PEYĞƏMBƏRİMİZİN İSMAİLİ TƏRİFLƏMƏSİ
Nəsəb və tarix alimləri deyirlər:
İlk dəfə at minən o olmuşdur. Ondan əvvəl atlar yalnız vəhşi həyat sürürdülər.
İlk dəfə ərəb dilində bəlağət və natiqliklə danışan o olmuşdur. O ərəb dilini Məkkədə onların yanında məskunlaşan xalis ərəblərdən: Curhum, Əmaliq və Yəmən ərəblərindən, eləcə də İbrahimdən öncə yaşayan qədim ərəb tayfalarından öyrənmişdi.
Peyğəmbər demişdir: "İlk dəfə ərəb dilində natiqlik edən İsmail olmuşdur. O vaxt onun on dörd yaşı var idi."224
İSMAİLİN ÖVLADLARI
Biz yuxarıda qeyd etmişdik ki, o gənc yaşlarına çatanda Əmaliq qəbiləsindən bir qızla evlənmişdi. Sonra atası həmin qadını boşamağı tələb etmiş və o da boşamışdı. Sonra başqa qadınla ailə qurmuş və atası onunla yaşamağı tövsiyə etmişdi. O da həmin qadınla yaşayırdı. Ondan on iki oğlan övladı olmuşdu. Məhəmməd ibn İshaq : bu uşaqların adlarını bir-bir sadalamışdır. Onların adları aşağıdakı kimidir: Nəbayut, Qəydar, Ədnəbil, Mibsam, Mişma, Məsa, Rumə, Hidar, Yətur, Nafiş, Təyma və Qədmə.
Kitab əhli öz kitablarında225 eyni adları sadalamışlar. Onlara görə adları çəkilən bu on iki nəfər müqəddəs adamlardır. Onlar bu iddialarında yalançı idilər.
İsmail yaşadığı yerə və ətraf ərazilərin əhalisinə göndərilmiş peyğəmbər idi. Bura Curhum, Əmaliq və Yəmən əhalisi daxil idi. Ona Allahın salavatı və salamı olsun!
İsmailin ölümü yaxınlaşdıqda o vəsiyyətini qardaşı İshaqa verdi. Allahın peyğəmbəri İsmail anası Həcər ilə eyni otaqda basdırıldı.
Yarımadanın ərəbləri onun iki övladına: Nəbayut və Qəydara – nisbət olunurlar.
Dostları ilə paylaş: |