R. R. Denktaşa bağışlayıram


Öndərlər arasında soyuqluq



Yüklə 6,07 Mb.
səhifə24/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   20   21   22   23   24   25   26   27   ...   92
Öndərlər arasında soyuqluq
Xalqını, millətini düşünən, onun azadlığı və xoşbəxtliyi naminə canından keçməyə hazır olan insanlar bəzən bir-biriylə xırda məsələlər üstündə dartışmalı olurlar. Bu da ümumi işə ağır zərbə vurur. Kıbrıs Türklərinin öndərləri arasında da mübarizə yolları, hadisələrə baxış açısından belə dartışmalar olmuşdur. R.Denktaş da bu dartışmalardan kənarda qalmamışdı.

...1957-ci ildə Kıbrıs Türk Kurumlar Federasyonu başkanı Faiz Kaymakla Dr.Küçük arasında qarşıdurma son həddə çatır. F.Kaymakın iddiasına görə, “Halkın sesi” qəzetinin mətbəəsini Türkiyə Dr. Küçükün şəxsən özünə deyil, Kıbrıs Türk Camaatına vermişdir. O, Dr.Küçükdən bunun hesabını sorurdu. Gənc siyasətçi Rauf Denktaş bu qovğanı söndürə bildi. Lakin özünün də başı qarışdı. TMT-ni birgə qurduqları, R.Denktaşın təkidli xahişindən sonra Səhiyyə naziri təyin edilən Nalbantoğlu 1973-dən ona düşmən kəsildi. TKF içində ona qarşı qrup yaratdı.

Nalbantoğlu Denktaşın oğlunun ölümünə səbəb olan cərrahiyyə əməliyyatı aparmışdı. Rauf bəy əqidə, məslək yoldaşı olduqları üçün onu bağışlamış, məhkəməyə verməmişdi. 1973-cü ildə Denktaş onu nazir qoymadığına görə, Nalbantoğlu düşmənə çevrilmişdi. Türkiyənin Kıbrısdakı böyük elçisi E.Dırvana ilə Denktaş arasındakı münasibətlərin soyuqluğu da uzun sürmüşdü.

1960-cı ildə Kıbrısın müstəqilliyi elan olunandan sonra başkan yardımcılığına kimin aday (namizəd) verilməsi müzakirə ediləndə Dr.FazılKüçük Denktaş’ın adaylığını irəli sürmüşdür. Denktaş və yanlıları isə Dr.Fazıl Küçüğün adaylığı üzərində təkidlə dayanmışdılar. Rauf bəy ona təklif edilən başkan görəvini də qəbul etməmişdi. Ancaq Türk Cemaat Meclisi onu başkan seçmişdi. Az sonra isə Kıbrısdan uzaqlaşdırılmışdı. Türk Camaatını London Konfransında və Güvənlik Konseyində təmsil edən Denktaşın Kıbrısa dönməsi məsələsi BMT baş katibi U.Tan və BMT Güvənlik Konseyi başkanı Birer səviyyəsində müzakirə edilsə də, bir nəticə verməmişdi.

Mübarizənin amalı, məqsədi nə qədər müqəddəs və ülvi olsa belə, eyni yolun yolçuları arasında söz-söhbət də olur. Düşmənə qarşı birləşməni milli mənafe tələb etdiyi halda, öndərlər arasındakı fikir ayrılığı gücün səpələnməsinə aparıb çıxarır. Rauf Denktaş bunu istəməsə də, öğrətməni saydığı Dr.Fazıl Küçüklə aralarında dirənmə yöntəmləri (metodları) baxımından ayrılıq yaranmışdı.

R.Denktaşın min bir əziyyətlə adaya qayıtmasını (13 Nisan 1968-ci il) Dr.Küçük sözdə xoş qarşılasa da, “xəta insan üçündür” desə də, əməldə tamam başqa idi. Həmin gwnləri xatırlayanda R.Denktaş deyir: “Kıbrıs’a geldiğinde bir gurub kendini karşıladı, çıkıp konuşma yaptı ve ondan sonra kendisiyle son görüşmemizi yaptık. Kendisine çekilmeyeceğimi söyledim. Doktor bir süre daha direndi ama, baktı gördü ki halktan da bir destek yok ve her kes çekilmesi gerektiğini söylüyor...



Daha sonra çekiliyor ve bir günde herşeyi yapmamızı bekleyip gazetesinde Denktaş idaresi aleyhine ne yazılması gerekirse yazdırtmaya başladı... Ölümünden 2 yıl önceye kadar bu böyle devam edip gitti. Ölümünden iki yıl önce Doktor yavaş yavaş ayılmaya başladı ve eski duruma gelmiş olduk.”



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin