Belə bir hadisənin baş verməsinin hikməti nə idi?
«Təfsiri-Safi»də
nəql olunur ki, imam Sadiq (ə)
buyurmuşdur: «
Bu macəra Davud peyğəmbərin
canişininin təyini ilə bağlı idi
».
Hədisdən belə məlum
olur ki, uyğun mühakimədə Süleymanın istedadını
açıqlanmaqla, onun qarşıdakı peyğəmbərlik məqamına
işarə olunurdu.
Sual 113:
Nə üçün səbirdən danışılanda «Əyyubun
səbri» məsəl çəkilir?
Cavab:
Allah-təala öz peyğəmbəri barədə buyurur:
«
Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə
demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin
rəhimlisisən
»
1
.
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların
səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz
vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox
şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun
çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi.
O, Allah dərgahına belə ərz etmişdi: «Sən Əyyubdan dünya
nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil.
Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur».
Bu əhvalatı bütün həqiqətsevərlər
üçün dəlil olsun
deyə, Allah-təala İblisə icazə verdi, İblis
əvvəlcə Əyyubun
var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu
hadisələr Əyyubun şükrünü daha da artırdı.
Daha sonra
Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətini əlindən aldı.
Lakin Əyyub şükrünü davam etdirirdi. İblis
bu böyük
insanın iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi.
Ətrafdakıların «axı nə günah etmisən ki,
belə bəlaya
düşmüsən» kimi qınaqları Əyyubun qəlbini parçalayırdı.
1
«Ənbiya» surəsi, ayə 83.
104
Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək
şükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ
çevrildi.
Dostları ilə paylaş: