Qarabağ: folklor da bir tariXDİR


ƏJDAHAYA GÜC GƏLƏN PƏHLƏVAN



Yüklə 3,83 Mb.
səhifə82/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   78   79   80   81   82   83   84   85   ...   228
ƏJDAHAYA GÜC GƏLƏN PƏHLƏVAN
Eşitmişəm. Uzağın söhpətidir, 1930-32-ci illərdə olufdu. O vaxdı, Allah rəhmət eləsin, İmran kişi olufdu. İndi çıxıf bı “Tanı­dım səni”, nələr, nələr. Güjdünü, güjsüzü tapbax, tanıtmağ üçün. O vaxdı kim bilirdi, güjdü kimdi, güjsüz kimdi? Bizdə Alışar-yanar deyilən bir yer oluf. Hansı ki, ora da bir yer oluf, kənd olufdu – biz­dən yuxarıda. Alışar-yanar. Bağlar, zaddar. Tərtər çayınnan gə­lən suyun qolu bizim Mamırrı kəndinə ordan çıxırmış. Dəhnə yeri də qədimi dəhnə yeri – Alışarın üsdü deyillər. Pirin altı deyilən bax belə yer var.

Bı, cavan vaxdarıymış da, olarmış, iyirmi beş-iyirmi altı yaş­darında-zadda. Gediv ora suyu kəsməyə, yanında da bir yoldaşı oluf, onun adın eşitməmişəm. Burda deyiflər ki, iri bir ilan olufdu. İndi kinolarda göstərillər, “Anakonda” kimi. Əjdaha da, belə. Bırda – suyun ağzında bı yanındakı yoldaş deyif ki, ə, nədisə məni qu­cax­lıyf. Bu qayıdıf baxıf, görüflər ki, elə əjdahadı. Bı yoldaşını əjda­hanın əlinnən almağ üçün, bı əlini salıf girif yolda­şının yerinə. Əj­daha do­lanıf buna, sıxıf onu. O, da özünü o qədər boşaldıf ki, ilan tam ona dolaşıf. İmran kişi bir ona çalışıf ki, quyruğu ilə onun ağzını örtməsin. O özünü tam boşaldıf, soora nəfəs alıf şişirdif. Deyillər, əjdaha bir yerdən qırılıf. Soora İmran kişinin güj verdiyin­nən gözdəri zəyifliyif. Bu minvalnan iş elə gəlif ki, İmran kişi və pəhləvannar kolxoz qurulanda bizdə kuluf tikilif, qırmızı kərpişdən. Bura pəh­livannar gəlifdi, sirk usdaları, nə bilim, kəndirbazdar-zad gəlmişmiş­dər. Burda bının gözdəri zəyifliyif, laf yaxınnaşanda gö­rür­müş, az görürmüş. Burda “Cəngi” çalınıf, pəhli­van­nar çıxıv or­taya. İmran kişi dayanammıyıf, deyif ki, hansı­ız mənlə güləşə bilər­siniz? Hə, onnardan biri irəli çıxanda deyif ki, a bala, sən hələ, uşax­san. Pəh­livannar gülüşüflər. İmran kişi deyif ki, sənnən bir də qıvrağı varsa, o gəlsin. Gəliv o biri pəhlivan. De­yif ki, gözüm zəyif görür də, gərəh gəlif tam yaxınnaşasıız. Onda da mən səni qırıxlı­ya­ram. Amma iki­niz gəlif mənim bir əlimi qatdıyın. Əyər əlimi qat­da­sanız, mən sizə pəhlivan deyəjəm. And içif deyiflər ki, olların iki­si İmran kişinin qolunu qatdıya bilmiyiflər. Pəhlivannarın üsdün­də gələn ona baxıf, baxıf deyif ki, hayıf sənin kimi adama. A kişi, sən dünyada birinci adammışsan. Hayıf ki, biz sənnən gej rastdaşmışıx.
DÜLDÜL
Düldül də peyqəmbərin atıymış dayna. Düldül elə bil, bala, qırx atın içində eşitmişimiş, qulağına Allah-taaladan sada gəlir ki, peyğəmbəri Mehraca sən aparassan. Bu nə yimir, nə işmir. Elə o at­dar yeyir, gəzir, qaçır, bu, elə günü-günnən quruyur. İndi Həzrəti Cəbrayılı Allah-taala göndərir ki, get, həmin Düldülü gəti, pey­qəm­bəri aparsın Mehraca. Gedir görür kü, atdarın hamsı yeyir, oturur, gəzir. Deyir ki, niyə o atdar yeyir, içir, gəzir, sən gəz­mirsən? Deyir, maa qırx ildi Allah-taaladan sada gəldi ki, pey­qəm­bəri sən aparassan Mehraca. Elə onçün da, onun dərdini çəki­rəm, göz­dü­yü­rəm, gəlmir. Deyir ki, hə, onda gəl gedəh. Həmən Düldül at sənsən. Atın adı Düldülümüş. O, bala, elə bil ki uçurmuş. Biz dağa gedəndə iki yerdə, biri bu rayonda, biri də o rayonda helə daşa onun əyağının irədi düşmüşdü. Helə ata minir, gedir Mehraca.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin