“AZƏRBAYCAN HAVA YOLLARI”
QAPALI SƏHMDAR CƏMİYYƏTİ
MİLLİ AVİASİYA AKADEMİYASI
DATA MİNİNG-onun tətbiq sahələri
mövzusunda
Referat
Qrup: M 1433 aE
Magistr: Bayramova Ceyran.
Bakı- 2014
MÜNDƏRİCAT
Giriş
DATA MİNİNG konsepsiyasının informasiya texnologiyaları bazarında yeri
DATA MİNİNG-in verilənlərin analizinin digər metodlarından fərqi
DATA MINİNG texnologiyasının metodları və mərhələləri
DATA MİNİNG metodlarının tesnifatı
DATA MINING texnoloqiyasının tətbiq sahələri
Nəticə
Ədəbiyyat
Giriş
DATA MINING termini hərfi mənada «verilənlərin qazılıb çıxarılması», «informasiyanın axtarılıb tapılması» kimi tərcümə edilir və yuxarıda haqqında ümumi məlumat verilən müasir qərar qəbuletmənin təminatı sistemlərinin «verilənlərin intellektual analizi» adlanan mühüm komponentinin beynəlxalq miqyasda qəbul olunmuş adını ifadə edir. 1978-ci ildə meydana çıxan DATA MINING anlayışı deyilən mənada 1990-cı ildən ışlənməyə başlandı və mütəxəssislər tərəfındən qəbul edildi. Həmin vaxta qədər verilənlərin emalı və analizi tətbiqi statistika çərçivəsində aparılırdı və əsasən kicik həcmli verilənlər massivlərinin emalı məsələləri həll olunurdu. DATA MINING konsepsiyasının populyarlığını o faktla göstərmək olar ki, GOOGLE axtarış sistemində «data mining» termininə görə bir ayda istifadəçilərə 20 milyondan çox səhifə təqdim edilir.
DATA MINING çoxfənli sahə olub, tətbiqi statistika, surətlərin tanınması, süni intellekt, verilənlər bazaları və s. elm sahələrinin əsasında və inkişafı nəticəsində yaranmışdır.
Statistika öyrənilən obyektə, prosesə və ya hadisəyə xas olan qanunauyğunluqları üzə çıxarmaq iiçün verilənlərin toplanması, emalı və analizi metodları haqqında elmdir. Statiska müşahidələr və ya eksperimentlər nəticəsində əldə edilən verilənlərlə əməliyyat aparır. Statiska DATA MİNİNG -dən daha çox nəzəriyyəyə əsaslanır və hipotezlərin yoxlanmasına diqqəti yönəldir.
Maşınla öyrətməni kompüter proqramının yeni bilikləri alması prosesi kimi xarakterizə edirlər. Onun digər tərifı belədir: maşınla öyrətmə kompüter alqoritminin (proqramının) öyrəndiyi və öyrənmə prosesi zamanı təkmilləşən elmdir. Maşınla öyrətmə DATA MİNİNG-ə nisbətən daha evristik xarakter daşıyır və diqqəti öyrətmə agentlərinin işinin yaxşılaşdırılmasına yönəldir.
Süni intellekt insanın zehni (intellektual) fəaliyyətinin aparat və ya proqram vasitəsilə modelləşdirilməsi məsələlərinin həlli ilə məşğul olan elmi istiqamətdir. «İntellekt» (latınça «intelectus») termini insana xas olan ağılı, idrakı, düşünçə qabiliyyətini ifadə edir. Bu baxımdan süni intellekt (ingiliscə «Artifıcal Intellligence»-Aİ) insan intelektinin ayrı-ayrı funksiyalarının avtoma- tik sistem tərəfındən yerinə yetirilməsi kimi başa düşülür.
Vizuallaşdırma verilənlərin emalının son nəticələrini görməyə, emal prosesini idarə etməyə və lazım gəldikdə hesablama prosesinin əvvəlki mərhələlərinə qayıtmağa imkan verən yeni bir istiqamətdir. Vizuallaşdırmadan istifadə etməklə verilənlərin qrafık sürəti yaradılır, verilənlərin analizində anomaliyaları, strukturları görməyə imkan yaranır.
Surətlərin tanınması süni intellektin istiqamətlərindən biri olub, surətlərin (obyektlərin) əlamətlərini təyin etməklə onların tanınması məsələsini həll edir. Onun əsas üsulu obyektlər siniflərinin müəyyən əlamətlərin qiymətləri vasitəsilə təsvir edilməsidir. Hər bir obyekt əlamətlər matrisi ilə xarakterizə olunur və obyektin tanınması da həmin matrisə görə aparıhr. Tanınma proseduru əksər halda obyektləri siniflərə ayırmaq ücün istifadə edilən xüsusi riyazi prosedurlar və funksiyalar vasitəsilə reallaşdırılır. Bu istiqamət maşınla öyrətməyə yaxındır və neyrokibernetika ilə sıx bağlıdır.
DATA MİNİNG nəzəriyyə ilə evristikanın inteqrasiyasına əsaslanır və verilənlərin təmizlənməsi, inteqrasiyası və nəticələrin vizuallaşdırılması mərhələlərindən ibarət olan vahid analitik prosesi əhatə edir.
Dostları ilə paylaş: |