1. Torpaq mərhələsi – yalnız Adəm yox,
bütün
insanların ilki topaqdır. Ata-ananın qidalandığı bütün
nemətlər torpaqdan yaranır və ana bətnində nütfə şəklinə
düşür.
2. Nütfə mərhələsi – nütfə torpağın qidalarla ata-ana
orqanizminə ötürdüyü mikrocanlı qatqıdır.
3.
Ələqə mərhələsi - ələqə, növbəti laxtalanmış qan
mərhələsidir.
4. Muzğə mərhələsi – laxtalanmış qanın əvvəlcə
çeynənmiş ətə oxşar formaya düşməsi və qəfildə əzaların
formalaşması.
5. Uşaqlıq mərhələsi.
6. Yetkinlik mərhələsi.
7. Qocalıq mərhələsi.
Sual 117:
«Ərzəlil-umur» nədir?
Cavab:
«Ərzəlil-umur» deməklə, Qurani-kərimdə
ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir
dövrüdür ki, insan bütün biliklərini yaddan çıxarır. Onun
biliyi, qarşıya çıxan işlərdə tədbiri eynən uşağı xatırladır.
Uşaq kimi xırda
bir məsələyə görə narahat olur, bir anda
həm sevinir, həm hövsələdən çıxır. Hətta hərəkətləri də
uşaq hərəkətlərinə bənzəyir. Hansı ki,
uşaqdan heç nə
gözləməyənlər ondan çox şey gözləyir. Uşaq yaşa dolduqca
dəyişiləcəyinə ümid olduğu halda, qocadan belə bir intizar
yoxdur. Uşaqla qoca arasındakı fərqlərdən biri budur ki,
uşağın itiriləsi bir şeyi olmadığı halda, qoca ömrünün bütün
sərmayəsini əldən vermişdir. Bütün bu xüsusiyyətləri
nəzərə alanda uşağa nisbətən qocanın halı daha acınacaqlı
görünür.
108
Bəzi rəvayətlərdə «ərzəlil-umur» yüz yaşdan yuxarıya
aid edilir
1
.
Bu deyilənlər bütün qocalaramı aiddir? Ətrafımıza
diqqətlə
nəzər salsaq görərik ki, bu hala ömrünü elmi
mübahisələrdə keçirmiş alimlər arasında çox az təsadüf
olunur. Amma belə bir halın Quranda xatırladılması
düşünən insanlar üçün ciddi bir xəbərdarlıqdır.
Ömrümüzün belə bir dövrünün
çətinliklərindən Allaha
pənah aparaq.
Dostları ilə paylaş: