65. Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?
66. Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, Allah bilir, siz bilməzsiniz!
67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" (Ali İmran: 65-68).
Uca Allah kitab əhlindən olan yəhudi və xaçpərəstlərin hər ikisinin: "İbrahim bizim dinimizdə, yolumuzda idi!" – iddiasını rədd edir. Uca Allah «Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?» – ayəsi ilə İbrahimin onlardan olmadığını vurğulayır, onların cahil və yüngül düşüncəli olduqlarını açıqlayır. Yəni, sizin şəriətiniz İbrahimdən uzun illər sonra buyurulubsa, o sizin dininizdə necə ola bilərdi?! Elə bu səbəbdən ayənin sonunda «məgər başa düşmürsünüz?» – ifadəsi işlədilmişdir. Sonra Uca Allah «67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.» – ayəsi ilə İbrahimin Allahın hənif dini üzərində olduğunu bildirdi. "Həniflik" – ixlasa yönəlmək, batildən uzaqlaşıb yəhudiliyə, xaçpərəstliyə və müşrikliyə zidd olan haqqa üz tutmaqdır.
Uca Allah buyurur:
130. Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.
Dostları ilə paylaş: |