Sahibkarların (fiziki şəxslərin) nəqliyyat fəaliyyəti nəzərə alınmaqla yükdaşımaların ümumi həcminin müəyyənləşdirilməsi
Sahibkarlar (fiziki şəxslər) - yük maşınlarının sahibləri tərəfindən həyata keçirilən kommersiya yükdaşımalarının həcmi 4-nəqliyyat (yük-sərnişin) dövlət statistik müşahidə forması üzrə seçmə müayinənin məlumatlarına əsasən hesablanır.
Göstərilən yükdaşıyıcı kateqoriyası üzrə yükdaşımaların həcmi (Vfş) aşağıdakı düsturla müəyyən edilir:
Vfş = Vor x n x s,
burada Vor - bir sahibkar tərəfindən orta hesabla müayinə edilən həftə ərzində daşınan yüklərin həcmidir;
n - hesabat dövründə olan həftələrin sayıdır (hesablama zamanı bir il üçün 52 həftə, bir ay üçün 4 həftə götürülür);
s - hesabat dövründə sahibkarların sayıdır.
Hesabat dövründə sahibkarların sayı kommersiya yükdaşımaları ilə məşğul olan sahibkarlara - flziki şəxslərə Vergilər Nazirliyi tərəfindən verilmiş lisenziya sahiblərinin siyahısı əsasında müəyyən edilir. Bu zaman həmçinin «Azəravtonəqliyyat» Dövlət Konserninin məlumatlarından da istifadə olunur.
Sahibkarların avtomobil nəqliyyatı ilə yerinə yetirilən yük dövriyyəsi (Pfş) əşağıdakı düsturla müəyyən edilir:
Pfş=Vfş*Lfş
Burada, L fş - sahibkarların avtomobil nəqliyyatı ilə daşınan 1 ton yükün orta daşınma məsafəsidir.
Kiçik avtomobil nəqliyyatı müəssisələri və sahibkarlar nəzərə alınmaqla hesabat ayında yükdaşımalarının ümumi həcmi (Vü):
Vü=V+Vfş
Ümumi yük dövriyyəsii Rü=R+Rfş
Kiçik avtomobil nəqliyyatı müəssisələrinin işi nəzərə alınmaqla daşımaların həcminin hesablanması üçün şərti misal (yük daşımasına aid).
Göstəricinin adı
|
Hesabat ilindən əvvəlki ilin yanvar-dekabr ayları
|
Hesabat ilindən əvvəlki ildə yükdaşımaların (sərnişin-daşımaların) həcminin artım (azalma) sürəti, %
|
Hesabat ayı 1-istehsal (nəqliyyat)
|
|
1-istehsal (nəqliyyat) aylıq (orta və iri mü-əssisələr)
|
1-istehsal (nəqliyyat) rüblük (kiçik müəs-sisələr)
|
1-istehsal (nəqliyyat) aylıq (orta və iri müəs-sisələr)
|
1-istehsal (nəqliyyat) rüblük (kiçik müəssisələr)
|
|
|
Woi
|
wkm
|
Joi
|
Jkm
|
voi
|
Yük daşınmışdır, min ton
Yük dövriyyəsi, min ton-km
1 ton yükün orta daşınma məsafəsi, km
|
1104
27556
25,0
|
67
2714
40,5
|
68,8
|
115,3
|
68
1734
|
Cədvəldə göstərilən məlumatlara əsasən aşağıdakıları alırıq:
- hesabat dövründən əvvəlki dövrdə daşımaların ümumi həcmində:
a) iri və orta avtomobil nəqliyyatı müəssisələrinin xüsusi çəkisi
1104
Aio = x 100 = 94,3%
1104 + 67
b) kiçik avtomobil nəqliyyatı müəssisələrinin xüsusi çəkisi
67
Akm= ——--- x 100 = 5,7%
1104 + 67
- hesabat dövründən əvvəlki dövrdə kiçik, orta və iri avtomobil nəqliyyatı
müəssisələri üzrə yükdaşımaların həcmlərinin nisbət əmsalı:
5,7x115,3
Ə = =0,10;
94,3x68,8
- hesabat ayında kiçik avtomobil nəqliyyatı müəssisələri nəzərə alınmaqla yükdaşımaların həcmi
V = 68 + (68 x 0,10) = 74,8 min ton;
- hesabat ayında kiçik avtomobil nəqliyyatı müəssisələri nəzərə alınmaqla yük dövriyyəsi
p = 1734 + (68 x 0,10 x 40,5) = 2009 min ton-km;
Hesabat ayında kommersiya yükdaşımaları ilə məşğul olan sahibkarların (fiziki şəxslərin) - yük avtomobillərinin sahiblərinin yükdaşımalarının və yük dövriyyələrinin həcminin hesablanmasına dair şərti misal.
Fərz edək ki, hesabat ilinin birinci rübündə keçirilmiş sahibkarların yükdaşıma fəaliyyətinin seçmə müayinəsi nəticəsində aşağıdakı məlumatlar əldə edilmişdir.
- bir sahibkar tərəfindən həftə ərzində orta hesabla daşınmış yükün həcmi
Vor = 15 ton
-1 ton yükün daşındığı orta məsafə LfŞ = 75 km.
Hesabat ayından əvvəlki ay üçün Vergilər Nazirliyinin siyahısına əsasən sahibkarların sayı 200 nəfərdir və bu halda:
Vfş = 15 x 4 x 200 = 12 min ton
Rfş= 12x75 = 900 min t/km,
burada, 4 - hesabat ayında həftələrin sayıdır.
Kiçik avtomobil nəqliyyatı müəssisələri və sahibkarlar nəzərə alınmaqla bütövlükdə ölkə üzrə hesabat ayında yükdaşımaların və yük dövriyyəsinin həcmi (Vü, Rü):
VD = 74,8 + 12,0 = 86,8 min ton RQ = 2009 + 900 = 2909 min ton-km təşkil edir
Dostları ilə paylaş: |