QADIN MENECERLİYİ STEREOTİPLƏRDƏ
Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı bir qadın isə gücdür.
George Meredith
Səliqəli işgüzar geyim, yaxşı qulluq edildiyi ilk baxışdan bəlli olan xarici görkəm, qərarlılıq, dəqiqlik, etibarlılıq. Bunların hamısını işgüzar qadın məqsədə çatmaq üçün hesablayıb. Biznesin ritminə tabe olan həyat artıq üçüncü minilliyin sürətilə davam edir. Yəqin ki, müasir qadının portreti tarixdə belə qalacaq. İşgüzar qadın heç şübhəsiz ki, zəmanəmizin qəhrəmanıdır.
Belə bir fikir insanların beyninə həkk olunub: “Hər bir güclü kişinin arxasında ağıllı qadın dayanır”. Lakin bu fikir çağdaş zəmanənin tələblərində özünü doğrultmur. İndi qadınlar kişinin arxasında deyil, onunla birgə addımlamalıdır.
Qədim zamanlarda hesab edirdilər ki, qadının işi yemək hazırlamaq, yır-yığış eləmək və uşaq böyütməkdir. Hələ o vaxtdan Sokrat qadının kişidən üstünlüyünü belə ifadə etmişdi: «Üç şeyə malik olmaq xoşbəxtlikdir. Sən vəhşi deyilsən, sən barbar yox, yunansan və sonuncu, sən qadınsan». Bu sözün deyildiyi vaxtdan 2 min ildən çox keçib. Nəsə dəyişibmi?
«İnsan azadlığı və hüquqları» anlayışı gündəlik həyatımıza daxil olandan sonra qadın rəhbər orta statistik azərbaycanlı tərəfindən adi qarşılanmağa başlayıb. Qadınlar kresloda oturmağa başlayandan «idarəetmədə qadın üslubu» termini meydana gəlib. Belə bir hakim fikir var ki, rəhbər cinsindən asılı olmayaraq müəyyən xarakterik cizgilərə malik olmalıdır. Hazırda qəbul edilən həqiqi rəhbər stereotipinə uyğun gəlmək üçün qadın özündə bəzi kişi xarakterini inkişaf etdirməlidir. Görəsən, niyə? Niyə qadın kiməsə, nəyisə sübuta yetirməli, idarəetmədə kişilərin şəriksiz hökmranlığı sayəsində yaranan, onların öz əllərilə çəkdiyi, təsdiq etdiyi menecer obrazına uyğunlaşmağa cəhd etməlidir? Niyə rəhbər qadına özü kimi olmaq haramdır? Niyə? Niyə? Niyə?
Burada problem bütövlükdə kişilərdə deyil, qəbul olunmuş rəhbər stereotipinin yaranmasında qadınların da günahları var. Təkcə kişilər «həqiqi rəhbər» oyunu oynamırlar, qadınlar da tez-tez stereotipin bütün tələblərinə cavab verməyə çalışaraq özləri də hiss etmədən «oyuna düşürlər». Vaxtilə, Cek London kinayəsiz-filansız yazırdı ki, QADIN UĞURSUZLUĞA DÜÇAR OLMUŞ KİŞİDİR. Nikola Arletti isə deyirdi ki, QADIN, KİŞİNİN OLMAĞA CÜRƏT ELƏMƏDİYİ BİR VARLIQDIR. Yaxşı, bəs, elə isə
Dostları ilə paylaş: |