Büdcədən birbasa maliyyələsdirmə Dünya təcrübəsində QHT-lərin birbasa maliyyələsdirilməsinin müxtəlif mexanizmlərindən
istifadə olunur. Belə ki, bir çox ölkələrin timsalinda dövlət sifarisli xidmətlərin və qrantlarin yerinə
yetirilməsi məqsədilə büdcədən ayrilan vəsaitlərin müsabiqəsi keçirilir, bəzi ölkələrdə isə bu məqsədlə
xüsusi fondlar yaradilir. Bu iki mexanizmdən ən çox yayilmisi birincidir. Əgər Rusiyada və Özbəkistanda
QHT-lərin dövlət maliyyələsdirilməsi bu əsasda aparilirsa, Azərbaycan və Qazaxistan maliyyələsdirməni
ikinci mexanizmlə həyata keçirir. Bu zaman dövlət maliyyələsdirilməsi çərçivəsində fondlarin
yaradilmasi müxtəlif tiplərdə olar. Dünya təcrübəsində bu məqsədlə fondlar 3 tipdə yaradilir:
Dövlət tərəfindən yaradılan və idarə olunan fondlar
Dövlətin təşəbbüsü ilə yaradılan fondlar
Dövlət və özəl əməkdaşlıq fondları
Müxtəlif ölkələr üzrə əhəmiyyətli olmayan fərqlərə görə, bu məqsədli fondlar 2 əsas əlamətlə
xarakterizə olunur. Birincisi, fondun təsisçiləri dövlət və ya hökumət orqanlari olur və bundan sonra
həmin orqan onun vəsaitləri üzərində sərəncam vermək və xərclərə nəzarət (monitorinq aparmaq və s.)
etmək səlahiyyətləri ilə çixis edir. Ikincisi, baxmayaraq ki, yaradilmis Fond ilkin olaraq vəsaiti dövlətdən
alir, lakin sonradan müxtəlif mənbələrdən vəsaitlər cəlb edir.
Azərbaycanda QHT-lərə dövlət dəstəyinin maliyyələsdirilmə sahəsində həyata keçirilən tipi və
əlaməti yuxarida sadalanan təsnifatin birincisinə uygundur.
Bunlardan əlavə, Azərbaycanda dövlət büdcəsindən birbasa maliyyələsdirmənin digər
mərkəzsizləsdirilmis formalarindan da istifadə olunur. Bu məqsədlə əsas ayirmalar humanitar məqsədli
təskilatlara və yaradiciliq birliklərinə yönəldilir.
Beynəlxalq praktikada QHT-lərin maliyyələsdirilməsində dövlətin payi əhəmiyyətli dərəcədə
çoxdur. Bu istiqamətdə Qərbi Avropa ölkələri digərləri ilə müqayisədə xeyli fərqlənir. Məsələn,
Belçikada QHT-lərin gəlirlərində dövlətin payi 76,5 faiz, Hollandiyada 59 faiz təskil etdiyi halda ABS-da
bu göstərici 35 faiz civarindadir. Belə ki, 2006-ci ilin yekunlarina görə, ABS-da QHT-lərə dövlətdən
maliyyələsdirmə 34 faiz, ianələrdən daxilolmalar 12 faiz, üzvlük haqlarindan gəlirlər isə 53 faiz təskil
edib. ABS-da QHT-lər tərəfindən hər il orta hesabla 1,3 trilyon dollarliq ÜDM formalasdirilir.(1)