Referat Qrup: m 1433 ae magistr: Bayramova Ceyran. Bakı- 2014 MÜNDƏRİcat giriş


DATA MİNİNG konsepsiyasının informasiya texnologiyaları bazarında yeri



Yüklə 37,93 Kb.
səhifə2/13
tarix10.01.2022
ölçüsü37,93 Kb.
#109391
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   13
DATA MİNİNG konsepsiyasının informasiya texnologiyaları bazarında yeri

İnformasiya texnologiyaları bazarlarının analizi ilə məşğul olan «Gartner Group» agentliyi 1980-ci illərdə «Business İntelligence» (Bİ) (biznes-intellekt) terminini təklif etmişdir. Bu termin qərar qəbuletmənin təminatı sistemindən istifadə etməklə biznes qərarlarının yaxşılaşdırılması üçün istifadə edilən müxtəlif konsepsiyaları və metodları nəzərdə tutur. 1996-cı ildə agentlik bu termini dəqiqləşdirərək onun aşağıdakı tərifıni qəbul etdi. Bİ müəssisə çərçivəsində fəaliyyət göstərən və verilənlər anbarında saxlanılan informasiyaya müraciəti və onun analizini reallaşdıran, həmçinin düzgün və əsaslandırılmış idarəetmə qərarlarını təmin edən proqram vasitələridir. Beləliklə, Bİ anlayışı müəssisə miqyasında verilənlərin analizini və emalını yerinə yetirən müxtəlif vasitələri və texnologiyaları özündə birləşdirir. Bu vasitələr əsasında idarəetmə qərarlarının qəbulu üçün informasiyanın keyfiyyətini artırmaq məqsədilə Bİ-sistemlər yaradılır. Bİ- sistemlərə başqa adla «Qərarların qəbulunun təminatı sistemləri» (QQTS) və ya ingilis dilində «Decision Support System» (DSS) deyilir. Bu sistemlər verilənlərdən qərarların qəbulu üçün istifadə edilən informasiya hasil edirlər.

«Gartner Group» Bİ-sistemlərini aşağıdakı siniflərə məxsus proqram məhsullarının toplusu kimi təyin edir:

-verilənlər anbarlarının qurulması üçün vasitələr; operativ analitik emal sistemləri (OLAP); informasiya-analitik sistemlər (Enterprise İnformation Systems-EİS); -verilənlərin intelektual analizi vasitələri (DATA MİNİNG); -sorğuların yerinə yetirilməsi və hesabatların hazırlanması üçün instrumental vasitələr (query and reporting tools).

DATA MİNİNG texnologiyası çoxfənli sahə olduğu üçün onun yaradılması və tətbiqi üçün müxtəlif sahələrdən mütəxəssisləri cəlb etmək və onların qarşılıqlı əlaqəsini təmin etmək lazımdır.

DATA MİNİNG texnologiyasının səmərəli tətbiqi verilənlərin hazırlanmasının (ilkin emalının) keyfıyyətindən çox asıhdır. Analitiklərin fıkrinə görə, verilənlərin hazırlanması bütünlüklə DATA MİNİNG prosesinin 80%-ni təşkil edir. Modelin secilməsi və ona düzəlişlər edilməsi də müəyyən vaxt və maliyyə sərfləri tələb edir. Proqram təminatının hazırlanmasına isə ayrıca bir proses kimi baxılır və ona sərf olunan vaxt və maliyyə də ay- rıca hesablanır. Bütün bu sərflərə baxmayaraq, DATA MİNİNG vasitəsilə əldə edilən qiymətli informasiya idarəetmənin keyfıyyətini yüksəltməklə, müəssisəyə böyük maliyyə dividendi gətirə bilər və onu rəqabətə davamlı edə bilər.




Yüklə 37,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin