Qm və E” kafedrası “MİkrobiologiYA, sanitariya və GİGİyena” fənnindən imtahan testləri



Yüklə 0,9 Mb.
səhifə2/7
tarix07.06.2018
ölçüsü0,9 Mb.
#53002
1   2   3   4   5   6   7
bakteriyaların inkişafı və böyüməsi zamanı

  • tənəffüs zamanı

  • bölünmə zamanı

  • maddələr mübadiləsi zamanı

  • bakteriya faq tərəfindən udulduqda



    1. Bakteriyalar bölünərkən nələr baş verir?

      1. DNT ikiləşir, nüvə maddələri toplanır

      2. karbohidrat, zülal toplanır

      3. maddələr mübadiləsi zəifləyir

      4. tənəffüs prosesləri zəifləyir

      5. hüceyrə böyüyür



    1. 8-17 dəfə bölündükdən sonra bakterial hüceyrə:

      1. məhv olur

      2. güc toplayır

      3. yenidən böyüyüb, inkişaf edir

      4. sakitlik mərhələsinə keçir

      5. 18 saatdan sonra birdə bölünür



    1. Mikrob koloniyası nəyə deyilir?

      1. 1 bakteriyadan törəyən mikroblar toplumuna

      2. bir mikrob növünün törəmələrinin toplamına

      3. bir neçə növ mikrob yığımına

      4. bir neçə mikrob növünün nümayəndələrinin törəmələri toplumuna

      5. 1 bakteriyaya



    1. Bakteriya koloniyalarını fərqləndirən xüsusiyyətlər hansı sırada daha dolğun və düzgün verilib?

      1. şəffaf ya bulanlıq, selikli, nəm ya quru, rəngi və parlaq olması ilə, hamar və ya əyrim-büyrüm səthi ilə fərqlənirlər

      2. dad, iyi ilə, forması, hamarlığı, bulanlıqlığı ilə fərqlənirlər

      3. quru ya nəm selikli və hamar olması ilə fərqlənirlər

      4. formaları, dadı, iyi, şəffaflığı ilə fərqlənirlər

      5. səthlərin vəziyyəti və kənarları ilə, rəngləri ilə fərqlənirlər



    1. Qidalı mühitdə mikroorqanizmlərin inkişafı neçə mərhələdə gedir?

      1. 4

      2. 2

      3. 3

      4. 5

      5. 1



    1. Qidalı mühitdə mikroorqanizmlərin inkişafının lag mərhələsində nə baş verir?

      1. bu mərhələdə mikrob mühitə uyğunlaşır, bölünmür, DNT və RNT toplanır, hüceyrənin həcmi böyüyür

      2. bölünmə ləngiyir

      3. yeni yaranan bakteriyaların sayı məhv olanlara bərabər olur

      4. intensiv bölünmə

      5. mikroorqanizmlər məhv olur



    1. Mikroorqanizmlərə təsir edən amillərdən hansı bioloji amillərə aiddir?

      1. lizosim

      2. temperatur

      3. qurutma

      4. şüalanma

      5. xlorlu əhəng



    1. Mikroorqanizmlərə təsir edən amillərdən hansı bioloji amillərə aiddir?

      1. antibiotiklər, bakteriofaqlar

      2. nəmlik, işıq

      3. karbol turşusu, sulema

      4. temperatur, qurutma

      5. E)xlorlu əhəng, radiasiya



    1. Mühitin temperaturuna qarşı hər bir mikrob qrupu üçün neçə hədd məlumdur?

      1. 3 hədd: minimum, optimum, maksimum

      2. 1 hədd: minimum

      3. 1 hədd: maksimum

      4. 1 hədd: optimum

      5. 2 hədd: minimum və maksimum



    1. Hansı temperatur həddində mikrobun inkişafı ləng gedir?

      1. minimumda və maksimumda

      2. minimumda

      3. maksimumda

      4. optimumda

      5. minimumda və optimumda



    1. Temperatura qarşı həssaslığa görə mikroblar hansı qruplara bölünür?

      1. termofillərə, psixofillərə və mezofillərə

      2. termofillərə və mezofillərə

      3. termofillərə və psixrofillərə

      4. qalofillərə, termofillərə və osmofillərə

      5. termofillərə və osmofillərə



    1. Hansı mikroblar qrupunda termofillər daha çoxdur? Daha dolğun cavab verin:

      1. anaerob mikroblar içində

      2. aerob mikroblar içində

      3. maya göbələkləri qrupunda

      4. kif göbələkləri arasında

      5. bakteriyalar arasında



    1. Psixrofil mikroorqanizmlər üçün hansı temperatur hədləri müvafiq olaraq minimum, optimum və maksimumdur?

      1. 100C-00C; 100C-200C; 300C

      2. +300C; 500C-650C; 700C-800C

      3. 100C; 250C-350C; 400-500C

      4. 100C-00C; 250C-350C; 400C

      5. 100C; 350-400C; 400-500C



    1. Sterilizasiya hansı temperaturda, hansı müddətdə aparılır?

      1. 1200C-də, 20-30 dəqiqə müddətində

      2. 1000C-də, 20 dəqiqə müddətində

      3. 800C-də, 1 saat ərzində

      4. 1200C-də, 10-15 dəqiqə müddətində

      5. 800C-900C-də 30 dəqiqə



    1. Nəm mühitdə mikroorqanizmlərin canlı (vegetativ) hüceyrələri hansı temperaturda və müddətdə məhv olduğu düzgün verilib?

      1. 700C-də 10-15 dəqiqəyə

      2. 600C-də 1 saata

      3. 600C-də 20 dəqiqəyə

      4. 700C-də 1 saata

      5. 700C-də 30 dəqiqəyə



    1. Nəmliyə həssaslığa görə mikroorqanizmlər hansı üç qrupa bölünür?

      1. hidrofillər, mezofillər, kserofillər

      2. hidrofillər, osmofillər, kserofillər

      3. merofillər, osmofillər, kserofillər

      4. mezofillər, osmofillər, qalofillər

      5. mezofillər, osmofillər, psixrofillər



    1. Mühitin hansı qatılıq həddində mikrob hüceyrəsində bütün proseslər normal gedir?

      1. 20%-dən yuxarı olduqda

      2. 5%-10% olduqda

      3. 20%-30% arasında

      4. 20%-dən aşağı olduqda

      5. 10%-dən yuxarı olduqda



    1. Hansı halda mikrobun anabioz vəziyyəti düzgün açıqlanır?

      1. bakterial hüceyrə quruduqda su mərkəzi hissədən kənara çəkilir, mübadilə pozulur, həyat fəaliyyəti dayanır, spor əmələ gəlir

      2. bakterial hüceyrə quruduqda su mərkəzdə toplanır, mineral maddələr də mərkəzə toplanır, spor əmələ gəlir

      3. bakterial hüceyrə quruduqda məhv olur

      4. bakterial hüceyrənin daxilinə su toplanır, şişir, məhv olur

      5. bakterial hüceyrənin daxilinə su toplanır, həyat fəaliyyəti yaxşılaşır



    1. Bakterial hüceyrənin daxilində osmotik təzyiq hansı halda düzgün verilib?

      1. 5-10 atmosfer

      2. B)1-2 atmosfer

      3. 2-4 atmosfer

      4. 1 atmosfer

      5. 3 atmosfer



    1. Çürüdücü mikrobların fəaliyyəti xörək duzunun hansı qatılığında tam dayanır?

      1. 7-10% -də

      2. 10-15% -də

      3. 20-30% -də

      4. 3% -də

      5. 10% -də



    1. Osmofillər hansı mikroorqanizmlərə deyilir?

      1. mühitin qatılığına çox davamlı mikroorqanizmlərə

      2. mühitin qatılığına davamsız mikroorqanizmlərə

      3. oksigenə dözümsüz mikroorqanizmlərə

      4. nəmliyə dözümsüz mikroorqanizmlərə

      5. mühitin quru olmasına dözməyənlərə



    1. Mikroorqanizmlərə şüalardan hansıları daha kəskin təsir göstərir?

      1. qısa dalğalı şüalar

      2. uzun dalğalı şüalar

      3. orta dalğalı şüalar

      4. heç biri

      5. ultra qısa şüalı dalğalar



    1. Hansı halda ionlaşdırıcı radiasiyaya qarşı mikroorqanizmlərin davamlılığı düzgün verilib?

      1. mikroblar insanlardan daha dözümlüdür

      2. mikroblar hamısı məhv olur

      3. insanlar daha dözümlüdür

      4. mikroorqanizmlərdə mutasiya verir, həyat fəaliyyətini artırır

      5. mikroorqanizmlərə təsir etmir



    1. Hansı halda metabioz anlayışı düzgün ifadə edilib?

      1. bir növ mikrobun inkişafı digər növ üçün əlverişli şərait yaradarsa

      2. bir növ mikrobun digərlərindən təcrid olunmuş vəziyyətdə inkişaf etməsi

      3. bakterial hüceyrə quruduqda su və mineral maddələr mərkəzi hissədən kənara çəkilirsə, mübadilə pozularsa

      4. mühitdə nəmlik artdıqda mikrob anabiozdan çıxır, həyat canlanarsa

      5. əgər mikrob növləri birgə yaşadıqda hər birinin inkişafı üçün şərait yaradırsa, və bu şərait daha yaxşı olarsa



    1. Qidalanma tipinə görə heterotrof mikroorqanizmlər iki böyük qrupa bölünürlər:

      1. saprofitlər və parazitlər

      2. mezofillər və termofillər

      3. heterotroflar və parazitlər

      4. simbiotik və avtotrof

      5. avtotroflar və saprofitlər



    1. Patogen mikroorqanizmin insan orqanizminə daxil olaraq, onun daxili mühitini pozaraq törətdiyi mürəkkəb bioloji proseslər hansı halda düzgün terminlə ifadə olunub?

      1. infeksiya

      2. toksikoz

      3. anabioz

      4. metabioz

      5. bioz



    1. Patogen mikrobun orqanizmin müqavimətinə baxmayaraq yaşayıb, çoxalması və inkişafı hansı halda düzgün adlandırılıb?

      1. aqressivlik

      2. toksigenlik

      3. virulentlik

      4. faqositoz

      5. lizis



    1. Hansı halda ekzotoksinlərin təsnifatı düzgün verilib?

      1. mikrobun orqanizmdə həyat fəaliyyəti zamanı xarici mühitə ifraz olunurlar və yaxud qidalı mühitdə yetişdirildikdə, qida maddələri üzərində toplayırlar; bunlar çox zəhərlidir

      2. mikrob hüceyrəsində toplanır, mikrob öldükdən sonra, parçalanması nəticəsində azad olurlar və insan orqanizminə təsir edirlər; yüksək temperatura qarşı çox davamlıdırlar, parçalanmırlar

      3. mikrob hüceyrəsindən xaric edilirlər, öldürücü gücə malikdirlər, qaynadıqda parçalanırlar

      4. mikrob hüceyrəsində toplanırlar, çoxaldıqda xaric olurlar və insan orqanizminə təsir edirlər

      5. ətraf mühitə mikrob tərəfindən xaric edilirlər və qida məhsullarında toplanır, toksiklik dərəcəsi yüksək deyildir



    1. Mikrob dozasının yüksək olması və onun virulentliyi hansı təsirə malikdir?

      1. infeksiyanın yaranmasına və ona qarşı davamlılığa təsir edir

      2. infeksiyanın yaranmasına və ona qarşı davamlılığa təsir etmir

      3. infeksiyanın yayılmasına təsir etmir

      4. öldürücü təsir göstərir

      5. mikrobun patogenliyinə təsir etmir



    1. İmmunitet anlayışının məzmunu hansı halda düzgün ifadə olunub:

      1. infeksiyaya və toksinlərə qarşı davamlılıq

      2. pis vərdişlərə qarşı davamlıq

      3. infeksiyaya qarşı davamlılıq

      4. yad cisimlərə qarşı davamlılıq

      5. soyuq havaya qarşı davamlılıq



    1. Xəstəlikdən sonra yaranan immunitet necə adlanır?

      1. təbii əldə edilmiş immunitet

      2. süni əldə edilmiş immunitet

      3. anadan gəlmə immunitet

      4. dərmanlarla əldə edilmiş immunitet

      5. antigenlər vasitəsi ilə əldə edilən immunitet



    1. Antitel nəyə deyilir?

      1. xəstə orqanizmin əmələ gətirdiyi spesifik, zülal təbiətli maddələrdirlər ki, bunlar da mikrobların antigeninə qarşı reaksiyaya daxil olmaqla onları məhv etməyə qadirdirlər

      2. mikrobun ifraz etdiyi maddəyə

      3. ağ qan hüceyrələrinin yalançı ayaqlarına

      4. öldürülmüş mikrobların toksinlərinə

      5. mikrobun hüceyrəsində əmələ gələn zülal təbiətli maddələrdir ki, xəstəliyi gücləndirirlər



    1. Patogen mikrobların virulentliyi dəyişə bilər. Bunu ilk dəfə kim müəyyən etdi?

      1. Paster

      2. İvanovski

      3. Piroqov

      4. Pavlov

      5. Verner



    1. Ötüb keçən dəyişkənlik necə adlanır?

      1. modifikasiya

      2. mutasiya

      3. rekombinasiya

      4. konyuqasiya

      5. transduksiya



    1. Gen nəyə deyilir?

      1. DNT molekulunun polinukleotid zəncirinin bir sahəsinə ki, o da bir zülalın quruluşu və xassələri haqda, bir əlamət haqda məlumatı özündə kodlaşdırıb

      2. nukleotidlər cütlüyünə

      3. bir mikrobun irsi əlamətlər toplumuna

      4. DNT molekulunun polinukleotid zəncirinə

      5. nukleotid üçlüyünə



    1. Neçə cür mutasiya tanıyırsınız?

      1. irsən keçə bilən, keçə bilməyən

      2. spontan mutasiya, gen mutasiyası

      3. transduksiya, irsən keçə bilməyən

      4. transformasiya, transduksiya

      5. transformasiya və irsən keçə bilən



    1. Transformasiya nəyə deyilir?

      1. bir növ bakteriyanın başqa bir yaxın bakteriya növü ilə birlikdə yetişdirilməsi zamanı bakteriofaq vasitəsi ilə genetik materialın ötürülməsinə deyilir; bu zaman bir mikrobun başqasına çevrilməsi baş verir

      2. mikrobun formasını dəyişməsinə

      3. mikrobun çoxalma üsulunun dəyişməsinə

      4. mikrobun başqa bir mikrobu udarsa

      5. bir növ bakteriyanı başqa bir yaxın olmayan bakteriya növü ilə birlikdə yetişdirilməsi zamanı baş verən dəyişkənliklərə



    1. Modifikasiya hansı dəyişkənliyə deyilir?

      1. irsiyyətə keçməyən dəyişkənliyə

      2. irsiyyətə keçən dəyişkənliyə

      3. naməlum səbəbdən yaranan irsən keçən dəyişkənliyə

      4. mikrobun xarakterinin daimi dəyişməsinə

      5. günəşin radiasiyası təsiri ilə yaranan dəyişkənliyə



    1. Transduksiya nəyə deyilir?

      1. bakteriofaq vasitəsi ilə bir bakterial hüceyrədən başqasına genetik materialın bir qisminin ötürülməsinə deyilir

      2. konyuqasiya vasitəsi ilə bir mikrobun digərinə irsi əlamətlərin keçirilməsinə deyilir

      3. dezoksiribonukleaza fermentinin təsiri ilə gedən prosesdir

      4. bakteriyalarda DNT hissəsinin ötürülməsinin protoplazma körpücüyü vasitəsi ilə verməsinə

      5. ribosomlarda zülal sintezində baş verən proseslərə



    1. Havaya mikroblar haradan düşə bilməz?

      1. ozon qatından yuxarıdan

      2. sudan

      3. torpaqdan

      4. yeyinti məhsullarından

      5. neft quyularından



    1. Bakterioloji və kimyəvi keyfiyyətlərinə görə yeyinti sənayesi məhsullarının istehsalında istifadə olunan su içməli suya uyğun olmalıdır, yəni:

      1. dadsız, rəngsiz, qoxusuz, 100 ml suda bağırsaq çöpü yoxdursa

      2. dadlı, rəngsiz, qoxusuz, şəffaf

      3. rəngli, dadlı, 100 ml suda mikrob 10-dan çox sayda tapıla bilər

      4. dadsız, rəngsiz, iysiz, 100 ml suda 4-10 mikrob tapıla bilər

      5. qeyri patogen mikrobların sayı 1 ml suda 100-dən artıq ola bilər və dadsız, rəngsiz, şəffaf olmalıdır



    1. İlin hansı fəslində havada daha çox mikrob olur?

      1. yay

      2. qış

      3. yaz

      4. payız

      5. bütün fəsillərdə



    1. Mikrobların sayı su mənbələrində hansı hissədə daha çox olur?

      1. kənar hissəsində

      2. mərkəzi hissəsində

      3. hər yerində eyni olur

      4. üst qatında

      5. alt qatında



    1. Artezian quyularında suyun tərkibində nə zaman az mikrob olur?

      1. daha dərin olanlarda

      2. daha səthə yaxın qatdan çıxanda

      3. heç birində

      4. kanalizasiya xətlərinə yaxın quyularda

      5. ağzı açıq quyularda



    1. Koli titr nəyə deyilir?

      1. bağırsaq çöpü tapıldığı ən az su miqdarına

      2. 350 ml suda bağırsaq çöpü tapılarsa miqdar suyun koli titri adlanır

      3. 100 mikrobdan çox olmayan su miqdarı

      4. 150 mikrobdan çox olmayan

      5. 200 mikrobdan çox olmayan su miqdarı



    1. Su mənbəsinin patogenlərlə çirklənməsini necə müəyyən edirlər?

      1. əsasən bağırsaq çöpü bakteriyasının miqdarını təyin etməklə

      2. əsasən patogen mikrobların 1 ml suda olan mikrobların ümumi miqdarı ilə

      3. əsasən salmonellərin miqdarını təyin etməklə

      4. əsasən mukor göbələyinin sporlarının miqdarını təyin etməklə

      5. əsasən qarın yatalağının törədicilərinin miqdarını təyin etməklə



    1. Çirkab suların təmizlənməsi üçün hansı üsul istifadə olunmur?

      1. distilə etmə

      2. mexaniki

      3. kimyəvi

      4. bioloji

      5. çökdürmə



    1. Suyun dezinfeksiyasını hansı vasitə ilə aparırlar?

      1. xlorla

      2. xlorlu əhənglə

      3. yuyucu maddələrlə

      4. naşatır spirti ilə

      5. sulfat turşusu ilə



    1. Peyin əlavə edilmiş torpaqda hansı baş verir?

      1. termofillər və bağırsaq çöpü artır

      2. termofillər və bağırsaq çöpü azalır

      3. mezofillər artır

      4. parazitlər artır

      5. psixrofillər və çürüdücü bakteriyalar artır



    1. Paster kimi təbiətin sanitarı adlandırmışdır?

      1. mikroorqanizmləri

      2. canavarları

      3. soğulcanları

      4. göbələkləri

      5. şibyələri



    1. Torpaq üçün azotobakterin rolu nədədir?

      1. azotlu birləşmələri parçalayır

      2. fosforlu birləşmələri parçalayır

      3. kali birləşmələrini parçalayırlar

      4. üzvi tullantıları parçalayırlar

      5. kükürd birləşmələrini parçalayırlar



    1. Meyvələrin çürüməsini törədən hansı göbələkdir?

      1. Monila fruktigena

      2. papaqlı göbələklər

      3. Bazidiomisetlər

      4. Mucor

      5. Aspergillus



    1. Acı çürümənin törədicisi nə zaman meyvələri xarab edir?

      1. saxlanma zamanı

      2. çiçək meyvə bağlayanda

      3. yetişmə dövründə

      4. zədələnəndə

      5. həşəratlarla zədələnərkən



    1. Üzümün qara çürüməsini hansı törədir?

      1. Phoma uvikola göbələyi

      2. Mucor

      3. Penisillum

      4. bağırsaq çöpü

      5. salmonellər



    1. Qida istehsal edən müəssisələrin ərazilərini saxlanilmasina qoyulan sanitariya tələbləri hansı halda doğru deyil?

      1. personalın işə vaxtı-vaxtında gəlib-getməsi

      2. ərazinin və istehsalat otaqlarının vaxtında və düzgün yığışdırılması, təmizlənməsi

      3. zibilin və qida tullantılarının vaxtında yığılması və kənara daşınması

      4. inventarın, avadanlığın, qabların yuyulması və zərərsizləşdirilməsi

      5. personal tərəfindən şəxsi gigiyena qaydalarına ciddi əməl olunması



    1. Dezinfeksiya nədir?

      1. infeksion xəstəliklərin, eləcə də qida zəhərlənmələrinin törədicilərini məhv etmək üçün üsulları və vasitələri öyrənən bir elmdir

      2. infeksion xəstəlikdən qurtulmaqdır

      3. infeksiyanın yayılması yollarını öyrənən elmdir

      4. infeksiyanın törədiciləriniöyrənən bir elmdir

      5. infeksion xəstəliklərin və qida zəhərlənmələrinin qarşısının alınmasını müəyyən edən elmdir

    2. Havanın tez infeksiyasının aparılması zamanı hansı halda bu fiziki amillərin təsiri ilə baş verir?

      1. kvars və civə-kvars lampaları ilə emal zamanı

      2. süd turşusu məhlulu ilə

      3. xloraminlə emal zamanı

      4. monoxloraminlərlə emal zamanı

      5. xlorlu əhənglə emal zamanı




    1. Xlorlu əhəngin işçi məhlulu neçə faizli olmalıdır?

      1. 0,2 – 3% və ya 5%-dək

      2. 10 %

      3. 0,1 %

      4. 6 %

      5. 2 %



    1. Hansı dezinfeksiya edici məhlul saxlanmağa davamlıdır və 15 günədək saxlana bilər?

      1. xlorlu əhəng

      2. süd turşusu

      3. xloramin

      4. monoxloramin

      5. xlorlu su



    1. Müəssisə ərazisinin saxlanmasına qoyulan sanitariya tələblərinin yerinə yetirilməsi üçün hansı tədbirlər səhf verilib?

      1. müəssisənin qiriş qapısını və ətrafının daima dezinfeksiya edici maddələrlə emal etmək

      2. zibilin daşınması üçün xüsusi ayrılmış nəqliyyat olmalıdır, zibilqabları metallik olmalı və ya dəmir örtüklü olmalıdır, bərk örtüklü və ölçüləri zibil qablarının ölçülərindən 1,5m artıq olan xüsusi sahə üzərində qoyulmalıdırlar

      3. ərazini hər gün təmizləmək lazımdır

      4. ərazidə köhnə, sınıq avadanlıq yığılıb qalmamalıdır

      5. qida tullantılarını vaxtlı-vaxtında ərazidən çıxartmaqla milçəklərin və gəmiricilərin çoxalmasının qarşısı alınmalıdır



    1. Hansı maddə milçəklərlə mübarizə vasitələsi deyil?

      1. xloramin

      2. formalın

      3. piretrum

      4. fosforlu üzvi birləşmələr (xlorofos, diklofos)

      5. bor turşusu və natrium salisilat



    1. Gəmiricilərlə mübarizə tədbirləri hansı halda doğru adlandırılıb?

      Yüklə 0,9 Mb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin