11.4. DATA MINİNG texnologiyasının metodları və mərhələləri
DATA MİNİNG texnologiyasının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, riyazi metodlarla informasiya texnologiyalarının son nailiyyətlərini özündə cəmləyir. Burada ciddi formal metodlarla qeyri-formal metodlar harmonik olaraq birləşirlər.
DATA MİNİNG-in metodlarına və alqoritmlərinə aşağıdakılar aiddir:
-süni neyron şəbəkələri; -həll etmə ağacları; -simvol qaydaları;
-yaxın qonşu və k-yaxın qonşu metodları; -bayes şəbəkələri; -xətti reqressiya; -korrelyasiya-reqressiya analizi; -klaster analizinin iyerarxik metodları; -assosiativ qaydaların axtarış metodları, o cümlədən, Apriori alqoritmi;
-məhdud seçim metodu;
-təkamül proqramlaşdırma və genetik alqoritmlər; -vizuallaşdırma metodları və s.
DATA MİNİNG texnologiyasında istifadə edilən metodların əksəriyyəti riyaziyyatın məlum alqoritmləri və metodlarıdır. Onların tətbiqində yenilik texniki və proqram vasitələri ilə onların reallaşdırılmasından ibarətdir. DATA MİNİNG-in əksər metodları süni intellekt nəzəriyyəsi çərçivəsində yaradılmışdır.
DATA MİNİNG texnologiyası iki və ya üç mərhələdən ibarət olur:
1-ci mərhələ-qanunauyğunluqların üzə çıxarılması. Bu mərhələyə sərbəst axtarış mərhələsi deyilir.
2-ci mərhələ-aşkarlanan qanunauyğunluqlardan istifadə etməklə naməlum qiymətlər haqqında qabaqcadan xəbər verilməsi (proqnostik modelləşditmə).
Bu iki mərhələyə əlavə olaraq bəzən sərbəst axtarış mərhələsindən sonra yerinə yetirilən validasiya adlanan mərhələ də daxil edilir. Validasiyada məqsəd tapılan qanunauyğunluqların düzgünlüyünün yoxlanılmasıdır. Lakin çox vaxt validasiyanı 1-ci mərhələnnin tərkib hissəsi kimi qəbul edirlər, çünki bir çox metodların reallaşdırılmasında, o cümlədən, neyron şəbəkələrdə və həll etmə ağaclarında verilənlər çoxluğu iki hissəyə bölünür: öyrədilən və yoxlayıcı. Sonuncular alınan nəticələrin düzgünlüyünü yoxlamağa imkan verirlər.
3-cü mərhələ saxanılanların analizi. Bu mərhələ tapılan qanunauyğunluqlarda anomaliyaların aşkarlanması və izahı üçün nəzərdə tutulub.
Beləliklə DATA MİNİNG prossesi ardıcıl yerinə yetirilən üç mərhələ kimi təsvir oluna bilər:
sərbəst axtarış —> proqnostik modelləşdirmə —> istisnaların analizi.
Dostları ilə paylaş: |