementinin çox hissəsini 
köklərində yaşayan fır bakteriyalarının hesabına havanın sərbəst (bioloji) azotundan alırlar. Az bir 
hissəsi torpağın ehtiyat azotunun hesabına ödənir. Digər bitkilərə nisbətən paxlalılar torpağı az 
kasıblaşdırırlar. Torpaqda qalan paxlalı bitkilərin qalıqları tez minerallaşır və özündən sonra gələn 
bitkilərin qidalanmasına əlverişli şərait yaradırlar.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin