Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə72/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Dərinlik çat­­ları planetar uzunluğa, kifayət qə-

dər dərin­liyə və uzun inkişaf müddətinə malikdir. Bu çat­lar yer qabığının bloklarını bir- birindən ayı­rır. Dərinlik çatlarının uzunluğu yüzlərlə və ilk minlərlə km- ə çatır. Ural dağları boyu keçən dərinlik çatı meri­dian istiqamətində 2000 km- ə qədər uzanır.

Okean dibindəki çatların uzunluğu daha böyük-­dür, bir çox km- lərlə ölçülür. Hal- hazırda bu çat-ların dərinliyi geofiziki təd­qi­qatlarla təyin edilmişdir.

Dərinlik çatlarının inkişafının zamanca uzunlu-ğu bir çox misallarla təsdiq olunub. Belə ki, Talass- Fərqanə dərinlik çatı artıq geckembriyə­qədər­­də və kembridə aktiv olmuşdur. O öz hərə­kətliliyini orta və gec paleozoyda, mezozoyda və kaynozoyda da göstərmiş, müasir relyefdə yaxşı əks olunub. Bu çatın mövcud olma müd­dəti 600 000 ilə çatır.

Dərinlik çatları səthi parçalanma struktur-larından fərqlidir. Onlar eni bir neçə on metrlərə, uzunluğu isə 20- 30, 40- 50, 60 və s. km- ə çatan qurşaqlar əmələ gətirir.

Yer qabığının səthində və üst hissəsində dərinlik çatları olduqca müxtəlif formada əks olunub. Zonaların çoxunda, daha tez- tez iri, keçid yerdə-yişmələri ilə müşaiət olunan uzununa par­çalanmalar


yerləsir. Onlar ya zonanın ox hissəsində, ya da onun kənar hissələrində toplanır.

Dərinlik çatları yer qabığının bloklarını müxtə-lif rejimlər və inkişaf tarixi ilə sərhədləndirir ki, buda öz əksini hər şeydən əv­vəl çökmə və maqmatik formasiyaların tər­kibində göstərir. Bu çatlar ən yeni dövrdə də aktivdir, müasir relyefə kəskin təsir edir. Onun müəy­yən edilməsi zamanı geofiziki məlumat-lar bö­yük əhəmiyyət kəsb edir. Bu məlumatlar çat-­larla yer qabığının bloklarının quruluşu və in­kişafı arasındakı müxtəlifliyi əks etdirir. Çat­ların tədqiqi zamanı aeromaqnit və qravi­metrik ölçmələr və dərinlik seysmik zondla­ması üsulları mühüm əhə-miyyət kəsb edir. Dərinlik çatlarının öyrənilməsi zamanı seys­mik üsullardan ən əhəmiyyətlisi dərinlik seys­mik zondlamasıdır.

Qeyd etmək lazımdır ki, ayrı- ayrı üsullar ancaq bəzi xüsusiyyətləri, kompleks üsullar isə çatların hansı kateqoriyaya aid olduğunu təyin etməyə imkan verir. Çatın uzunluğu geomorfoloji, geoloji (struk-tur) və geofiziki əlamətlərə görə, dərinliyi isə maq-matizmə gö­rə, yəni əsasi və ultraəsasi süxurların iştirakına və geofiziki seysmik zondlama məlumatla-


rına görə təyin edilir. İnkişa­fı­nın davametmə müd-dəti həm maqmanın təzahür etməsinə görə və həm də çatın hər iki yanı boyu uzanan çökmə süxur qatlarının müqayisə edilməsinə görə təyin edilir.



Dərinlik çatlarının tipləri fərqlidir. Hal- hazırda dərinlik çatlarının quruluşunu və inkişafının müxtəlif tərəflərini əks etdirən bir neçə dərinlik sistemi çatları təklif olunub. Bunlardan ən mühüm əhəmiyyət kəsb edən təs­nifat növü çatların yer qabığına və üst man-tiyaya çatma dərinliyini və ya onların in­ki­­şafının kinematik və dinamik şəraitini nəzə­rə alan təsnifat növü daha çox əhəmiyyət kəsb edir.

Dərinliyə getməsinə görə dərinlik çatlarını üç qrupa bölünür: ümumi köklü, litosfer və mantiya çatları.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin