Üçüncü cərgə çatlar yer qabığında mövcud olan çox sayda xırda strukturların sərhədlərini təyin edir.
Yer qabığının quruluşunda, təkamülündə və faydalı qazıntı yataqlarının yerləşməsində dərinlik çatlarının rolu böyükdür. Hal- hazırda təyin olunmuş dərinlik çatları başlıca olaraq iki cüt meridional- ortoqonal (en) və diaqonal istiqamətlidir. Burada ortoqonal sistem başlıca hesab edilir, diaqonal isə ona tabe olur.
Tədqiqatçılar hesab edirlər ki, yer qabığında altı və ya səkkiz istiqamətdə dərinlik çatları inkişaf edib. Hərəkətli qurşaqların inkişafının ilkin mərhələsində dərinlik çatları arasında dərinlik qırılıb- düşmələri üstünlük təşkil edir.
Dərinlik çatları təbiətdə bəzən çəpinə yer-dəyişmələr əmələ gətirir ki, buda okeanlarda və evgeosinklinallarda transform çatlara oxşardır.
Çəpinə yerdəyişmələr bəzən qırışıqlıq sis-temlərini bir- birindən strukturu və minerageniyası ilə fərqlənən ayrı- ayrı seqmentlərə bölür.
Yer qabığının geosinklinal fazaların sonunda qırışıqlıq sistemlərinin formalaşması ilə paralel də-
rinlik qırılıb- qalxmaları, üstəgəlmələr və uzununa yerdəyişmələr baş verir.
Müəyyən edilmişdir ki, neftli- qazlı hövzələrin bünövrəsində neft və qaz yataqları həmişə dərinlik zonalarına meyl edir. Ola bilər ki, bu çatlar neftin və qazın akkumulyasiyası və miqrasiyası üçün əlverişli şərait yaradır.
Dostları ilə paylaş: |