Rəhman və Rəhim olan Allahın adı ilə


Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə gös­tər!” – dedikdə



Yüklə 3,81 Mb.
səhifə170/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   166   167   168   169   170   171   172   173   ...   532
260. Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə gös­tər!” – dedikdə (Allah): “Məgər inan­mır­san?” – buyurmuşdu. (İbrahim:) “Bə­li, inanıram, lakin ürəyim sakit ol­maq üçün (soruşdum)”, – deyə cavab ver­mişdi. (Bu zaman Allah ona) bu­yur­muşdu: “Dörd cür quş götürüb on­la­ra diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın ba­şına onlardan bir parça at, sonra on­la­rı çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahi­bi­dir!” (əl-Bəqərə: 260).

Təfsir alimləri İbrahimin bu sualı verməsi üçün səbəblər söyləyiblər. Biz bu rəyləri "Təfsir"179 kitabımızda sadalamış və qətiyyətlə təsdiqləmişik.

Xülasə budur ki, Uca Allah ona istədiyini vermiş, dörd ədəd quş götürməsini əmr etmişdir. Alimlər bu quşların növü barədə müxtəlif fikirlər söyləyiblər. Hər halda nəticə eynidir. Uca Allah ona quşların ətini və qanadlarını parçalamağı, sonra onları bir-birinə qarışdırmağı, dörd yerə bölüb hər dağın üstünə bir parça qoymağı əmr etmişdi. İbrahim ona əmr olunanları yerinə yetirdi. Sonra "Allahın izni ilə onları çağır!" əmrinə itaət edərək həmin quşları çağırdı. İbrahim onları çağırdıqda hər cəsədin öz tikəsi sahibinə tərəf uçmağa, qanadlar bir-birinin yanına yerləşməyə başladı. Beləliklə hər quş özünün əvvəlki vəziyyətinə döndü. İbrahim isə "bir şeyə ol deməklə dərhal Yaradanın" qüdrətinə şahid olurdu. Quşlar dirilən kimi dərhal gəzə-gəzə onun yanına gəldilər. Onların gəzə-gəzə gəlmələri, uçub gəlməklərindən daha təsirli idi. Bəzi açıqlamalara görə ona quşların başlarını əlində saxlamaq əmr olunmuşdu. Hər quş gəlib öz başını tapır və bədəni ilə başına yapışır, əvvəlki vəziyyətinə qayıdırdı. Doğrudan da Uca Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur.

İbrahim Uca Allahın ölüləri diriltməyə qadir olduğunu tam yəqinliklə bilir, bunda heç zərrə qədər də şübhə etmirdi. Amma o bunu öz gözləri ilə görmək istəyirdi ki, elmi yəqinlikdən, əyani yəqinliyə addımlasın. Uca Allah onun bu istəyini qəbul etdi və onu məqsədinə yetişdirdi.

Uca Allah buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin