2. İnsanın fikirini daim özünə cəlb edən səmərsiz
məşğələlər, əyləncələrdən kənarlaşmaq;
3. Bəzək-düzəksiz, sadə yerdə namaz qılmaq;
4. Günahdan uzaq olmaq;
5. Namazın mətninin mənası və fəlsəfəsini öyrənmək;
6. Namazda müstəhəbb əməlləri yerinə yetirmək;
7. Namazda xuşunun şərt olunduğunu unutmamaq.
Sual 121:
Bər-bəzəkli yaşayışın imana təsiri varmı?
Cavab:
Allah-təala Qurani-kərimin müxtəlif ayələrində
insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki,
qəlbdə Allah sevgisi olmadan
əyilib-düzəlməyin heç bir
faydası yoxdur. Qur´anda bu barədə buyurulur: «
Vay
halına o namaz qılanların ki, onlar öz namazlarından
qafildirlər
»
1
.
Bir anlıq özünüzü cərrahiyyə otağında hiss edin. Bu
otaqda telefon, televizor,
divarda şəkil, yerdə rəngarəng
xalı-xalça gözə dəymir. Burada insanın
diqqətini
əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda
insanın ilahi talehi həll olunur. Bir əməliyyatçının fikir
dağınıqlığı, insan həyatına son qoya bilər.
Əgər Allah-təala ibadət
üçün xəlq etmiş və fikir
dağınıqlığı ibadəti puça çıxarırsa, demək, insan eynən
cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
Bəs
qalan vaxtlar necə, Allahı unutmaq olarmı? Bər-
bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa
uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum
olur ki, kübar həyat tərzi iman yolunda ciddi
maneələrdəndir: «
Dostları ilə paylaş: