R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları
2.1.2. Hər tutum üçün istismar şəraiti nəzərə alınaraq hesablanmış istismar müddəti
müəyyən olunmalı və pasportda göstərilməlidir.
2.1.3. Tutumlara xarici və daxili baxış keçirməyə mane olan qurğular (qarışdırıcılar,
ilanvari borular, örtüklər, boşqablar, arakəsmələr və digər qurğular) bir qayda olaraq taxılıb-
çıxarıla bilən olmalıdır.
Qaynaqla birləşdirilmiş qurğular tətbiq olunarkən xarici və daxili baxış keçirmək üçün
onların çıxarılma və yenidən yerinə quraşdırılma imkanı nəzərdə tutulmalıdır. Bu qurğuların
çıxarılması və yenidən quraşdırılması qaydaları tutumun istismar təlimatında göstərilməlidir.
2.1.4. Əgər tutumun konstruksiyası bu Qaydaların tələblərində nəzərdə tutulmuş, onun
hidravlik sınaqdan keçirilməsinə və ya xarici və daxili baxışlarin aparılmasına imkan vermirsə, o
zaman tutumun layihəsini işləyən tərəfindən istismar təlimatında qüsurların vaxtında aşkar
edilməsi və aradan qaldırılmasını təmin edən, bu baxış və sınaqların aparılma metodikası,
yoxlamanın həcmi və dövriliyi göstərilməlidir. İstismar təlimatında bu göstərişlər olmadığı
halda, baxışın və sınaqların aparılma metodikası, yoxlamanın həcmi və dövriliyi
ixtisaslaşdırılmış təşkilat tərəfindən müəyyənləşdirilir.
2.1.5. Qurğularındaxili konstruksiyası hidravlik sınaq zamanı tutumun daxilindən havanın
çıxarılmasını və hidravlik sınaqdan sonra suyun boşaldılmasını təmin etməlidir.
2.1.6. Tutumlar su ilə doldurulub boşaldılma, eləcə də hidravlik sınaq zamanı havanın
çıxarılması üçün ştuserlərlə təchiz olmalıdır.
2.1.7. Hər tutumda onu açmazdan əvvəl təzyiqin olub olmamasına nəzarətə imkan verən
siyirtmə, kran və ya başqa qurğu olmalıdır. Bu halda məhsulun boşaldılması təhlükəsiz yerə
yönəldilməlidir.
2.1.8. Tutumların və onun elementlərinin möhkəmliyə hesablanması SİTGDMND
Agentliyi ilə razılaşdırılmış NS əsasında yerinə yetirilməlidir. Dövri və dəyişən yükləmə
şəraitində istismar üçün təyin olunan tutumlar bu yükləmələri nəzərə alaraq möhkəmliyə
hesablanmalıdır.
Normativ metodika olmadığı halda möhkəmliyə hesablama ixtissaslaşdırılmış elmi-tədqiqat
müəssisəsi ilə razılaşdırılmış metodikaya əsasən yerinə yetirilməlidir.