Qaydalar azərbaycan respublikasi


 Sferik bortsuz diblər qaynaq edilmiş flanslarla tətbiq edilə



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

2.3.4. Sferik bortsuz diblər qaynaq edilmiş flanslarla tətbiq edilə bilər, bu halda:


- dibin sferik hissəsinin daxili radiusu tutumun daxili diametrindən böyük olmamalıdır;
- flansın dib ilə qaynaq birləşməsi bütöv qaynaqla yerinə yetirilməlidir.
2.3.5. Yarımsferik diblər istisna olmaqla, xorda üzrə qaynaq tikişinin yerləşməsi ilə bir neçə
hissədən ibarət qabarıq qaynaq edilmiş diblərdə qaynaq tikişinin oxundan dibin mərkəzinə qədər
olan məsafə dibin daxili diametrinin 1/5 hissəsindən böyük olmamalıdır.
Qabarıq diblərin dairəvi tikişləri, dibin mərkəzindən onun daxili diametrinin 1/3
hissəsindən çox olmayan məsafədə yerləşməlidir.
2.3.6. Konusvari bortsuz diblər 45
o
-dən cox olmayan mərkəzi bucağa malik olmalıdırlar.
Cihazqayırma üzrə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsinin qərarına əsasən konusvari dibin
mərkəzi bucağı artırıla bilər.
2.3.7. Mexaniki yonma ilə yerinə yetirilmiş halqavari qanovlarla və silindrik hissə ilə
(bortlu) yastı diblər döymədən hazırlanmalıdır. Əgər bortlar ştamplama və ya metal təbəqənin
kənarını 90
o
yuvarlamaqla yerinə yetirilirsə, o zaman yastı dibin bortunu təbəqədən hazırlamağa
yol verilir.
2.3.8. Tutumların bort və keçid elementləri üçün, qabarıq diblər, kompensatorlar və
ştuserlərin qaynaq üçün dartılmış boğazları istisna olmaqla, bortun elementinin yuvarlanmaya
başladığı yerdən bortun kənarına qədər (İ) məsafəsi bort elementinin divarının qalınlığından (s)
asılı olaraq cədvəl 1-də göstərilən qiymətdən az olmamalıdır.
Cədvəl 1
Bort elementinin divarının
Bortun kənarına qədər olan məsafədən İ, az
qalınlığı s, mm
olmayaraq, mm
5-ə qədər
15
5-dən yuxarı 10-a qədər
2s + 5
10-dan yuxarı 20-yə qədər
s + 15
20-dən yuxarı 150-yə qədər
s/2 + 25
150-dən yuxarı
100

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin